Məhkəmə qərarları › İş №16(3-6)-505/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-505/2026

03.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-505/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh1 İsmayıl oğlunun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı Ərizəçi cavabdehlər cavabdeh1 İsmayıl oğlu, Səfərzadə İsmayıl Əhməd oğlu, cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 İsmayıl oğlunun, cavabdeh4, cavabdeh5, Səfərzadə İsmayıl Əhməd oğlunun və cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 2-ci yasamal, ev 56 (Yeni qaydalarla: ünvan 3) ünvanında yerləşən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi və oradan çıxarılaraq əmlakın tam şəklində boşaldılıb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Həmçinin, Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında cavabdehlər cavabdeh1 İsmayıl oğlu, cavabdeh4, cavabdeh5, Səfərzadə İsmayıl Əhməd oğlu və cavabdeh3 tərəfindən özbaşına inşa olunan yarımtikilidə, o cümlədən, əvvəlcədən mövcud olan köhnə tikilidə yeni tikinti, təmir, yenidənqurma işlərinin aparılmasının qadağan edilməsi haqqında qərardad çıxarılmasını xahiş edib. Ərizədə göstərilib ki, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi ünvanında yerləşən ** saylı fərdi yaşayış evi uzun illərdir ki, istifadə və sahibliyindədir. Həmin ev mərhum atası Səfərov Daşdəmir Məcid oğluna məxsus olmuşdur. Atası 2008-ci ildə vəfat etmişdir. Uzun illər bundan öncə atası tərəfindən cavabdeh cavabdeh1 İsmayıl oğlunun atası mərhum İsmayıl adlı şəxsə burada yaşamağa müvəqqəti icazə verilmişdir. Lakın cavabdehlər sonradan onlara məxsus olan evdə yaşamaqlarına baxmayaraq, aralarında ciddi münasibətlər pozulmuşdur. Bu yaxınlarda isə ikinci mərtəbədə özbaşına tikili də inşa etməyə başlamışdır. Onların qanunsuz tikilinin sökülməsi tələbinə dair müvafiq iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Daha sonra iddia tələbinin dəyişdirilərək mövcud tələblə əvəzləşdirilməsini məhkəmədən xahiş etmişlər. Bu zaman hakim tərəfindən tövsiyyə edilmişdir ki, iddia tələbinin dəyişdirilməsi mümkünsüzdür və yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməkləri məqsədəmüvafiqdir. Buna görə də həmin iş üzrə ərizələrinin baxılmamış saxlanılması üçün müraciət etmişlər və hazırda yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mənə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 2-ci yaşamal, ev 56 Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayıış evinə olan istifadə hüquqlarına xitam verilməsi və oradan çıxarılaraq əmlakın boşaldılaraq mənə təhvil verilməsi barədə” qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia ilə birlikdə qanunsuz aparılan tikinti işlərinin dayandırılmasını məhkəmədən xahiş etmiş və ərizəsi də məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilmişdir. Sonradan iddiası üzrə ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyi üçün cavabehlər tərəfindən də MTT barədə ərizənin ləğvinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Hazırda isə yeni iddia ilə birlikdə müvəqqəti təminat tədbiri kimi ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Aydan Oruclu) ərizənin təmin edilərək ünvan 2 ünvanında tikinti, təmir, yenidənqurma işlərinin aparılmasının cavabdehlər cavabdeh1 İsmayıl oğlu, cavabdeh4, cavabdeh5, Səfərzadə İsmayıl Əhməd oğlu və cavabdeh3 qadağan edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh cavabdeh1 İsmayıl oğlu (nümayəndəsi və vəkili X1) həmin qərardaddan verdiyi şikayətdə ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Göründüyü kimi, istər qeyd olunan, istərsə də MPM-in 157-164-cü maddələrində nəzərdə tutulan müvəqqəti təminat tədbirləri, onların tətbiqi, növləri, bir növünün digəri ilə əvəz edilməsi, ləğv edilməsi və digər münasibətləri tənzimləyən normalarından açıq-aşkar görünür ki, bu cür tədbirlərin tətbiq edilməsi bilavasitə iddia tələbi ilə bağlıdır. Ərizənin məzmunundan və işin hallarından görünür ki, ərizəçinin maraqlı şəxslərə qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasına iddia icraatı qaydasında məhkəmədə baxılır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirinə dair ərizə üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Çünki müvəqqəti təminat tədbiri məhkəməyə müraciət ediləcək əlaqəli iş üzrə iddia tələbinə mütənasib və uyğun hesab edilir. Bununla yanaşı, müvəqqəti təminat tədbirinin tətbiqi Ərizəçi mülkiyyətində olan ünvan 2 ünvanı, yəni yeni qaydalarla: ünvan 3 ünvanındakı 0.0291 ha. ölçüdə olan torpaq sahəsinə və üzərində yerləşən 101.10 kv. metr olan fərdi yaşayış evinə aid olmalı, yəni tikinti, təmir, yenidənqurma işlərinin aparılmasının cavabdehlər cavabdeh1 İsmayıl oğlu, cavabdeh4, cavabdeh5, Səfərzadə İsmayıl Əhməd oğlu və cavabdeh3 məhz həmin hissədə qadağan edilməsi kimi başa düşülməlidir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzümsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə də nəticələnməməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar