Məhkəmə qərarları › İş №16(3-6)-509/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-509/2026

15.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-509/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment “ tələbinə dair mülki iş üzrə cavabdeh (ərizəçi) Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbiri haqqında ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3549/2025 nömrəii, 23.01,2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin ediiməsi, Cavabdeh Seyfulls qızı :lə Ərizəçi arasında bağlanmış və * saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsində 2708 sayla qeydə alınmış ##.##.2016-cı il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2016-cı il təvəllüdlü X2 cavabdeh Ərizəçi himayəsindən alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi, tərəflərin birgə nikahından doğulmuş ##.##.2023-cü il təvəllüdlü X1 iddiaçı Cavabdeh himayəsində saxlanılması, cavabdeh Ərizəçi ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun iddiaçı Cavabdeh qzının himayəsinə verildiyi tarixdən iddiaçının xeyrinə 'nər ay hər uşaq üçün öikə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində alimentin tutulması, cavabdeh Ərizəçi ##.##.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ##.##.2025-ci il tarixindən iddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən oiunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment tutulması, qətnamənin aiiment tələbi hissəsində dərhai icra edilməsi, cavabdeh Ərizəçi ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X1 ilə ünsiyyətdə olmaq hüququnun (görüş) verilməsi, ünsiyyət qaydasının hər həftənin bazar günü, Novruz və Yeni il bayramlarında qeyri-iş günlərinin son günü saat 12:00-dan 18:00dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdiü X1 cavabdeh Ərizəçi oğiu tərəfindən iddiaçı Cavabdeh yaşayış yeri üzrə ünvanından hər həftənin bazar günü, Novruz və Yeni il bayramlarında qeyri-iş günlərinin son günü saaı 12:00-da götürülməsi və həmin gündə saat 18:00-də cavabdeh Ərizəçi tərəfindən iddiaçı Cavabdeh yaşayış yeri üzrə ünvanında ona təhvil verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin uşaqların himayəyə verilməsi hissəsində ləğv edilməsi, hər iki uşağın atanın yanında qalmasının müəyyən edilməsi və ##.##.2023-cü il təvəllüdlü X1 iddiaçıdan alınaraq cavabdehə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə BAM MK müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apeilyasiya Məhkəməsinin MK-nın ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərardadı ilə məhkəmə-psixoloji ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmışdır.Lakin bundan sonra iddiaçı cavabdehə müraciət edərək ##.##.2016-cı il təvəllüdlü X2 ilə görüşüb ünsiyyət saxlaması üçün bir neçə saatlıq ona verməyini istəmişdir. Caavbdeh də buna etiraz etməyərək ünsiyyət yaratmasına mane olmamışdır. Lakin iddiaçı uşağı ünsiyyət bəhanəsi ilə götürüb aparmış, lakin hazıradək geri qaytarmamış, ata ilə ünsiyyətinə şərait yaratmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, *(*-*)-****/**** saylı iş üzrə məhkəmə tərəfindən yekun qətnamə qəbul edilib icra olunanadək cavabdeh Ərizəçi övladları ##.## 2016-cı il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X1 ilə həftədə 1 dəfə, hər həftənin bazar günləri, həmçinin bayram və ad günləri saat 12:00-dan 18:00-dək ananın iştirakı olmadan iddiaçıya verilmək şərtilə görüş vaxtı müəyyən edilsin. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4.Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir; 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair ## #### 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli (№ *-2/2016) qərarına əsasən: “Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir.” Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il Qərarında qeyd edilmişdir ki, Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedibgetməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər( Bənd 2.) Məhkəmə kollegiyası, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Ilk növbədə qeyd edilməlidir ki, hər iki valideyn uşağa münasibətdə bərabər hüquqa malikdirlər və onlar uşağa münasibətdə vəzifələrini də uşağın mənafeyinə uyğun icra etməlidirlər. Tərəflər arasında münasibətin pozulması və ailənin dağılması heç bir halda uşağın mənafeyinə zidd istifadə olunmamalıdır. Aralarındakı ziddiyyətləri uşağın mənafeyinə toxunmadan həll etmək hər iki valideynin vəzifəsidir. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir. Hazırkı müvəqqəti təminat tədbiri barədə ərizəni nəzərdən keçirən kollegiya, ana tərəfindən uşaqların ataya göstərilməmə ehtimalını və hər iki valideynin uşaqla unsiyyət hüququnu nəzərə alaraq belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Kollegiya uşaqlardan birinin 2023-cü il təvəllüdlü olmasını, onun ananın xüsusi qayğısına ehtiyacı ola biləcəyini nəzərə alaraq belə qənaətə gəlir ki, uşaqlarla ünsiyyətin iddiaçıya verilmək şərti ilə ananın iştirakı olmadan keçirilməsi mümkünlüyü tərəflərin şəraitlərinə, imkanlarına və yerində görünən (görünməyən) digər mühüm hallara müvafiq tərəflərin qarşılıqlı razılığı və icra məmurunun (və ya ixtisaslaşmış qəyyumluq orqanlarının) yerində əsaslı tövsiyyələrinə uyğun həll edilməlidir. Belə ki, uşaqların və valideynlərin bir-birlərinə olan münasibəti şəraitində ünsiyyətin həyata keçirilməsi xüsusatları icra zamanı daha aşkar müəyyən edilə bilən hallardır. Bununla yanaşı kollegiya hesab edir ki, əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, atanın uşaqları ilə həftədə bir dəfə - bazar günü olmaqla unsiyyətdə olması daha ağlabatandır. Izah edilməlidir ki, hazırki tədbir müvəqqəti və ümumi olaraq valideynin və uşağın birbirləri ilə əlaqələrinin qırılmaması səciyyəsi daşıyır, məhkəmə qətnaməsi üzrə və ya ondan sonra qəbul ediləcək qərarla, habelə gələcəkdə uşağın mənafeyinə uyğun tərəflərin razılığı ilə müəyyən olunmuş qaydadan fərqli qaydanın müəyyən olunmasını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizə qismən təmin edilməli, *(*-*)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək cavabdeh Ərizəçi övladları ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X1 ilə həftədə 1 dəfə, hər həftənin bazar günləri, saat 12:00-dan 18:00-dək ünsiyyət vaxtı müəyyən edilməli, uşaqların üstün mənafeyi (sağlamlığı, qidalanması, istirahəti, təhsili və tərbiyyəsi) baxımından ünsiyyətin əyani görüş formasında həyata keçirməsi biləvasitə mümkün olmadığı hallarda bunun texniki əlaqə vasitələr ilə həyata keçirilməsi icra qaydasında təmin edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-164, 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Ərizəçi övladları ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X1 ilə həftədə 1 dəfə, hər həftənin bazar günləri, saat 12:00-dan 18:00-dək ünsiyyət vaxtı müəyyən edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar