Məhkəmə qərarları › İş №16(3-6)-549/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-549/2026

12.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-549/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi ilə bağlı icraat üzrə (Açar sözlər: kredit müqaviləsinə əsasən dəbbə pullarının, əlavə faiz və cərimələrin hesablanmasının və ərizəçinin pensiya kartından kredit ödənişlərinin tutulmasının dayandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Ərizəçi müvəqqəti təminat təbdirlərinin tətbiqi haqqında ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ABB ilə aralarında bağlanmış ##.##.2022-ci il tarixli TL-EE********* saylı Tam kart kredit müqaviləsi üzrə hesablanmış dəbbə pullarının, faiz və cərimələrin silinməsinə dair iddia tələbi ilə bağlı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə qərarı çıxarılana kimi dəbbə pullarının, əlavə faiz və cərimələrin hesablanılmasının və kredit üzrə pensiya kartından kredit ödənişlərinin tutulmasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmədən geri qaytarılmış, həmin qərardaddan ərizəçinin nümayəndəsi və vəkili şikayət verərək, müvəqqəti təminat tədbiri barədə ərizəyə mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)- ***/**** nömrəli qərardadı ilə (hakim F.B.Babaşov) şikayət təmin edilmiş, məhkəməsinin ##.##.2026 cı il tarixli qərardadı ləğv edilərək, ərizənin təmin edilməsi, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin *(*-***)-****/**** saylı mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılana kimi Ərizəçi ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2022-ci il tarixli TL-EE********* nömrəli Tam kart kredit müqaviləsi üzrə dəbbə pullarının, əlavə faiz və cərimələrin hesablanılması və kredit müqaviləsi üzrə Ərizəçi pensiya kartından kredit ödənişlərinin tutulmasının dayandırılmasının “xxxx” ASC-yə həvalə edilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. Cavabdeh “xxxx” ASC qərardaddan şikayət verərək onun ləğv edilməsini, ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini, əks halda isə şikayətin baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi eyni iddia ilə (tələb formal olaraq fərqli olsa da) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, onun bu tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, həmçinin apellyasiya instansiyası tərəfindən qüvvədə saxlanılmışdır. Həmin iddia üzrə iddiaçı kartına kibermüdaxilə olduğunu, kartında olan 600 manat pulun, limit artırıldıqdan sonra isə 7.500 manat pulun məxaric edildiyini bildirmiş və tam kart müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Hazırda da iddiaçı eyni halları qeyd edərək, borcun silinməsini xahiş edir, əsaslandırmada isə dəyişiklik yoxdur. Eyni əsaslandırmaya məhkəmə artıq münasibət bildirmişdir. Belə olan halda, iddia tələbinin əsaslılığına dair ilkin sübutların mövcudluğundan söhbət gedə bilməz. Bu sübutlara artıq məhkəmə tərəfindən münasibət bildirilmişdir və iddianın əsaslılığına dair yeni bir sübut təqdim edilməmişdir. Eyni əsaslandırmadan ibarət olan iddiasının təmin edilmədiyi halda tələbini formal dəyişikliklə yenidən verməkdə iddiaçının məqsədi məhz MTT barədə ərizəsini də iddiasına əlavə edərək, süni şəkildə ABB-nin hüquqlarını davamlı şəkildə məhdudlaşdırmağa nail olmaqdır. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir. Lakin mübahisəli hal tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərindən irəli gəlir və iddiaçı ##.##.2022-ci il tarixli tam kart müqaviləsini özünün bağladığını, hesablanmalı faizlər, cərimə, akseptsiz silinmə barədə tərəflər arasında razılaşma olması nəzərə alınmalıdır. Lakin məhkəmə tərəflər arasında bağlanmış müqavilə ilə, ümumiyyətlə, tanış olmadan və bu əsası Banka verən bəndi görmədən birbaşa Bankın hüquqlarını məhdudlaşdıracaq məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə Bank tərəfindən tutulmanın tam həcmdə dayandırılmasını qərara alsa da, yuxarıda adıçəkilən qərara əsasən bu hədd 50% kimi müəyyənləşdirilmiş və mövcud praktikaya əsasən də bu həddə müəyyən olunmuşdur. Təsadüfi deyil ki, həmin qərardan öncə Ali Məhkəmə14.12.2022-ci il tarixdə bu həddin 20% həddində müəyyənləşdirilməsibarədə qərardad qəbul etsə də, həmin iş üzrə verilən şikayətə KM tərəfindən baxılan zaman bu həddin 50%-ə qaldırılmasının daha ədalətli olması qənaətinə gəlinmişdir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Iddiaçı şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, cavabdeh ABB Bank olaraq öz maddi və kommersiya maraqlarını hər şeydən üstün tutmaqla, Azərbaycan Respublikasının Qanunlarının ailiyinə hörmətlə yanaşmır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş *(*-***)-****/**** saylı (müəyyən müddətə dayandırılmış) iş üzrə iddia tələbi aidiyyatı üzrə qanuna müvafiq olaraq, məhkəmə icraatında baxılacaqdır. Iddia tələbindən geri çəkilməmişdir.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1.1. Məhkəmə müvəqqəti təminat tədbirini təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Maddə 158.1.2. Məhkəmə müvəqqəti təminat tədbiri kimi hakim müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Maddə 158.1.3. Məhkəmə müvəqqəti təminat tədbirini təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilə bilər. Maddə 164. Işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Iş materiallarından aydın olur ki, mülki iş üzrə iddiaçının cavabdehə qarşı iddia tələbi tam kart kredit müqaviləsi üzrə hesablanmış dəbbə pullarının, əlavə faiz və cərimələrin silinməsi ilə bağlıdır. Iddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə məhkəməyə iddianın əsaslığına dair ilkin sübutlarını təqdim etmişdir.

12. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

13. Həmçinin, hazırki müvəqqəti təminat tədbirlərinin tədbiqi nəticəsində cavabdehin hüquqlarının lüzumsuz məhdudlaşdırılması müəyyən edilmir.

14. Qeyd edilməlidir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

15. Kollegiya xüsusilə vurğulayır ki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra maraqlı şəxslərin məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etmək hüquqları vardır.

16. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar