Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-577/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil İmaməli oğlu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən, D kompleksinin * nömrəli 16 mərtəbəli binasının 3-cü girişinin 9-cu mərtəbəsində (yaşayışın 7-ci mərtəbəsində) yerləşən ümumi sahəsi 115 m2, daxili sahəsi 98 m2-dən az olmayan 3 otaqlı, 3 eyvanlı mənzilin təmirli vəziyyətdə ona təhvil verməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra ərizəçi müvəqqəti təminat tədbirinin tədbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC ilə onun arasında bağlanmış "Əvəzləşdirmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” */*//***S nömrəli # ### 2024-cü il tarixli müqavilənin 6.8 bəndinə əsasən "Tikinti şirkəti": Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən D kompleksinin, * nömrəli 16 mərtəbəli binasının 3-cü girişinin 9-cu mərtəbəsində (yaşayışın 7-ci mərtəbəsində) yerləşən, “xxxx " MMC-nin direktoru Anar İbadov tərəfindən təsdiq edilmiş eskiz layihəsində göstərilən sahəsi 16 və 21 m² olan 2 yataq otağından, sahəsi 24 m² olan salondan, sahəsi 16 m² olan mətbəxdən, sahəsi 16 m² olan holdan, sahəsi 7 m² olan sanitar qovşağından, hər birinin sahəsi 5 m² olan 3 eyvandan - cəmi 115 m² ibarət, daxili sahəsi 98 m²-dən az olmayan mənzillə bağlı digər şəxslərlə hər hansı bir müqavilə bağlamasının, təhvil verilməsinin, mənzildə təmir işləri aparmasının, mənzilə girişi-çıxışının " xxxx " MMC-yə qadağan edilməsi və həmin mənzilin üzərinə həbs qoyulması, ##.##.2026-cı il tarixində keçrilən yerli baxış zamanı nömrəsi *** saylı mənzil kimi göstərilən, faktiki eyni mərtəbədə yerləşən " xxxx” MMC-nin direktoru Anar İbadov tərəfindən təsdiq edilmiş eskiz layihəsində göstərilən sahəsi 21m² salondan, sahəsi 16 m² və 20m² yataq otağından, sahəsi 11m² mətbəxdən, sahəsi 7m² sanitar qovşaqdan, sahəsi 14m² holdan və sahəsi 5m² olan 1 eyvandan ibarət – ümumi sahəsi 94 m² olan mənzillə bağlı digər şəxslərlə hər hansı bir müqavilə bağlamasının, təhvil verilməsinin, mənzildə təmir işləri aparmasının, mənzilə girişi çıxışının " xxxx” MMC-yə qadağan edilməsi və həmin mənzilin üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan ərizəçinin nümayəndəsi-vəkili Vəkil İmaməli oğlu şikayət verərək, qərardadın ləğv edilməsini, Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haddında ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən D kompleksinin, * nömrəli 16 mərtəbəli binasının 3-cü girişinin 9-cu mərtəbəsində (yaşayışın 7-ci mərtəbəsində) yerləşən “xxxx" MMC-nin direktoru Anar İbadov tərəfindən təsdiq edilmiş eskiz layihəsində göstərilən sahəsi 16 və 21 m² olan 2 yataq otağından, sahəsi 24 m² olan salondan, sahəsi 16 m² olan mətbəxdən, sahəsi 16 m² olan holdan, sahəsi 7 m² olan sanitar qovşağından, hər birinin sahəsi 5 m² olan 3 eyvandan - cəmi 115 m² ibarət, daxili sahəsi 98 m²-dən az olmayan mənzillin digər şəxslərə təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması, mənzilə giriş-çıxışının Cavabdeh MMC-yə qadağan edilməsi və həmin mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizənin xahiş etdi hissəsinin birinci bəndində göstərilən mənzil iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə göstərilən mənzil olduğundan həmin mənzilin digər şəxslərə təhvil verilməsi, mənzildə təmir işlərini aparılması, mənzilə girişi-çıxışı “xxxx MMC-yə qadağan edilməli və həmin mənzilin üzərinə həbs qoyulmalıdır. Bunu işin faktiki halları tələb edir. Belə ki, cavabdeh iddiaçıya və digər sakinlərə məxsus mənzilləri sökərək yerində çoxmərtəbəli bina inşa etmişdir. İddiaçı mənzildə təmir işlərinin aparılıb-aparılmadığını müəyyən etmək, orada mənzilin ümumi vəziyyəti ilə tanış olmaq istədikdə cavabdeh iddiaçını mənzilə buraxmamışdır. Ona görə də iddiaçı ümumi sahəsi 115 kv.metr olan *** saylı mənzilə baxmağına şərait yaratması, orada aparılan təmir işləri barədə məlumat verməsi üçün cavabdehə ##.##.2025-ci ildə müraciət etmişdir. Lakin cavabdeh iddiaçını mənzilə buraxmamış və müraciətinə cavab verməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı “İddiaçını mənzilə buraxmamasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının mənzilə daxil olmasına, orada aparılan işlərlə tanış olmasına maneə törətməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. ## ##### 2026-cı il tarixdə məhkəmə mənzilə yerli baxış keçirərkən cavabdeh məhkəməyə daxili sahəsi 82.5 kv.metr olan bir eyvandan ibarət 3 otaqlı başqa mənzil göstərdi, həmin mənzil müqavilədə göstərilən mənzilə uyğun deyildi. Bundan sonra iddiaçı Ərizəçi icraatda olan iddia ərizəsi və sənədləri geri götürüb cavabdeh Cavabdeh MMC-nə qarşı “Bakı şəhəri, Nizami rayonu, 2527 ci məhəllə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən, D kompleksinin 8 N-li 16 mərtəbəli binasının 3-cü girişinin 9cu mərtəbəsində (yaşayışın 7-ci mərtəbəsində) yerləşən ümumi sahəsi 115 m², daxili sahəsi 98 m²-dən az olmayan 3 otaqlı, 3 eyvanlı mənzilin təmirli vəziyyətdə iddiaçıya təhvil verməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə # #### 2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən, D kompleksinin 8 N-li 16 mərtəbəli binasının 3-cü girişinin 9-cu mərtəbəsində (yaşayışın 7-ci mərtəbəsində) yerləşən ümumi sahəsi 115 m², daxili sahəsi 98 m²-dən az olmayan 3 otaqlı, 3 eyvanlı mənzilə baxış keçirmək istədikdə cavabdehin nümayəndəsi həmin mənzilin başqa bir şəxsə satıldığını, bu səbəbdən qapıya qıfıl qoyulduğunu bildirdi və məhkəməyə başqa 1 eyvanlı 3 otaqlı mənzil göstərdi ki, həmin mənzil iddiaçıya aid müqavilədə və eskiz layihəsində göstərilən mənzil deyil. Məhkəmə 11-ci mərtəbəyə qalxaraq iddiaçının müqaviləsində və eskiz layihəsində göstərilən mənzilin yuxarısında yerləşən mənzilə baxış keçirdi və məlum oldu ki, mənzil iddiaçının müqaviləsində və eskiz layihəsində göstərilən mənzil kimi 3 otaqlı, 3 eyvanlıdır. Cavabdehin direktoru məhkəmə iclaslarına gəlmir, onun nümayəndəsi isə yanlış məlumatlar verməklə məhkəmə araşdırmasını başqa istiqamətə yönəltməyə çalışır. Baxış zamanı o, da məlum oldu ki, digər mərtəbələrdəki mənzillərin qapıları yoxdur. Cavabdeh iddiaçının tələb etdiyi mənzilə qapı qoyub qıfıllamaqla məhkəmənin həmin mənzilə girişinin qarşısını kəsmiş, işin hallarının araşdırılmasına qəsdən maneə yaratmışdır. Cavabdehin nümayəndəsi-vəkili mənzilin müqavilədə və eskiz layihəsində göstərilən ölçüləri ilə qapısı qıfıllı olan mənzilin ölçülərinin eyni olmadığını, mənzilin başqa şəxsə satıldığını, bu barədə sənədlərin özündə olmadığını bildirmişdir. Mənzilin başqa şəxsə satıldığı isə cavabdehin hərəkətlərində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olduğuna dəlalət edir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması aparılmasına nail olmaqdan ötrü Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmalı və Ərizəçi ərizəsi qismən təmin olunaraq Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən D kompleksinin, * nömrəli 16 mərtəbəli binasının 3-cü girişinin 9-cu mərtəbəsində (yaşayışın 7-ci mərtəbəsində) yerləşən “xxxx " MMC-nin direktoru Anar İbadov tərəfindən təsdiq edilmiş eskiz layihəsində göstərilən sahəsi 16 və 21 m² olan 2 yataq otağından, sahəsi 24 m² olan salondan, sahəsi 16 m² olan mətbəxdən, sahəsi 16 m² olan holdan, sahəsi 7 m² olan sanitar qovşağından, hər birinin sahəsi 5 m² olan 3 eyvandan cəmi 115 m² ibarət, daxili sahəsi 98 m²-dən az olmayan mənzillin digər şəxslərə təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması, mənzilə giriş-çıxışı " xxxx" MMC-yə qadağan edilməli və həmin mənzilin üzərinə həbs qoyulmalıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, ərizəçi tərəfindən məhkəməyə ərizə və digər sənədlər daxil olmuşdur. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müvəqqəti təminat tədbiri institutu mahiyyət etibarı ilə, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Digər tərəfdən qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Göstərilənləri nəzərə alan Məhkəmə Kollegiyası bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (maddə 157.2). Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Müvəqqəti təminat tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda müvəqqəti təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Müvəqqəti təminat tədbirləri üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qərarının icrasını qeyri-mümkün edə biləcək hər-hansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlərin görülməməsi mübahisənin mahiyyəti üzrə məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər və ərizəçiyə ziyan vura bilər. Hazırda iş materiallarından görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Ərizəçi arasında bağlanmış ##.##.2024-cü il tarixli, 3/9/ 157 S saylı “Əvəzləşdirmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair”xxxx"Tikinti şirkəti", Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən, köhnə 24 və ** nömrəli binaları sökərək, yeni layihəyə uyğun inşa edəcəyi D kompleksinin * nömrəli 16 mərtəbəli binasının 3-cü girişinin 9-cu mərtəbəsində, ümumi daxili ölçüsü 98 m2-dən az olmayan 3 otaqlı *** saylı mənzili öz vəsaiti ilə inşa etməyi və İkinci Tərəfəbundan sonra "Mənzil mülkiyyətçisi"nə təhvil verməyi, "Mənzil mülkiyyətçisi" isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, ümumi daxili istifadədə 44,42 m2 yaşayış sahəsi olan köhnə mənzilini "Tikinti şirkəti"nə təhvil verməyi əvəzinə, köhnə mənzilin ümumi sahəsinin 20%-dən artıq, razılaşdırılmış 62 m2 mənzil hazırda olmadığına görə və Il qrup əlil olduğuna görə, əlavə sahə verilməklə, ümumi daxili sahəsi 98 m2-dən az olmayan, yeni 3 otaqlı təmirli mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən D kompleksinin, * nömrəli 16 mərtəbəli binasının 3-cü girişinin 9-cu mərtəbəsində (yaşayışın 7-ci mərtəbəsində) yerləşən, “xxxx" MMC-nin direktoru Anar İbadov tərəfindən təsdiq edilmiş eskiz layihəsində göstərilən sahəsi 16 və 21 kv.metr olan 2 yataq otağından, sahəsi 24 kv.metr olan salondan, sahəsi 16 kv.metr olan mətbəxdən, sahəsi 16 kv.metr olan holdan, sahəsi 7 kv.metr olan sanitar qovşağından, hər birinin sahəsi 5 kv.metr olan 3 eyvandan - cəmi 115 kv.metrdən ibarət, daxili sahəsi 98 m2-dən az olmayan *** saylı mənzillə bağlı digər şəxslərlə hər hansı bir müqavilə bağlaması cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi iddiaçı daha əvvəl eyni ərizə ilə müvəqqəti təminat tədbiri barədə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər mübahisə predmeti olan mənzillə bağlı digər şəxslərlə hər hansı bir müqavilə bağlaması cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilmiş və hazırda da həmin qərardad qüvvədədir. Digər tərəfdən işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən, köhnə 24 və ** nömrəli binaları sökərək, yeni layihəyə uyğun inşa edəcəyi D kompleksinin * nömrəli 16 mərtəbəli binasının 3-cü girişinin 9-cu mərtəbəsində, ümumi daxili ölçüsü 98 m2-dən az olmayan 3 otaqlı *** saylı mənzildir. Lakin ərizəçi ərizənin ikinci tələbində müqavilənin predmeti olmayan mənzili qeyd etmiş və həmin tələb təmin ediləcəyi təqdirdə başqa şəxslərin hüquqları pozulacaqdır. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, ərizə rədd edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil İmaməli oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №16(3-6)-577/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-577/2026
17.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver