Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-585/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı "xxxx" Müstəqil Şirkətinin cavabdehlər X22, Cavabdeh, X1, X5, X12, X23, X13, X11, X28, X14, X39, X15, X6, X16, X2, X24, X7, X8, X3 qarşı (Qaçqınların və X32 üzrə Dövlət Komitəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi cəlb edilməklə) sahədən çıxarılması və sahənin boşaldılması tələbinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və X17 ibarət tərkibdə, Iddiaçı "xxxx" Müstəqil Şirkətinin cavabdehlər X22, Cavabdeh, X1, X5, X12, X23, X13, X11, X28, X14, X39, X15, X6, X16, X2, X24, X7, X8, X3 qarşı (Qaçqınların və X32 üzrə Dövlət Komitəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi cəlb edilməklə) sahədən çıxarılması və sahənin boşaldılması tələbinə dair iş üzrə iddiaçı "xxxx" Müstəqil Şirkəti tərəfindən verilən müvəqqəti təmin tədbiri barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı Ərizəçi Müstəqil Şirkəti cavabdehlər X22, Cavabdeh, X1, X10 və X18 qarşı (Qaçqınların və X32 üzrə Dövlət Komitəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi cəlb edilməklə) “sahədən çıxarılma və sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X22, Cavabdeh, X1, X10 və X18 ailə üzvləri ilə birgə məskunlaşdıqları Bakı şəhəri, Nərimanov rayonu, Islam Abışov 72D ünvanında yerləşən qeyri-yaşayış sahələrindən çıxarılmaları və sahənin boşaldılmasına dair qətnamə qəbul edilməsini, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4741/2025 nörməli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cəbrayıl rayonunun Şıxalıağalı kəndindən məcburi köçkünlər olan X22 və ailə üzvləri: X19, X23, X13, X11, X28, Cəbrayıl rayonunun Şıxalıağalı kəndindən məcburi köçkünlər olan Cavabdeh və ailə üzvləri: X14, X39, X25, X15 məcburi köçkünlər olan X1 və ailə üzvləri: X20, X2, X26, X7, Cəbrayıl rayonunun Əmirvarlı kəndindən məcburi köçkünlər olan X5 və ailə üzvləri; X3, X8 iddiaçı “xxxx” Müstəqil Şirkətinə məxsus (mülkiyyətində olan) Bakı şəhəri, Nərimanov rayonu, Islam Abışov 72D ünvanında yerləşən sahədən çıxarılması və həmin sahənin boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdehlər X22, Cavabdeh, X1 nümayəndəsi-vəkili Sarıyev Əjdər Hakim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin apellyasiya icraatı mümkün hesab edilərək işə baxılması ##.##.2026-cı il tarixinə 10:20-ə təyin edilmişdir.
4. ##.##.2026-cı il tarixdə ərizəçi "xxxx" Müstəqil Şirkəti müvəqqəti təminat tədbirinin tətbiq ediləsi barədə ərizə təqdim edərək, Cəbrayıl rayonunun Şıxalıağalı kəndindən məcburi köçkünlər olan X22 və ailə üzvləri X19, X23, X13, X11, X28; Cəbrayıl rayonunun Şıxalıağalı kəndindən məcburi köçkünlər olan Cavabdeh və ailə üzvləri X14, X39, X25, X15, X6; Cəbrayıl rayonunun Şıxalıağalı kəndindən məcburi köçkünlər olan X1 və ailə üzvləri X20, X2, X26, X7; Cəbrayıl rayonunun Əmirvarlı kəndindən məcburi köçkünlər olan X5 və ailə üzvləri X3, X8 ərizəçiyə məxsus sahədən müvəqqəti köçürülmələri və ərazidən (sahədən) hər hansı kommersiya, kənd təsərrüfatı və ya istehsalat məqsədilə istifadələrinə dair fəaliyyətin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, iddia predmetini təşkil edən torpaq sahəsi sadəcə fərdi mülkiyyət mülahizələri baxımından deyil, mühüm dövlət və ictimai maraqlar nöqteyi-nəzərindən xüsusi strateji əhəmiyyət kəsb edir. Belə ki, “Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq, “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi”nə dair Dövlət layihəsi çərçivəsində sözügedən ərazidən strateji əhəmiyyətli avtomobil yolunun çəkilməsi icra olunmaqdadır. Lakin cavabdehlərin (məcburi köçkünlərin) qanunsuz hərəkətləri, ərazini boşaltmaqdan imtina etmələri və faktiki müqavimətləri səbəbindən layihənin həmin hissədə icrası tamamilə dayandırılmışdır. Bu qanunsuz maneə dövlət əhəmiyyətli infrastruktur layihəsinin müəyyən olunmuş qrafikdən ciddi şəkildə gecikməsinə, dövlət büdcəsi və podratçı təşkilatlar üçün hər keçən gün artan maddi zərərə səbəb olur.
Tətbiq edilən hüquq normaları:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
7. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).
8. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməlidir.
10. Belə ki, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinə istinad edərək, iddia predmeti olan torpaq sahəsindən cavabdehlərin çıxarılmasını və həmin ərazidən hər hansı kommersiya, kənd təsərrüfatı və ya istehsalat məqsədilə istifadələrinə qadağa qoyulmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
12. MPM-in 157.6-cı maddəsinə əsasən, təminat tədbirləri əks tərəfin (və ya digər varislərin) hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamalıdır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, “...Mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. Iddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir.... Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinin “müvəqqəti xarakter daşıyır” müddəası onu nəzərdə tutur ki, iddia rədd edildikdə məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə, qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər (Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsi). Iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır....”
14. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda müvəqqəti təminat tədbirlərinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir.
15. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.
16. Hazırkı ərizənin məzmunundan və irəli sürülmüş xahişdən görünür ki, ərizəçi "xxxx" Müstəqil Şirkətinin tətbiq olunmasını istədiyi müvəqqəti təminat tədbiri-cavabdehlərin və onların ailə üzvlərinin mübahisəli daşınmaz əmlakdan (sahədən) müvəqqəti köçürülməsi tələbi iş üzrə qaldırılmış əsas iddia tələbinin mahiyyəti və məzmunu ilə tam eynilik təşkil edir. Iddia ərizəsi ilə eyni tələbdən ibarət olan müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi iddia tələbinə mütənasib olmamaqla qarşı tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olacağından ərizə əsassız hesab edilməlidir.
17. Digər tərəfdən, ərizəçi cavabdehlərin mübahisəli ərazidən hər hansı kommersiya, kənd təsərrüfatı və ya istehsalat məqsədilə istifadəsinin qadağan edilməsini də xahiş etmişdir. Lakin ərizədə belə bir qadağanın tətbiq edilməsinin MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün zəruri olduğu, həmin tədbir tətbiq edilmədiyi halda gələcək məhkəmə aktının icrasının qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi konkret faktlar və ilkin sübutlarla əsaslandırılmamışdır.
18. Bundan əlavə, tələb olunan qadağa qeyri-müəyyən xarakter daşıyır. Ərizədə hansı konkret fəaliyyətin, hansı müddət ərzində və hansı hüquqi əsaslarla qadağan edilməli olduğu dəqiq müəyyən edilməmişdir. Belə qeyri-müəyyən məzmunlu təminat tədbirinin tətbiqi onun icrasında hüquqi qeyri-müəyyənlik yarada və cavabdehlərin hüquqlarının zəruri həddən artıq məhdudlaşdırılması ilə nəticələnə bilər ki, bu da MPM-in 157.6-cı maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə uyğun deyildir.
19. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Iddiaçı "xxxx" Müstəqil Şirkətinin müvəqqəti təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov