Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-596/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi üzrə qərardaddan cavabdeh Maraqlı şəxs şikayəti ilə bağlı icraat üzrə (Açar sözlər: daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın, alqı-satqı və ipoteka müqavilələrinin ləğvi və evin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Eyni zamanda, iddiaçı müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək e-*(*-**)-****/**** saylı mülki iş yekunlaşana qədər ünvan 2 ünvanda yerləşən Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notarisunun ##.##.2026-cı il tarixli 4Ə-*** reyester nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və ipoteka müaviləsi ilə özgəninkiləşdirilmiş fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, o, məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusunun ##.##.2025-ci il tarixli 4Ə1008 reyestr nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notarisunun ##.##.2026-cı il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin və ipoteka müaviləsinin ləğv edilməsinə, həmin evin əvvəlki vəziyyətinə qaytarılmaqla qeyd olunan mənzilin Eldar Mahmudovun adına deyil, onun adına qeydə alınmasına, 2009-cu il buraxılışlı, “HYUNDAI SANTA FE” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı KMHSHS**VP*U******-ban nömrəli, gümüşü metalik rəngli avtomibilin və 2008-ci il buraxılışlı, “FORD TRANSIT” yük markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı WFOXXXBDFX*A*****-ban nömrəli gümüşü metalik rəngli nəqliyyat vasitəsinin ona qaytarılmaqla qeyd olunan nəqliyyat vasitələri onun tərəfindən alındığı üçün adına qeydə alınmasına və xarici ölkələrdən gəlmiş maşın ehtiyyat hissələrinin də üzərinə qoyulmuş həbsin götürülərək həmin ehtiyyat hissələrinin də ona qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Hazırda mülki iş məhkəmənin icraatındadır. Müvəqqəti təminat barədə ərizə ona görə verilir ki, həmin evin yenidən başqa adamın adına keçirilməsi dayandırılsın. Belə ki, Eldar Mahmudov uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etmişdir. Onun xəstəliyi dövründə bütün müalicə xərclərini atası Ərizəçi qarşılamışdır. Buna dair müvafiq bank qəbzləri mövcuddur. Bundan əlavə Eldar Mahhmudovun xəstəliyinin ağır vəziyyətində o, elə bir halda olmuşdur ki, öz təbii ehtiyaclarını da valideynlərinin köməyi olmadan qarşılaya bilməmişdir. X1 öz hərəkətlərini idarə etmək iqtidarında olmamışdır. O, hətta danışıq qabuliyyətini də itirmişdir. Onun bu halından istifadə edərək, qarşı tərəf olan Maraqlı şəxs özünə notarial qaydada etibarnamə almış və bu etibarnamədən sui-istifadə etmişdir. Belə ki, hamıya məlumdur ki, xərcəng xəstəliyi olan adam tez bir zamanda vəfat edir. Ona görə də həmin etibarnamədən əvvəlcə Bakı şəhəri ** saylı notariat ofisinin xüsisi notarisunun # ###### 2025-ci il tarixli 4Ə-1008 reyester nömrəli bağışlama müqaviləsi ilə Bakı şəhəri Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 56/58, mənzil B.5.2 ## ###### 2025 ci il tarixli, 009011002692-05301- 093037 reyester nömrəli çıxarış ilə Maraqlı şəxs tam mülkiyyət huququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notarisunun ## ##### 2026-cı il tarixli 4Ə *** reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və ipoteka müaviləsi ilə özgəninkiləşdirmişdir.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Qərardaddan ərizəçi Ərizəçi şikayət verərək, onun ləğv edilməsini və müvəqqəti təminat tədbirinə dair ərizəsinin tam təmin olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə həmin qərardad ləğv edilmiş və ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən B.5.2 (yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 56, M6, m*) nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
7. Cavabdeh Maraqlı şəxs qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbirləri yalnız iddianın təmin olunması üçün zəruri hallarda tətbiq edilə bilər. Cari iş üzrə təqdim olunmuş ərizə və sübutlar belə zərurətin mövcudluğunu təsdiq etmir. Həmçinin, məhkəmə ərizənin iddianın hüquqdan sui-istifadə məqsədilə verilib-verilmədiyini araşdırmamış, vicdanlılıq prinsipinə əsaslanaraq qiymətləndirmə aparmamışdır. Iddiaçı tərəfindən təqdim edilən tədbir, mövcud mübahisənin həlli ilə heç bir əlaqəsi olmayan və tamamilə formal xarakter daşıyan bir tələbdən ibarətdir. Müvəqqəti təminat tədbirinin məhkəmə tərəfindən tətbiqi yalnız iddianın real əsaslarına əsaslanmalıdır və həmin tədbir iddianın məntiqi nəticəsi olmalıdır. Ancaq burada, iddiaçı tərəfindən göstərilən sübutlar və tələb edilən tədbirin mövcud iddia ilə əlaqəsi yoxdur, bu da müvəqqəti təminat tədbirinin tətbiqinə dair hər hansı bir hüquqi əsasın olmadığını göstərir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5- **)-***/**** saylı qərardadı ilə ilkin ərizə təmin edilməmişdir. Qərardadda mübahisə predmeti olan əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyula bilməz, qadağa qoyularsa, işdə iştirak edən şəxsin statusuna malik olmayan digər şəxslərin mənafelərinə toxunmuş olacağını və onların müdafiəsindəki mütənasibliyi təmin etmədiyini qeyd edilmiş və məhkəmə tərəfindən əsaslandırılmış qərardad qəbul edilmişdir. Digər tərəfdən isə qısa müddətdə yeni qərardad qəbul edilərək ilkin qərardadın əksi təkzib edilmişdir. Göstərilənlərə əsasən, e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsi, Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsi, əks halda bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1.1. Məhkəmə müvəqqəti təminat tədbirini təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Maddə 158.1.2. Məhkəmə müvəqqəti təminat tədbiri kimi hakim müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Maddə 158.1.3. Məhkəmə müvəqqəti təminat tədbirini təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilə bilər. Maddə 164. Işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Iş materiallarından aydın olur ki, mülki iş üzrə iddiaçının cavabdehə qarşı iddia tələbi mübahisə predmeti olan mənzilə dair müqavilələrin ləğv edilməsi və evin əvvəlki vəziyyətə qaytarılması ilə bağlıdır. Iddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə məhkəməyə iddianın əsaslığına dair ilkin sübutlarını təqdim etmişdir.
15. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
16. Bununla belə, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
17. Iddiaçının bildirdiklərinə əsasən sözügedən mənzil cavabdeh tərəfindən ##.##.2026-cı il tarixində alqı-satqı və ipoteka müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Belə olan halda cavabdehin artıq onun mülkiyyətində olmayan mənzil ilə bağlı müvəqqəti təminat tədbirinin tədbiq edilməsi nəticəsində hər hansı hüquqlarının məhdudlaşdırılması müəyyən edilmir.
18. Kollegiya xüsusilə vurğulayır ki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra maraqlı şəxslərin məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etmək hüquqları vardır.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.