Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-597/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək ** VP *** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilin satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərin adına keçirilməsi, yenidən dövlət qeydiyyatına alınmanın qadağan edilməsi və avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi verilmişdir. Iddia tələbi əsaslıdır və təmin olunması ehtimalı yüksəkdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)- ***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.
4. Qərardadın əsaslarına görə, qanunvericilik tələb edir ki, ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalı, digər tərəfdən isə həmin ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Beləliklə, qanunverici "kifayət qədər” ifadəsindən istinad etməklə ilkin sübutlarla bağlı standartı da yüksək tutmuşdur. Bu isə onu tələb edir ki, məhkəmələr ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməlidirlər. Hazırkı iddianın əsaslılığını təsdiq edən kifayət qədər sübut ümumiyyətlə ərizəyə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, avtomobillə bağlı hərəkətlərin qadağan edilməsi mülkiyyətçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməklə ərizəçinin gözlənilən məqsədinə mütənasib deyil. Buna görə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi əsassızdır.
5. Həmin qərardad ilə razılaşmayan iddiaçı Ərizəçi ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsilə qərardaddan şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırmışdır ki, Məhkəmə qərardad qəbul edərkən müvəqqəti təminat tədbirinin hüquqi təyinatını düzgün qiymətləndirməmiş, iddianın mahiyyəti üzrə həll mərhələsində tətbiq edilməli olan sübutetmə standartını təminat tədbiri mərhələsinə tətbiq etmişdir. Halbuki MPM-in 157-ci maddəsinin məqsədi iddianın əvvəlcədən təmin edilməsi deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısının alınmasıdır. Bu, qərardadda da qeyd edilmiş normanın məzmunundan irəli gəlir. Hazırkı iş üzrə iddia tələbi bilavasitə ** VP *** dövlət qeydiyyat nişanlı "Ford Fusion" markalı avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrinin simulyativ (uydurma) əqd kimi etibarsız hesab edilməsinə, həmin əqdlərin pərdələdiyi hüquq münasibətlərinin müəyyən edilməsinə və avtomobil üzərində mülkiyyət hüququnun bərpasına yönəlmişdir. Bu səbəbdən mübahisənin predmeti pul tələbi deyil, konkret fərdi müəyyən edilən əşyadır. Məhz buna görə də həmin avtomobilin məhkəmə baxışı dövründə üçüncü şəxslərə satılması, bağışlanması, girov qoyulması və ya yenidən özgəninkiləşdirilməsi ehtimalı gələcək qətnamənin icrasını ciddi təhlükə altına salır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)- ***/**** nömrəli qərardadına əsasən iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Maddə 157.4. Iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. MPM-nin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.
11. Lakin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə nəinki qeyd olunan xüsusatlar baxımından, ümumiyyətlə əsaslandırma aparılmamış, iddia ərizəsinin verildiyi, tələbin əsaslı olduğu və təmin olunma ehtimalının yüksək olduğu qeyd edilmişdir.
12. Bundan başqa nəinki ərizəyə, qərardaddan verilmiş şikayətə də heç bir sənəd əlavə olunmamışdır.
13. Buna görə də birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə yanaşı düzgün qiymətləndirmə apardığından məhkəmə kollegiyası yenidən qiymətləndirmə aparılmasına zərurət görmür və qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini əsaslandırılmadığından və ərizənin təmin edilməsi üçün zəruri hallar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı yekun nəticəyə gəlməkdə haqlı mövqedə olmuşdur, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)- ***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.