Məhkəmə qərarları › İş №16(3-6)-602/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-602/2026

24.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-602/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi cavabdeh X2 qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona oğlu ##.##.2014-cü il təvəllüdlü X1 ilə sərbəst şəkildə həftənin şənbə günü saat 10:00-dan bazar günü axşam 19:00-a qədər, həmçinin bayram günləri (yeni il, novruz bayramı, qurban bayramı) və uşağın doğum günlərində görüşmək ünsiyyətdə olmaq hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiası üzrə yekun məhkəmə qərarı çıxarılanadək cavabdehlə nikahlarından doğulmuş ##.##.2014-cü il təvəllüdlü X1 onunla həftənin şənbə günü saat 10:00-dan axşam 18:00 qədər, bazar günü saat 10:00-dan axşam 19:00 qədər görüşmək ünsiyyətdə olmaq hüququ barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh X4 ilə ## #### 2016-cı il tarixdə aralarında olan nikahları pozulmuşdur. Rəsmi nikahlarından ##.##.2014-cü il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur. Uşaq cavabdehin himayəsində yaşayır. Cavabdehlə 2016cı il tarixdə azyaşlı uşağını evdən apararaq atası evinə getmişdir. O, xeyli müddətdir ki, oğlu Cavidlə görüşə bilmir. X6 uşaqla ünsiyyətdə olmağa görüşməyə imkan vermir. O, uşaqla ünsiyyətdə olmaq hüququna dair iddia qaldırmışdır və mülki iş hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. O, oğlu Cavidlə neçə vaxtdır ki, görüşüb ünsiyyətdə ola bilmir. Məhkəmə iclası ##.##.2026-cı il tarixə təyin edilib, cavabdeh də qərəzli olaraq uşağı ilə görüşüb ünsiyyətdə olmağa imkan vermir və ona görə də məhkəmə iclasları illərlə davam edə bilər. İşlərinə məhkəmədə baxılaraq yekun qərar çıxarılanadək uşağı ilə görüşüb ünsiyyət saxlamaq istəyir. O hər dəfə oğlu Cavidlə görüşmək istəsə də, cavabdehin özü və valideyni ona uşağı ilə görüşməyə imkan vermirlər, uşağını ona göstərmirlər. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, *(*-***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi Ərizəçi övladı ##.##.2014-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 16:00-dək görüş vaxtının müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yerində hər həftənin şənbə günü saat 11:00-da X2 tərəfindən X5, həmin gün saat 16:00-da isə X5 tərəfindən X2 təhvil verilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə maraqlı şəxs maraqlı şəxs Maraqlı şəxs şikayət verərək, şikayətin təmin edilməsi, qərardadın ləğv edilməsi və uşaqla ünsiyyətlə bağlı ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi ##.##.2014 cü il təvəllüdlü oğlu X1 ilə sərbəst şəkildə həftənin şənbə günü saat 10.00-dan bazar günü axşam 19.00 qədər, həmçinin bayram günləri (yeni il, novruz bayramı, qurban bayramı) və uşağın doğum günlərində görüşmək ünsiyyətdə olmaq hüququnun verilməsi üçün müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş müvəqqəti təminat tədbiri barədə qərardada etiraz edərək məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı uşağın 1 yaşından, yəni boşandıqları gündən 12 yaşı tamam olana qədər uşaqla maraqlanmamış, maddi, mənəvi və s. heç bir ehtiyacları barədə narahat olmamış, uzun müddət ərzində aliment ödəməmişdir. Bu ilin may ayında Gəncə İcra şöbəsinin alimentlə bağlı icra vərəqini icra edən icra məmuru Maraqlı şəxs ilə əlaqə saxlayaraq nə üçün aliment almadığı barədə maraqlanmış, ərizə yazmasını tələb etmiş və yalnız ərizə yazıldıqdan sonra iddiaçı tərəfindən bir neçə illik aliment birdəfəlik ödənilmiş, uşaqla ünsiyyət məsələsi gündəmə gəlmişdir. Maraqlı şəxs hesab edir ki, uşağın 11 ildən sonra tanımadığı şəxsi atası kimi qəbul etməsi onun psixologiyasında pozuntulara səbəb ola bilər. Onun üçün də məhkəmədən işə baxıb yekun qərar qəbul edilənədək uşağın atası ilə görüşməsinin məqsədəmüvafiq hesab edilməməsini və müvəqqəti təminat tədbiri barədə qərardadın ləğv olunmasını xahiş edir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməklə belə nəticəyə gəlmişdir ki, hazırda tərəflər ayrı yaşayırlar və uşaq ananın yanında yaşayır. Ərizəçi bildirir ki, hal-hazırda onunla uşağı arasında münasibətlərin soyumasının və ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri tətbiq edilməsi zərurəti yaranmışdır. Cavabdeh uşağın onunla görüşməsinə maneə yaradır. Ərizəçinin qeyd etdiyi saatlarda görüş hüququnun verilməsi hazırki mərhələdə zəruri deyildir. Uşağın digər valideynlə ünsiyyət hüququ təmin edilməli, eləcə də uşağın azyaşlı olması və uşağın üstün maraqları, tərbiyəsi, istirahət hüququ, təhsil keyfiyyəti nəzərə alınmalıdır. Lakin, dövlətin adından fəaliyyət göstərən məhkəmə uşağın valideyni ata ilə bağlarının qorunmasında, minimal ünsiyyətinin təmin edilməsində maraqlıdır. Məhkəmə izah etmişdir ki, müvəqqəti təminat tədbirinin mahiyyəti mübahisəni qabaqcadən həll etmək deyil, təxirəsalınmaz hallarda mülki hüquq münasibətlərinin subyektlərin hüquqlarının və qanuni mənafelərinin qorunmasıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi qadağan etmək növündə müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında "Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2011-ci il tarixli Qərarı” ilə uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid edilməsi, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillərin nəzərə alınması, həmçinin tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilməsi tövsiyyə olunmuşdur. Həmçinin həmin qərarda göstərilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, uşağın qayğısına qalmaq və onu tərbiyə etmək valideynin (hazırki halda ərizəçinin) borcu, bu borcun yerinə yetirilməsi üçün isə uşaqla ünsiyyət saxlamaq valideynin (ərizəçinin) hüququdur. Bu borcun yerinə yetirilməsi və hüququn həyata keçirilməsi üçün uşaqdan ayrı yaşayan iddiaçıya müəyyən vaxt tələb olunur ki, bu vaxt ərzində bu vəzifələri həyata keçirmək mümkün olsun. Məhkəmə Kollegiyası nəzərə alır ki, hazırda müvəqqəti təminat tədbiri əsasında uşaqla ünsiyyətdə olmaq istəyən şəxs onun atasıdır. Uşağın hərtərəfli, tam dəyərli şəxsiyyət kimi formalaşması, fiziki, psixi və əxlaqi inkişafı üçün ata qayğısı və tərbiyəsinə də ehtiyacı vardır. Əksini təsdiq edən mötəbər sübutlar mövcud olmadan atası ilə ünsiyyət özü özlüyündə uşağın hər hansı mənafelərinin pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa şikayətin dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, ərizəçinin uşaqla ünsiyyətinə dair uşağa hər hansı mənfi təsir göstərə biləcəyi də öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası həmçinin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə qeyd edir ki, bu zaman ilk növbədə uşağın mənafeyi, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, uşaqdan ayrı yaşayan digər valideyn özünün ən əsas hüquqlarından biri olan övladı ilə ünsiyyət imkanından maksimum istifadə edə bilsin. Bu mənada Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə Kollegiyası həmçinin şikayətin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, maraqlı şəxs əsas mübahisənin (mahiyyəti üzrə baxılan işin) dəlillərini müvəqqəti təminat tədbiri mərhələsinə şamil etməyə çalışır. Halbuki Mülki Prosessual Məcəllənin tələblərinə görə, müvəqqəti təminat tədbirinin məqsədi iş üzrə yekun qərar çıxarılanadək tərəflərin hüquqlarının pozulmasının qarşısını almaqdır. Uşaqla ünsiyyət işlərində yekun qərar çıxanadək uzun müddət keçə bilər. Əgər bu müddətdə atanın uşaqla ünsiyyətinə tam qadağa qoyularsa, bu, ata ilə uşaq arasındakı onsuz da zəif olan bağların tamamilə qırılmasına gətirib çıxarar. Məhkəmə işi qabaqcadan həll etmir, sadəcə təxirəsalınmaz zərurətdən minimal ünsiyyət rejimini təmin edir. Bundan başqa maraqlı şəxs şikayətində qeyd etdiyi "ata 11 il uşaqla maraqlanmayıb və aliment ödəməyib" arqumenti cavabdehin uşaqla ünsiyyyə hüququndan məhrum etmir. Ailə Məcəlləsinə əsasən, valideynlik hüquqlarından məhrum edilməmiş və ya bu hüquqları məhdudlaşdırılmamış hər bir valideyn uşağı ilə ünsiyyətdə olmaq, onun tərbiyəsində iştirak etmək hüququna (və vəzifəsinə) malikdir. Məhkəmə qanuni qüvvəyə minmiş qərarla atanı valideynlik hüquqlarından məhrum etməyibsə, onun uşaqla görüşmək hüququ Konstitusiya və Ailə Məcəlləsi ilə qorunur. Bundan başqa Məhkəmə Kollegiyası qeyd edir ki, "11 ildən sonra tanımadığı atanı görmək uşağın psixologiyasını poza bilər" narahatlığı başa düşülən olsa da, bu, ünsiyyətdən tamamilə imtina etmək üçün hüquqi əsas deyil. Belə ki, birinci instansiya məhkəməsi uşağın yaşını və uzun müddət ayrılıqda yaşamasını nəzərə alaraq atanın geniş ünsiyyət tələbini qismən təmin etmişdir. Məhkəmə ataya həftələrlə dalbadal gecələmək və ya uzunmüddətli görüş deyil, həftədə cəmi 1 dəfə (şənbə günü, 5 saatlıq) minimal ünsiyyət vaxtı müəyyən etmişdir. Bu, uşağın yeni rejimə və ataya tədricən alışması üçün mütənasib balanslaşdırılmış addımdır. Bununla yanaşı maraqlı şəxsin də qeyd etdiyi kimi, ata artıq icra məmurunun tələbi ilə bir neçə illik aliment borcunu birdəfəlik ödəmişdir. Bu fakt göstərir ki, ata qanunvericiliyin tələblərinə əməl etmiş və uşaq qarşısında maddi öhdəliyini yerinə yetirmişdir. Göründüyü kimi məhkəmə tərəflərin maraqlarını və uşağın yaşını nəzərə alaraq mövqeyi balanslı və ədalətli olmuşdur. Cavabdehin mövqeyi uşağı atadan təcrid etməyə yönəldiyi halda, məhkəmənin qərarı uşağın hər iki valideynini tanıması hüququnu təmin edir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilən hissəsində düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar