Məhkəmə qərarları › İş №16(3-6)-607/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-607/2026

07.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-607/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: müvəqqəti təminat tədbiri barədə ərizənin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçılar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Ərizəçi və X4 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və X3 qarşı mənzilin alqı-satqısına dair ilkin müqavilə üzrə ödənilməmiş pul vəsaiti ödənilməklə yekun alqı-satqı müqaviləsinin bağlanmasının təmin edilməsi, qeydiyyatdan və mənzildən çıxarılma, alqı-satqı müqaviləsinin bağlanmasından imtina etməsi halında ödənilmiş pul vəsaitinin, əldən çıxmış fayda və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi barədə ilkin, cavabdeh4, cavabdeh3, cavabdeh2 və X3 X4 qarşı maddi zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işlə bağlı ərizəçi (iddiaçı) Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçılar “xxxx” MMC, Ərizəçi və X4 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və X3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 2020-ci il tarixli “Mənzilin alqı-satqısına dair” ilkin müqavilə üzrə qarşı tərəfin təqsiri üzündən ödənilməmiş 137.000 manatın cavabdeh4 ödənilməklə yekun alqısatqı müqaviləsinin bağlanmasının təmin edilməsi və onun bütün ailə üzvləri ilə birlikdə qeydiyyatdan və mənzildən çıxarılması, cavabdeh4 alqı-satqı müqaviləsinin bağlanmasından imtina etməsi halında onun birtərəfli qaydada “Mənzilin alqı-satqıına dair” ilkin müqavilə”ni pozması kimi qiymətləndirməklə, müqavilənin 2.3-cu bəndinə əsasən aldığı 230.000 manatın, bundan sonra ödənilmiş 163.000 manatın, notariat xərcinə görə 460 manatın, ödənilmiş dövlət rüsumuna görə 100 manatın, cəmi 363.560 manatın cavabdeh4 tutularaq onlara ödənilməsi, habelə əldən çıxmış faydaya və işgüzar nüfuza vurulmuş zərərə görə 100.000 manatın cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Eyni zamanda, cavabdeh4, cavabdeh3, cavabdeh2 və X3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evə vurulmuş maddi zərərə görə 20.000 manat, əldən çıxmış faydaya görə 64.800 manat, habelə gecikdirilmiş məbləğə görə illik 5 faizdən olmaqla 40.500 manat, cəmi 105.300 manatın X4 tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(005)- **/**** nömrəli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddiaçı Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddiaçı X4 həmin qətnamədən apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, həmin hissədə ilk iddia qismən təmin edilərək, cavabdeh4 335.000 manatın Ərizəçi xeyrinə tutulması və qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edimişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

8. Cavabdeh cavabdeh4 həmin qətnamədən kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən - ilk iddia ərizəsi üzrə cavabdeh cavabdeh4 335.000 manatın tutulub iddiaçı Ərizəçi verilməsi hissəsində ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(005)- **/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, cavabdeh4 300000 manat məbləğində pul vəsaitinin tutularaq Ərizəçi Kamran oğluna ödənilməsi, iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir.

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

11. Cavabdeh cavabdeh4 həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Hazırda iddiaçı Ərizəçi (nümayəndəsi və vəkili vəkil3) müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ** saylı binanın * nömrəli mənzilinin, habelə ona məxsus digər əmlakların üzərinə həbs qoyulması, həmin əmlakların özgəninkiləşdirilməsi və onlara münasibətdə hər hansı sərəncamverici hərəkətlərin həyata keçirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Bundan sonra iddiaçı Ərizəçi (nümayəndəsi və vəkili vəkil3) ərizə ilə məhkəməyə müraciət edərək, həmin ərizənin geri götürülməsinə zərurət yarandığından ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Maddə 159.2. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Maddə 159.4. Məhkəmə aşağıdakı hallarda müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir: 159.4.1. ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə; 159.4.2. ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 159.4.3. arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə bu Məcəllənin 479-cu maddəsində müəyyən edilmiş tələblərə cavab vermədikdə.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Apellyasiya instansiyası mərhələsində bu növ ərizələrin geri qaytarılması ilə bağlı münasibətləri tənzimləyən norma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə 159.4) olsa da, həmin normada konkret olaraq müvəqqəti təminat tədbiri haqqında ərizənin geri qaytarılmasına dair ərizənin daxil olması əsası qeyd olunmadığından məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 13.4 və 152.1.9-cu maddələri əsas götürülməklə ərizə geri qaytarılmalıdır.

17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Ərizəçi (iddiaçı) Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar