Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-612/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-*(*-*)-****/**** saylı mülki iş üzrə iddiaçı Ərizəçi nümayəndəsi-vəkili İntiqam Hacıyev tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh X2 və X5 qarşı “xxxx” MMC üçüncü şəxs qismində cəlb edilməklə “əsassız varlanma nəticəsində payın dəyərinin tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və cavabdeh X2 iddiaçının payından çıxılmış 30 kv.m payın cavabdehlərdən alınaraq ona naturada verilməsi, bu mümkün olmadığı halda mövcud bazar dəyəri olan 99.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMCilə bağlanmış ## #### 2018-ci il tarixli müqaviləsi ilə cavabdeh təşkilat tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov 56 ünvanda yerləşən 1 mərtəbəli yaşayış evinin söküntüsü, eləcə də, həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirməklə mülkiyyətçinin söktüntüsü nəzərdə tutulan mənzil mülkiyyətində 140,7 kv.m-dən ibarət 4 otaqlı mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 45% əlavə etməklə tikiləcək binanın 132 blokunda ümumi tikinti sahəsi 120,37 kv. metrdən ibarət 2 mərtəbə 3 otaqlı təmirli ** nömrəli mənzili mülkiyyətçinin sərəncamına verməsi öhdəsinə götürür, həmin müqavilədə 500 manat məbləğində mülkiyyətçiyə müvəqqəti yaşayış məqsədi üçün kirayə götürdüyü mənzilə görə 500 manat vəsait ödənilməsi müəyyən edilmişdir. Lakin sonradan iş üzrə digər şəxslər olan Sara Abbasova, Fəridə Rəhimova və “xxxx” MMC-nin iddia tələbi əsasında Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə “xxxx” MMC ilə bağlanmış ## #### 2018-ci il tarixli müqavilə etibarasız hesab edilmişdir. Bundan sonra iddiaçı ilə ## ###### 2021-ci il tarixdə, ***/D* saylı müqavilə bağlanmış və iddiaçıya həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov 56 ünvanda yerləşən mülkiyyətçinin istifadəsində olmuş ümumi tikinti sahəsi 140,74 təşkil edən fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında “şirkət” Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10 (b2 bina) 2-ci mərtəbədə inşa edilən ümumi tikinti sahəsi 83,84 m. təşkil edən təmirli, 2 otaqlı, ** nömrəli mənzili mülkiyyəsi barədə razılaşmışlar. Bundan sonra Ərizəçi tərəfindən cavabdehlər X5, X2, X1, MMC, Bakı şəhəri ** saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra– Reyestr xidməti) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış ## ###### 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış ## ####### 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış ## ####### 2017-ci il tarixli, 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış ## ###### 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında verilmiş reyestr xidməti tərəfindən verilmiş 0080110023774-***** reyestr nömrəli çıxarışın ləğv edilməsi, MMC tərəfindən onun payından çıxılmış 30 kv.m və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə yekun Ali Məhkəmənin ##.##.2025-ci il saylı, *(***)-***/**** saylı qərarı ilə müəyyən edilir ki, həmin iddia tələbi əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə, cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdehlər F.Ə.Rəhimov, S.A.Abasova və F.Ə.Rəhimovanın tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2023-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış ## ###### 2017-ci il tarixli və 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış ## ####### 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0080110023774 ***** reyestr nömrəli çıxarışın X5 və X2 aid hissələrdə ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi iddia tələbi Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış ## ###### 2017ci il tarixli və 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış ## ####### 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0080110023774- ***** reyestr nömrəli çıxarışın X5 və X2 aid hissələrdə ləğv edilməsi hissəsində təmin edilmiş, iddia tələbinin digər hissəsi olan MMC tərəfindən onun payından çıxılmış 30 kv.m və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi hissəsində isə təmin edilməmişdir. Belə ki, həmin qərarın 123-cü bəndində qeyd edilmişdir ki, iddiaçı ilə ##.##.2021-ci il tarixli ***/S/D* nömrəli və ***/S/D* nömrəli müqavilələr bağlanan zaman evdən Abbasova Saranın 60/540 hissədə, Rəhimova Fəridənin 60/540 hissədə mülkiyyət hüququ mövcud olmuşdur. Həmin müqavilələr bağlanan anda, iddiaçının istinad etdiyi hallar yox idi. Həmin qərarın 124-cü bəndində qeyd edilmişdir ki, Sara Abbasova və Fəridə Rəhimovanın evdən mülkiyyət hüququnun sonradan itirilməsi səbəbindən iddiaçının MMC yə qarşı indiki iddiası, əsassız varlanmanı tənzimləyən normalar əsasında təhlil edildikdə görünür ki, əsassız varlanan MMC deyil, sonradan aradan qalxmış əsaslarla faydalanmış (varlanmış) Sara Abbasova və Fəridə Rəhimovadır. Ancaq onlara qarşı iddia tələbi irəli sürülməmişdir. Buna görə də onlara qarşı tələbin araşdırılması mümkün deyil. Ona görə də, hazırda iddiaçıdan çıxılmış payın əvəzində faydalanan Sara Abbasova və Fəridə Rəhimovaya qarşı hazırkı iddia ilə ərizəsi ilə yenidən müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, həmin qərarın 119-cu bəndində qeyd edilmişdir ki, bu müqavilələr bağlandıqdan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən X8 adına ## ####### 2017-ci ildə verilmiş, həmçinin X1 və X2 ## ###### 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmişdir. Qətnamə ##.##.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Belə olan halda iddiaçıdan çıxılmış 30kv.m. payın hesabına Sara Abbasova və Fəridə Rəhimovaəsassız varlanmış və hazırda onlarla bağlanmış həmin müqavilənin hüquqi əsası olan çıxarış ləğv edilmişdir. Bu baxımdan hazırda iddiaçıdan çıxılmış 30kv.m pay hesabına əsassız varlanmış Sara Abbasova və Fəridə Rəhimova həmin payı və ya əvəzini iddiaçıya qaytarmalıdır. Ona görə də hazırda iş üzrə cavabdehlər Sara Abbasova və Fəridə Rəhimovadır. Məhz iş materialları ilə müəyyən edilir ki, X4 mübahisəli çıxarışda göstərilən 60/540 hissə payına münasib olan 15 kv.m payın verilməsinə dair ## ###### 2019-cu il tarixli, **/K/D* saylı müqavilə və Fəridə Rəhimovanın mübahisəli çıxarışda göstərilən 60/540 hissə payına dair 15 kv.m paya dair ## ###### 2019-cu il tarxili ***/K/D* saylı müqavilələri bağlanmışdır. Həmin müqavilə hazırda məhkəmə tərəfindən ləğv edilən çıxarışda göstərilən paylar hesabına verilmişdir. Hazırda məhkəmə həmin hisədə iddianı təmin edərək əslində S.Abbasova və F.Rəhimovaya verilən ümumilikdə 30kv.m payın əsassız verildiyini təsdiq edir, “xxxx” MMC həmin payı məhz Ərizəçi ##.##.2021-ci il tarixli müqavilə üzrə çıxmış və hazırda geri tələb edilən həmin paydır. Qeyd edilən pay isə cavabdehlərdədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdehlər X2 və X4 qarşı (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsassız varlanma nəticəsində payın dəyərinin tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı e-*(***)-****/**** saylı mülki işdən iddiaçı Ərizəçi cavabdeh X4 qarşı (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsassız varlanma nəticəsində payın dəyərinin tələb edilməsi” tələbinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin edilməsi və cavabdeh X2 24.000 (iyirmi dörd min) manat pul tutularaq iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Ərizəçi və cavabdeh X2 tərəfindn ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş və apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-*(*-*)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə mümkün hesab edilməklə baxılması üçün təyin edilmişdir. Hazırda iddiaçı Ərizəçi nümayəndəsi-vəkili İntiqam Hacıyev müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2019-cu il tarixli, **/K/D* nömrəli müqavilə əsasında X6 adına rəsmiləşdirilmiş daşınmaz əmlakın və ##.##.2019-cu il tarixli, ***/K/D* nömrəli müqavilə əsasında X2 adına rəsmiləşdirilmiş daşınmaz əmlakın iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək satılması, bağışlanması, dəyişdirilməsi, ipoteka ilə yüklü edilməsi, hər hansı digər formada özgəninkiləşdirilməsinin qadağan edilməsi və tətbiq ediləcək təminat tədbiri ilə əlaqədar müvafiq qadağanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qərardadın aidiyyəti dövlət orqanına göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan əmlaklardan biri ##.##.2019-cu il tarixli, **/K/D* nömrəli müqavilə əsasında X6 adına, digəri isə ##.##.2019-cu il tarixli, ***/K/D* nömrəli müqavilə əsasında X2 adına rəsmiləşdirilmişdir. Həmin əmlaklar üzrə hüquqlar hazırkı məhkəmə mübahisəsinin predmetini təşkil edir. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan və mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmədiyindən, mübahisə predmeti olan daşınmaz əmlakların üçüncü şəxslərə satılması, bağışlanması, dəyişdirilməsi, ipoteka ilə yüklü edilməsi və ya digər formada özgəninkiləşdirilməsi real ehtimal təşkil edir. Həmin əmlakların özgəninkiləşdirilməsi baş verdiyi təqdirdə, apellyasiya instansiyası tərəfindən qəbul ediləcək məhkəmə aktının icrası əhəmiyyətli dərəcədə çətinləşə və ya tamamilə mümkünsüz ola bilər. Bu isə iddiaçının hüquqlarının səmərəli məhkəmə müdafiəsini təmin etməyəcəkdir. Məhkəmə Kollegiyası, ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (maddə 157.2). Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Müvəqqəti təminat tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı ona vəsiyyət edilmiş evin satılması ilə əlaqədar “xxxx” MMC ilə müqavilə bağlamış və həmin müqaviləyə əsasən satılan mənzilin yerləşdiyi ünvanda inşa ediləcək çoxmərtəbəli binada olan mənzil iddiaçının mülkiyyətinə verilməli, aylıq kirayə haqqının əvəzi və təmir xərcləri ödənilməlidir. Bu zaman kəsiyində paralel olaraq cavabdeh F.Rəhimova da eyni sahədə yerləşən əmlaka münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin əmlak üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bu əsasla cavabdeh F.Rəhimova “xxxx” MMC ilə müqavilə bağlayaraq 15 m2 sahə əldə etmişdir. Nəticə etibarilə isə cavabdehin əldə etdiyi 15 m2 sahənin hazırki iş üzrə iddiaçıya vərəsəlik hüququ əsasında məxsus olan sahəyə aid olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsinin tərəflər arasında olan mübahisənin həllinə dair qəbul etdiyi yekun qərardan da göründüyü kimi, Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun 2- V/202 reyestr nömrəsi ilə qeydə alınmış ## ###### 2017-ci il tarixli və 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış ## ####### 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0080110023774-***** reyestr nömrəli çıxarış X2 aid hissədə ləğv edilmişdir. Hazırda isə iddiaçı əsaslı olaraq cavabdehdən onun mülkiyyət hüquqlarına aid olan 15 m2 sahənin dəyərini tələb edir. İş materiallarında olan “xxxx” MMC ilə X6 arasında bağlanmış **/K/D* nömrəli ##.##.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı “xxxx” MMC, mülkiyyətçi X4 ##.##.2019-cu il tarixli ərizəsini əsas tutaraq, paylı mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən və əvəzləşməyə təqdim edilmiş 12,5 m. sahənin əvəzinə 20% əlavə ilə birlikdə 15 m2, eyni zamanda əlavə ödəniş və digər əmlak təqdim etmək şərti ilə onun nəvəsi olan alıcı X6 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov və Sübhi Salayev küçələrinin kəsişməsində inşa edilən yaşayış kompleksinin “B” binasının, 1-ci girişinin, 7-ci mərtəbəsində yerləşən ** nömrəli, 1 otaqlı mənzili inşa edib, təmirli şəkildə təhvil verməyi öz öhdəsinə götürmüş, alıcı isə bunun qarşılığında satıcı ilə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və bu müqavilə ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə X2 arasında bağlanmış ***/K/D* nömrəli ##.##.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” MMC paylı mülkiyyət hüququ üzrə X2 məxsus olan ünvan 1 ünvanda yerləşən və əvəzləşməyə təqdim edilmiş 12,5 m2 sahənin əvəzinə 20% əlavə ilə birlikdə 15 m2, eləcə də əlavə ödəniş edilmək şərti ilə, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov və Sübhi Salayev küçələrinin kəsişməsində inşa edilən yaşayış kompleksinin “B” binasının, 2-ci girişinin, 4-cü mərtəbəsində yerləşən *** nömrəli, 1 otaqlı mənzili inşa edib, təmirli şəkildə təhvil verməyi öz öhdəsinə götürmüş, X2 isə bunun qarşılığında “xxxx” MMC ilə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və bu müqavilə ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bu mənada nəzərə almaq lazımdır ki, hazırki mübahisənin predmeti ##.##.2019-cu il tarixli, **/K/D* nömrəli müqavilə əsasında X6 adına və ##.##.2019-cu il tarixli, ***/K/D* nömrəli müqavilə əsasında X2 adına rəsmiləşdirilmiş daşınmaz əmlaklar olmuşdur. Göründüyü kimi müvəqqəti təminat tədbiri görülməsi xahiş olunan əmlaklara dair hazırkı tərəflər arasında mübahisə mövcuddur. Bu isə o deməkdir ki, iddiaçının tələb etdiyi müvəqqəti təminat tədbiri ilə iddianın mümkün təmin edilməsi halında qəbul ediləcək qətnamənin gələcəkdəki icrası arasında əlaqə mövcuddur. Belə ki, iddiaya mahiyyəti üzrə baxılana qədər sözügedən mənzillərin özgəninkiləşdirilməsi qəbul olunacaq məhkəmə aktının icrasının mümkünsüzlüyünə yol aça, habelə tərəflər, həmçinin digər şəxslər arasında əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş mövqeyi və həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələrin işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməli olması ilə bağlı dəqiq göstərişləri nəzərə alır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanılması və mübahisənin daha da dərinləşməsinin qarşısının alınması məqsədilə, iddia təmin ediləcəyi təqdirdə mübahisələndirilən daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 160.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında qərardad icra edilməsi üçün aidiyyəti orqanlara göndərilir və ya həmin qərardad əsasında icra vərəqəsi verilir. Qərardad və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqana təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər. Həmin Məcəllənin 365-ci maddəsinə görə apellyasiya icraatına bu fəslin və Məcəllənin müddəaları tətbiq olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157, 158-160, 365 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Ərizə təmin olunsun. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək ##.##.2019-cu il tarixli, **/K/D* nömrəli müqavilə əsasında X6 adına rəsmiləşdirilmiş daşınmaz əmlakın və ##.##.2019-cu il tarixli, ***/K/D* nömrəli müqavilə əsasında X2 adına rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağa edilsin. Qərardadın icrası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №16(3-6)-612/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-612/2026
07.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver