Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-614/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı Ərizəçi cavabdehlər “xxxx” MMC və Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə iddiaçının “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsinə yazılı icraat qaydasında ayrıca icraatda baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Münasibətlər 1.Mübahisə ünvan 1 ünvanında yerləşən, sahəsi 66,5 kv.m təşkil edən ** nömrəli mənzillə bağlıdır (bundan sonra – mənzil). Iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) “xxxx” MMC-nin arasında mənzilə dair ##.##.2024-cü tarixli icarə müqaviləsi bağlanıb. Digər cavabdeh Cavabdeh cavabdeh “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçisidir. Məhkəmə icraatı 2.Iddiaçı Ərizəçi cavabdehlər “xxxx” MMC və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərilən tələbləri irəli sürüb: 1) həmin icarə müqaviləsi ləğv edilsin; 2) mənzil boşaldılsın və iddiaçıya təhvil verilsin; 3) icarə müqaviləsi üzrə ümumilikdə 19.725 manat borc (cərimə də daxil olmaqla) mənzil iddiaçıya təhvil verilən günə qədər cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Iddia ərizəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də tələb olunub. 3.Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, icarə müqaviləsi ləğv edilsin, 8.100 manat icarə haqqı, 1.000 manat cərimə olmaqla cəmi 9.100 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun, mənzil cavabdeh “xxxx” MMC tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin, 2026-cı ilin fevral ayından başlayaraq mənzil iddiaçıya təhvil verilənədək ödənilməmiş icarə haqqının ödənilməsi öhdəliyi müştərək qaydada cavabdehlərin hər ikisinin üzərinə qoyulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. 4.Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək tələb edib ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin edilsin. 5.Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə qət olunub ki, apellyasiya şikayəti təmin edilməsin, Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 6.Iddiaçı ##.##.2026-cı il tarixdə müvəqqəti təmin tədbirinin tətbiqi barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək tələb edib ki, cavabdeh Cavabdeh məxsus olan, Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulsun. 7.Ərizəyə ayrıca icraatda baxılmışdır. Məhkəmənin mövqeyi 8.Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilə bilməz. 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 157.5.1-ci maddəsində qeyd olunub ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı əsaslandırılmalıdır. 10.Məhkəmə yuxarıda qeyd olunan maddələrin göstərişlərindən çıxış edərək qeyd edir ki, iddia ərizəsinin verilməsi öz-özlüyündə müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsas deyil. Evin üzərinə həbs o halda qoyula bilər ki, həbs tətbiq edilməyəcəyi təqdirdə qətnamənin icrası, yəni qətnamədə göstərilmiş pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması mümkün olmasın və ya əhəmiyyətli dərəcədə çətinləşsin. Həbs tətbiq edilməyəcəyi təqdirdə bunun baş verəcəyini ehtimal etməyə əsas verən heç bir sübut yoxdur. 11.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 159-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Iddiaçı Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №16(3-6)-614/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-614/2026
12.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver