Məhkəmə qərarları › İş №16(3-6)-642/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-642/2026

18.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-642/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, İddiaçı Ərizəçi cavabdeh “Armarium Mebel İnteryer” MMC-yə qarşı “xxxx” tələbinə dair kommersiya mübahisəsi üzrə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Ərizəçi ## #### 2025-ci il tarixli, ***/** №-li xidmət göstərilməsi müqaviləsinə əsasən yaranmış (ƏDV daxil olmaqla) 8850 manat məbləğində pulun, 221,3 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 9071,3 manat pulun və 111 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Armarium Mebel İnteryer” MMC -dən ## #### 2025-ci il tarixli, ***/** №-li xidmət göstərilməsi müqaviləsinə əsasən yaranmış ƏDV daxil olmaqla 8850 manat xidmət haqqı borcunun, 221,3 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 9071,3 manat məbləğində pulun və 111 manat dövlət rüsumunun tutularaq iddiaçı Ərizəçi xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*-*)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti icraata götürülmüşdür. İşə apellyasiya instansiyasında baxılarkən ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək ## #### 2025-ci il tarixli, ***/** №-li xidmət göstərilməsi müqaviləsinə əsasən yaranmış ümumilikdə 9071,3 manat məbləğində borcuna görə “Armarium Mebel İnteryer” MMC-nin mülkiyyətində olan 9071,3 manat dəyərində əmlakları və bank hesabları üzərinə həbs qoyulmasına dair və ərizəçi tərəfindən MTT barədə ərizənin verilməsinə görə ödənilmiş 12 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ərizəçinin xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə tələbin faktiki əsasları kimi ona istinad edilmişdir ki: - ## #### 2025-ci il tarixli, ***/** №-li xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi tapşırır, icraçı isə aylıq mühasibatlıq və bütün hesabatların dövlət orqanlarına təqdim edilməsi, Elektron kargüzarlıq vasitəsilə Vergi orqanı ilə yazışmaların aparılması, HR işləri, məzuniyyət və əmək haqqıların hesablanması işlərini öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən “sifarişçi” göstərilmiş xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflərin razılığına əsasən, bu müqavilədə nəzərdə tutulan xidmət haqqı İyul ayı daxil olmaqla aylıq 1500,00 + 270 ƏDV manat təşkil edir. İddiaçı tərəfindən ## #### 2025-ci il tarixli, ***/** №-li müqaviləyə əsasən xidmətlər göstərilmiş, lakin sifarişçi “Armarium Mebel İnteryer” MMC tərəfindən qarşılığında ödəniş edilməmişdir. Belə ki, cavabdeh tərəfindən aşağıdakı elektron-qaimə fakturalar üzrə ödəniş edilməmişdir: 1. ##.##.2025-ci il tarixli, MT2510 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 2. ##.##.2025-ci il tarixli MT2511 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 3. ##.##.2025-ci il tarixli MT2512 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 4. ##.##.2026-cı il tarixli MT2601 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 5. ##.##.2026-cı il tarixli MT2601 seriyalı ******** saylı qaiməyə əsasən - 1770 manat. Beləliklə, "Armarium Mebel İnteryer" MMC ilə aramızda bağlanan ##.##.2025 tarixli, ***/** saylı müqavilə üzrə cavabdeh tərəfindən 2025-ci il sentyabr, oktyabr, noyabr, dekabr və 2026-cı il yanvar ayları üzrə göstərilmiş xidmətlərə görə ödəniş edilməmişdir. Cavabdehin iddiaçıya müqavilə üzrə ƏDV daxil ümumillikdə 8850 manat (hər ay üçün 1770 manat) borcu yaranmışdır. Qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026- cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Armarium Mebel İnteryer” MMC-dən ## #### 2025-ci il tarixli, ***/** №-li xidmət göstərilməsi müqaviləsinə əsasən yaranmış ƏDV daxil olmaqla 8850 manat xidmət haqqı borcu, 221,3 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 9071,3 manat məbləğində pul və 111 manat dövlət rüsumu tutularaq iddiaçı Ərizəçi xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “Armarium Mebel İnteryer” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir və hazırda e-*-*(*-*)-****/**** saylı iş Bakı Apellyasiya Məhkəməsində icraatdadır. Cavabdeh “Armarium Mebel İnteryer” MMC tərəfindən verilmiş apellyasiya şikayəti (e-*-*(*-*)-****/**** saylı iş) üzrə mübahisə məhkəmə qaydasında həll olunanadək cavabdeh borcunu ödəməkdən yayınmaq məqsədilə əmlakını özgəninkiləşdirməsi, bank hesablarındakı pul vəsaitlərini çıxarması, köçürmələr etməsi riski realdır. Cavabdeh tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi məhkəmə prosesinin müddətini uzadır. Bildirir ki, məhkəmə mübahisəsinin uzanması nəticəsində gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün ola bilər. Bu səbəbdən cavabdehin hazırkı apellyasiya şikayəti üzrə mübahisə məhkəmə qaydasında həll olunanadək cavabdeh “Armarium Mebel İnteryer” MMC-yə məxsus 9071,3 (manat məbləğində əmlak və bank hesabları üzərinə həbs qoyulması ilə bağlı MTT-nin tətbiq olunması məqsədilə tərəfimdən məhkəməyə müraciət edilmidir. Ərizəçi tələbinin hüquqi əsası kimi AR Mülki Prosessual Məcəlləsinin 157-158-ci maddələrini göstərmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası hesab edir ki, ərizə qismən təmin edilməlidir. MPM-in: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. 159.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə ərizəçi Ərizəçi iddia ərizəsinin qismən təmin edilməsi iddianın təmin edilmiş hissəsinin əsaslılığına dair ilkin qənaətə gəlmək üçün kifayət edir. Digər tərəfdən cavabdeh təşkilatın həmin qətnamənin icrasından yayınmaq riski mövcuddur və bu hal iddiaçının hüquqlarının bərpasını çətinləşdirə bilər. Sözügedən qətnamə qanuni qüvvəsini aldığı halda, iddiaçı həmin borcu icra mərhələsində yubatmaqla, məhkəmə qərarının faktiki icrasını imkansız etməklə, iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı olduğundan müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmədən MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədə nail olmaq mümkün olmayacaqdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin məqsədə çatmaq üçün, cavabdehə məxsus əmlakların üzərində iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş hissəsi həddində, yəni 9071,3 manat həcmində həbs qoyulmalıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri olaraq müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri olaraq mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 158.2-ci maddəsinə görə isə məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. 158.3-cü maddəsinə görə əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. 158.4-cü maddəsinə görə cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Yuxarıda sadalanan maddənin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbiri olaraq cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Bu zaman cavabdehə məxsus əmlak üzərinə həbs qoyularkən ilk növbədə cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı - qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulmalıdır. Göründüyü kimi yuxarıda göstərilən maddənin məqsədləri üçün əmlak anlayışı digər əşyalarla yanaşı bank hesbalarında olan pul vəsaitlərini də ehtiva etdiyindən bank hesablarının üzərinə həbs qoyulmasına dair iddiaçının irəli sürdüyü tələbin ayrıca olaraq təmin edilməsi zərurəti yoxdur. Eyni zamanda o da qeyd edilməlidir ki, qətnamənin icrası mərhələsində cavabdeh “Armarium Mebel İnteryer” MMC-nin mülkiyyətində olan əmlak qismində bank hesablarındakı pul vəsaitlərinin üzərin həbs qoyulduğu təqdirdə həmin tədbir işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, müvəqqəti təminat tədbiri olaraq cavabdeh “Armarium Mebel İnteryer” MMC-nin iddianın təmin edilmiş hissəsi, yəni 9071,3 manat həcmində əmlaklarının üzərinə həbs qoyulmalıdır. Qərardadın icrası mərhələsində cavabdehin əmlakı qismində bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyularsa həmin tədbir işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, ərizə əhəmiyyətli hissədə təmin edildiyindən həmin ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 12 manat cavabdehdən tutularaq ərizəçiyə ödənilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157-158, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizə qismən təmin edilsin. Cavabdeh “Armarium Mebel İnteryer” MMC-nin 9071,3 manat həcmində əmlaklarının üzərinə həbs qoyulsun. Qərardadın icrası mərhələsində cavabdehin bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyularsa, həmin tədbir işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilsin. Ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 12 manat cavabdehdən tutularaq ərizəçiyə ödənilsin. Qalan hissədə ərizə rədd edilsin. Məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər; iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar