Məhkəmə qərarları › İş №16(3-6)-653/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-653/2026

18.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-653/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, cavabdeh Cavabdeh MMC-nin üzrə yekun məhkəmə qərarı çıxarılıb qüvvəyə minənədək müvəqqəti təminat tədbiri qismində Cavabdeh MMC-nin xxxx ASC- nin Mərkəz filialında olan "H/h AZ**AIIB******C************* saylı bank hesabı üzərinə həbs qoyulması barədə vəCavabdehMMC-nin "xxxx" ASC-də və digər banklarda olan başqa bank hesablarının müəyyən edilərək üzərlərinə həbs qoyulmasının Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Cavabdeh MMC müqavilə şərtlərini kobud şəkildə pozaraq müqavilə üzrə yaranmış borcunu uzun müddətdir ki, ödəməkdən yayınır və bu artıq Bakı Kommerisya Məhkəməsinin qətnaməsində də öz əksini tapıb. Həmçinin nəzərə alaraq ki, cavabdehin iddiaçıya olan borcu kifayət qədər böyükdür və Cavabdeh MMC bu borcu ödəməkdən yayınmaq üçün indi də əsassız apellyasiya şikayəti verib, Cavabdeh MMC-yə qarşı bu iddia təmin ediləcəyi halda, gələcəkdə qətnamənin icrasını təmin etməkdə əhəmiyyətli çətinliklər yarana bilər və bu da Ərizəçi MMC-nin iqtisadi maraqlarına əlavə zərərin vurulması ilə nəticələnər. Mülki Prosessual Məcəllənin (MPM) 157.2-ci maddəsinə əsasən, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi ərizə qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1) Qanunun mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə dərhal, şifahi məhkəmə baxışı keçirilmədən, dispozitivlik prinsipi rəhbər tutulmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar və ərizəçinin tələb və ya xahişi həddində baxılır. Odur ki, ərizədə göstərilən xüsusatların araşdırılması üçün məhkəmənin zaman baxımından imkanı yoxdur. Həmçinin, qeyd olunan xüsusatların məhkəmə tərəfindən araşdırılması məhkəmənin arbitr rolunun pozulması ilə mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Həmçinin, müvəqqəti təminat tədbiri mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraq və mənafelərinin operativ, effektiv qorunması məqsədilə istisna hallarda tətbiq edilir. Subyektlərin iddia tələbi və şikayətləri üzrə yekun məhkəmə aktları qəbul edilməklə mübahisəyə hüquqi qiymət verilir. Müvəqqəti təminat tədbiri tətbiq edilərkən zərurilik, operativlik və ağlabatanlıq prinsipləri rəhbər götürülməli, mülki hüquq münasibətlərinin digər subyektlərinin hüquqları əsassız məhdudiyyətlərə məruz qalmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Plenum qərarında həmçinin qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri mövcud vəziyyətin qorunmasına istiqamətlənir, həmin vəziyyətin mübahisə həll olunana qədər hər hansı təhlükədən (ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsindən) müdafiəsinə yönəlir. Müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Ərizəyə əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ##.##.**** saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 56 725 (əlli altı min yeddi yüz iyirmi beş) manat 45 (qırx beş) qəpik əsas borc, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 57 225 (əlli yeddi min iki yüz iyirmi beş) manat 45 (qırx beş) qəpik pul vəsaiti, hüquqi yardım üzrə 700 (yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun 261 (iki yüz altmış bir) manat 68 (altmış səkkiz) qəpiyinin əvəzi tutularaq iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ərizəçi tərəfindən ərizəyə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar (müqavilə, qaimələr və.s) əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia üzrə tələb olunan məbləğ əhəmiyyətli həcmdə olmaqla 68,091 manat təşkil etsə də, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbini qismən 58.178,13 (əlli səkkiz min yüz yetmiş səkkiz manat on üç qəpik) manat təmin edilmişdir. İş üzrə qəbul olunacaq yekun məhkəmə aktının gələcəkdə icrasının təmin olunması məqsədilə cavabdehin əmlak vəziyyətinin dəyişdirilməsi, pul vəsaitlərinin özgəninkiləşdirilməsi və ya digər şəxslərə köçürülməsi nəticəsində məhkəmə aktının icrasının çətinləşməsi ehtimalı istisna edilmir. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, iddia tələbinin mümkün icrasını təmin etmək məqsədilə Cavabdeh MMC-nin bank hesablarında mövcud olan və daxil olacaq pul vəsaitlərinə 58.178,13 manat məbləğində həbs qoyulması kifayət və mütənasib təminat tədbiridir. Prosessual qanunvericiliyin qeyd olunan tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, indiki halda ilkin sübutlar təqdim olunduğundan ərizə qismən təmin edilməli iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək və qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh MMC-nin bank hesabında olan pul vəsaitlərinin üzərinə əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan 58.178,13 (əlli səkkiz min yüz yetmiş səkkiz manat on üç qəpik) manat məbləğində pul vəsaitiləri üzərinə həbs qoyulmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157-158, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilsin. İş üzrə yekun məhkəmə aktı qəbul edilənədək və qanuni qüvvəyə minənədək cavabdeh Cavabdehxxxx“xxxx ASC”-nin Mərkəz filialında olan "H/h AZ**AIIB******C************* saylı bank hesabında olan pul vəsaitlərinin üzərinə - əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan 58.178,13 (əlli səkkiz min yüz yetmiş səkkiz manat on üç qəpik) manat məbləğində pul vəsaitiləri üzərinə həbs qoyulsun. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar