Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-668/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Ərizəçi İlqar qızının cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasaı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “nikahın pozulması və s.” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi İlqar qızı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə ## #### 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 88 nömrə ilə qeydə alınmış nikahlarının pozulması, həmçinin cavabdehlə birgə nikahlarından doğulmuş ##.##.2019-ci il təvəllüdlü X1 cavabdehdən alınaraq ona verilməsi və onun himayəsində saxlanılması, həmçinin ##.##.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və 200 (iki yüz) manat məbləğində əlavə xərcin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Ərizəçi İlqar qızının vəkili-nümayəndəsi Vəkil müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minib icraya yönəldilənə qədər iddiaçı Ərizəçi İlqar qızının ##.##.2019-ci il təvəllüdlü azyaşlı uşağı X2 ilə ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsinə və ünsiyyət qaydasının (görüş vaxtının) hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Ərizəçi İlqar qızının ## ###### 2019-cu il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün ## ###### 2019-cu il təvəllüdlü X2 onun faktiki yaşadığı ünvanından hər həftənin şənbə günü saat 10:00-da cavabdeh Cavabdeh tərəfindən Ərizəçi İlqar qızına, həmin gün saat 14:00-da isə eyni ünvanda Ərizəçi İlqar qızı tərəfindən cavabdeh Cavabdeh təhvil verilməsi, qərardadın ## #### 2026-cı il tarixədək qüvvədə olması barədə qərardad qəbul edilmişdir. Həmçinin ərizəçiyə izah edilmişdir ki, ## #### 2026-cı il tarixədək iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılaraq qərardad qəbul edilə bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Ərizəçi İlqar qızı ilə Cavabdeh arasında ## #### 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsində bağlanılmış və 88 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş ## ###### 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh yanında saxlanılması qət edilmişdir. İddiaçı Ərizəçi İlqar qızı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti üzrə mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (*(*-*)-****/**** saylı iş). Hazırda həmin iş üzrə iddiaçı Ərizəçi İlqar qızı ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-*(*-*)-****/**** saylı mülki iş üzrə yekun aktı qəbul edilib icraya yönəldilənə qədər iddiaçı Ərizəçi İlqar qızının ##.##.2019-cu il təvəllüdlü uşağı X2 ilə ünsiyyətdə olmaq hüququnun müəyyəən edilməsinə və ünsiyyət qaydasının hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə məhkəmədə baxıldığı müddətdə cavabdeh Cavabdeh uşaqla görüşmək adı ilə onu aparmış və sonradan qaytarmamışdır. Hər dəfə uşaqla maraqlananda onun yerini belə ona deməmişdir. Hətta uşağı görmək üçün Cavabdeh iş yerinə gedərək, uşağın harda saxlanılmasını soruşsa da, uşaqla görüşməyinə imkan verilməmişdir. Bu səbəbdən də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Bu Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında göstərilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olubolmamasına qiymət verilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin təqdim etdiyi müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilməli, iddiaçı ilə övladının ünsiyyət hüququ müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi İlqar qızı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilsin. Ərizəçi İlqar qızının ## ###### 2019-cu il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün ## ###### 2019-cu il təvəllüdlü X2 onun faktiki yaşadığı ünvanından hər həftənin şənbə günü saat 10:00-da cavabdeh Cavabdeh tərəfindən Ərizəçi İlqar qızına, həmin gün saat 14:00-da isə eyni ünvanda Ərizəçi İlqar qızı tərəfindən cavabdeh Cavabdeh təhvil verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-*(*-*)-****/**** saylı mülki iş üzrə yekun aktı qəbul edilib qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №16(3-6)-668/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-668/2026
21.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver