Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-672/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimovadan və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəyə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1596-cı keçid, ev 41, mənzil 34 ünvanında yerləşən, ərizədə siyahısı təqdim edilən cehiz əşyaları, ona hədiyyə olunmuş əşyaların və birgə nikah dövründə əldə edilmiş əşyalar üzərinə həbs qoyulması və cehiz əşyalarından və ona hədiyyə olunmuş əşyalardan istifadənin, birgə nikah dövründə əldə edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilə sərbəst giriş-çıxışına maneə törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ## #### 2017-ci il tarixdə rəsmi nikaha daxil olumuşlar. Bu barədə * saylı Bakı "ASAN Xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ##.##.2017-ci il tarixdə akt qeydləri kitabında *** nömrəli qeydiyyat aparılmışdır. ## ###### 2017-ci il tarixdə birgə nikahdan qızı X2 doğulmuşdur. Bu barədə * saylı Bakı "ASAN Xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən "Doğum haqqında akt qeydləri kitabı"nda ##.##.2017-ci il tarixdə **** nömrəli qeyd aparılmaqla, ##.##.2017-ci il tarixli, AZ-IV № ****** nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. ## ######## 2019-ci il tarixdə birgə nikahdan oğlu X3 doğulmuşdur. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən "Doğum haqqında akt qeydləri kitabı"nda ##.##.2019-cu il tarixdə *** nömrəli qeyd aparılmaqla, ##.##.2019-cu il tarixli AZ-IV № ****** nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Lakin yaranan münahisələr, daimi münaqişələrdən sonra nikahı davam etdirmək mümkün olmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(002)- ****/**** nömrəli qətnaməsi ilə tərəflər arasında ##.##.2017-ci ildə * saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsinin *** saylı aktı ilə bağlanmış nikah qeydi pozulmuş, birgə nikahından doğulmuş ##.##.2017-ci il təvəllüldü X1 və ##.##.2019-cu il təvəllüdlü X3 analarının yanında saxlanılması, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinın cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(*- **)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə əmlakda payın müəyyən edilməsinə dair iddiam təmin edilmiş, qeydiyyat nömrəsi 1123125507 olan, reyestr nömrəsi 002011001565- 05101-093005 olan, ünvan 1-ə 1/2 (ikidə bir) hissədə Cavabdeh və 1/2 (ikidə bir) hissədə onun payı müəyyən edilmişdir. Həmin qətnamədə cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayəti üzrə *(*-*)-****/**** saylı iş hazırda Bakı Apellyasiya Məkıməsinin icraatındadır. Mübahisəli mənzildən sonuncu dəfə 2026-cı ilin may ayında növbəti ailə münaqişəsindən sonra uşaqları ilə bərabər çıxmışdır. Lakin ona məxsus olan bütün cehiz əşyaları, nikah dövründə ona hədiyyə olunmuş əşyalar və birgə nilah dövründə əldə etdiyi bütün əşyalar mənzildə qalmışdır. Əşyalarını götürmək istəyəndə isə maraqlı şəxs tərəfindən buna maneələr yaradılmış, əşyalarını yalnız icra məmurunun iştirakı ilə götürə biləcəyi şərt kimi irəli sürülmüşdür. Mənzilə sərbəst giriş-çıxışı faktiki olaraq qanunsuz surtdə məhdudlaşdırılmışdır. Mənzilin giriş qapısının kilidinin açarı dəişdirildiyindən, ona və uşaqlara məxsus əşyaları, geyimləri, zəruri əşyaları götürmək və istifadə etmək kimi imkandan məhrum edilmişdir. Buna görə qeyd olunan əşyalara tərəfindən zərər vurulacağına, mənzildən çölə atılacağına, həmçinin onların gizlədiləcəyinə və məhv ediləcəyinə dair real təhlükə vardır. Həmin cehiz əşyaları və ona hədiyyə edilmiş əşyaların, həmçinin də birgə nikah dövründə əldə edilmiş əşyaların siyahısı aşağıdakı kimidir: Cehiz əşyaları - Bir ədəd yataq otağı dəsti bir ədəd taxt, bir ədəd paltar dolabı və taxtın yanında şkaf- iki ədəd, yataq otağında olan digər əşyalar- 2 ədəd xalça, 1 ədəd taxt döşəyi, 2 ədəd yastıq, 2ədəd sintipon yastıq, paltar dolabının üstündə adyallar 4 ədəd, stol üstu süfrələr - 4 ədəd, dəsmallar kiçik və böyük ölçüdə - 12 ədəd, dolabın içərisində ona məxsus geyimlər, Tefal markal; buxarlı ütü-1 ədəd, pərdə kənarları mavi və ağ tüldən ibarət - 3ədəd, qonaq otağında divan açıq qəhvə rəngli 1 ədəd, və açıq mavi və bozumtul ağ rəngli xalça- 1 ədəd, 6 ədəd açıq qəhvəyi rəngdə stullar, çilçıraq- 1 ədəd, 2 ədəd stol üçün ağ rəngli süfrə və aciq qəhvəyi rəngdə pərdə-1 ədəd, mətbəx mebeli - bir dəst, paltaryuyan maşın ağ rəngdə markası HOFFMAN bir ədəd, mətbəxin döşəməsindəki mavi və ağ rəngli orta ölçülü xalça- 1 ədəd, kasa dəsti 12 ədəd, meyvə qabı böyük ayaqlı- bir ədəd, kiçik mürəbbə qabı ayaqlı qapaqlı 2 ədəd, kiçik(kənarı qırmızı naxışlı) düz boşqab- 6 ədəd, böyük aş üçün boşqab 6 ədəd, 6 Şorba üçün ortaboy boşqab - 6 ədəd, dwz boşqab kənarı qırmızı naxışlı 1 ədəd, dəst biri böyük digəri ortaboy qızılı tutacaqlı qapaqlı aliminium rəngdə qazan 1 ədəd, ortaboy açıq mavi rəngdə qazan1 ədəd, ortaboy ləyən plastikdən meyve yumaq üçün qablar orta boy və iri ölçülü 4 ədəd, plastikdən saxlama qabları müxtəlif kiçik ölçüdə 3 ədəd, padnos 1-i böyük digəri balaca ölçüdə digəri oval şəkilli qızılı rəngdə cəmi 3 ədəd, 2ədəd tava biri qara rəngdə, digəri alminium rəngdə, böyük ölçüdə şüşə qapaqlı qara rəngdə tava bir ədəd, servis qablar hər biri 12 parçadan ibarət, qaz peçinin üstündəki mətbəx dolbında olan 6 ədəd kiçik 6 ədəd orta boy 6 ədəd böyuk boy plastikdən qara rəngli ədviyyat üçün qablar, çay üçün 6 ədəd stəkan, 6ədəd nelbeki, 6 ədəd fincan nəlbəki ilə ağ rəngdə üstundə qara naxış, ləbləbi qabı 2 ədəd, qrafin yanında stəkani ilə 4 ədəd stəkan, fincan büyük boy-4 ədəd, 12 ədəd kiçik düz qab, 12 ədəd ortaboy duz qab və 12 ədəd boyuk duz qab(bütün servis üçün olan qablar 12 ədəddir), 4 ədəd duz qabı (ikisi uzun digəri 2 ədəd yumru kiçik), 4 ədəd böyük oval qab, 1 qrafin, 4 ədəd stəkan ile, 2 ədəd konfet qabı, 4 ayaqlı qapaqlı kvadrat konfetqabı, oval suse qab soba ucun nəzərdə tutulan dəmir qapaqlı, 1 ədəd güldan qabı, 6 ədəd yaşıl rəngdə stəkan kampot üçün, 3 ədədli çəkməcədə 1-ci çəkməcədə olan böyük qaşıqlar çay qaşıqları -12 ədəd, bıçaqlar -12 ədəd, taxtadan olan dəst qaşıqlar 8 ədəd, 2-ci çəkməcədə olan çay dəsmalları 8 ədəd, 3-cü çəkməcədə mikser, 1 ədəd ət çəkən maşının hissəsi, blendrin hissələri və blender 1 ədəd, qıf plastikdən- 1 ədəd, 4-cü çəkməcədə olan qonaq üçün qaşıqlar böyük və kiçik ölçülərdə aş üçün 4 ədəd qaşıq, çəngəllər dəst-12 ədəd, bir ədəd nazik oxlov, 1 ədəd qalın oxlov(mərdanə), kiçik əl mikseri batareya ile çalışan 1 ədəd, sürtkəc 1 ədəd, dəhlizdə yerləşən ehtiyat yerində bir ədəd elektrikli çaynik termoslu yaşıl rəngli, 1ədəd multivarka ag rəngdə, tort qəlibləri dəst - 4ədəd, ətçəkən maşın -1 ədəd, mənə məxsus ayaqqabılar- 10 dəst 5. elektrik sobası (duxovka) LOTUS markalı 1ədəd, Sanitar qovşqada olan plastikdən vanna bir ədəd böyük boz rəngli, kiçik ölçülü mavi rəngdə plastikdən vanna mavi rəngli 1 ədəd və aciq çəhrayı rəngdə plastikdən vedrə 2 ədəd, şəxsən ona birgə nikah dövründə edilmiş hədiyyələr - soyuducu "Samsung" markalı- 1ədəd (hədiyyə) - birgə nikah dövründə əldə edilmiş əşyalar bunlardan ibarətdir: Uşaq otağında yerləşən ağ rəngdə yataq - 2 ədəd, uşaq üçün matras ortopedik iki ədəd, iki ədəd və yazı masası iki ədəd, masanın stulları iki ədəd və "Tauba” markali kondisioner- 1 ədəd, ağ rəngdə paltar dolabının içərisində olan uşaq geyimləri, ədəd və uşaq otağındakı açıq mavi və açıq ağ rəngli xalça-2ədəd, Bbalkonda və digər otaqlarda balaları yerləşən kombi - 1 ədəd. Yuxarıda qeyd olunan əşyaların özlərinin və ya dəyərinin cavabdehdən alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Göstərilənlərə əsasən məhkəmədə iddia qaldırılaraq iş üzrə yekun qərar qəbul edilənədək həmin əşyalara ziyan vurulmasının qarşısını almaq üçün müvəqqəti təminat tədbiri olaraq ona məxsus siyahısını təqdim etdiyi 48 adda cehiz əşyanın, hədiyyə edilmiş 1 adda əşyanın və birgə nikah dövründə alınmış 9 adda əşyanın üzərinə həbs qoyulması və cehiz əşyalardan və ona məxsus hədiyəlik əşyalardan istidafə edilməsinin cavabdehə qadağan edilməsinə ehtiyac vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilməli, Ərizəçi ünvan 1 ünvanında yerləşən mənzilə sərbəst giriş-çıxışına maneə törədilməsi Cavabdeh qadağan edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Ərizəçi ilə Cavabdeh arasında ##.##.2017-ci ildə * saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsinin *** saylı aktı ilə bağlanmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2017-ci il təvəllüldü X1 və ##.##.2019-cu il təvəllüdlü X3 iddiaçı Ərizəçi yanında saxlanılmaları, iddiaçı Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh tutularaq iddiaçı Ərizəçi ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, qeydiyyat nömrəsi 1123125507 olan, reyestr nömrəsi 002011001565-05101-093005 olan, ünvan 1-ə 1/2 (ikidə bir) hissədə Cavabdeh və 1/2 (ikidə bir) hissədə Ərizəçi payının müəyyən edilməsi qət edilmişdir. Ərizəyə əlavə edilmiş *(*-*)-****/**** nömrəli ##.##.2026-ci il tarixli məhkəmə bildirişindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(5-96) ***/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə ##.##.2026-cı il tarixində saat 09:10-da Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Zal N15) şifahi icraat qaydasında baxılacaqdır. Ərizəyə əlavə edilmiş *(*-*)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli məhkəmə bildirişindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(5-96)- ***/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə ##.##.2026-cı il tarixində saat 12:30-da Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Zal N15) şifahi icraat qaydasında baxılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq və.s. Işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nikah pozulmuş, uşaqlar ərizəçinin yanında saxlanılmış və tərəflər arasında əmlakda payın müəyyən edilməsinə dair mübahisə yaranmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə mübahisəli mənzil üzərində hər iki tərəfin 1/2 payı müəyyən edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Ərizəçi bildirir ki, 2026-cı ilin may ayında uşaqları ilə birlikdə mənzildən ayrıldıqdan sonra mənzilə qayıtmaq və orada qalan əşyalarını götürmək istədikdə ona maneələr yaradılmış, mənzilin giriş qapısının kilidi dəyişdirilmiş və onun mənzilə sərbəst daxil olmasına faktiki maneə törədilmişdir. Bu hallar ərizəçinin mənzilə sərbəst giriş-çıxış hüququnun faktiki məhdudlaşdırıldığını göstərən hallardır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin onun mənzilə daxil olmasına faktiki maneə yaratması vəziyyətində ərizəçinin hüquqlarının qorunması məqsədilə ərizə həmin hissədə təmin edilməlidir. Kollegiya ərizənin əşyaların üzərinə həbs qoyulması və istifadəsinə qadağa qoyulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi tərəfindən mənzildə qalan əşyaların siyahısı ətraflı şəkildə təqdim edilmişdir. Siyahıda cehiz əşyaları, ərizəçiyə nikah dövründə hədiyyə edilmiş soyuducu və birgə nikah dövründə əldə edilmiş məişət və uşaq əşyaları ayrıca göstərilmişdir. Ərizəçi həmin əşyaların özünə məxsus olduğunu və ya birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olduğunu göstərməklə, gələcəkdə həmin əşyaların özünün və ya dəyərinin cavabdehdən tutulması barədə iddia qaldıracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Kollegiya qeyd edir ki, hazırda ərizəçi tərəfindən qeyd olunan əşyaların cavabdehdən alınması və ya onların dəyərinin tutulması barədə mübahisə üzrə apellyasiya instansiyası məhkəməsinin icraatında mülki iş mövcud deyil. Hazırki halda apellyasiya məhkəməsinin icraatında olan mülki iş cehiz əşyalarının cavabdehdən alınması və ya onların dəyərinin tutulması ilə bağlı deyil, əmlakda payın müəyyən edilməsi ilə bağlıdır. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin məhkəmədə iddia ərizəsi verilənədək verilə bilməsi nəzərə alınaraq, ərizə müvafiq birinci instansiya məhkəməsinə verilməsi olduğu halda, apellyasiya instansiya məhkəməsinə verilmişdir. Ərizəçiyə izah edilir ki, cehiz əşyaların üzərinə həbs qoyulması və istifadəsinə qadağa qoyulması barədə müvvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Həmin Məcəlləninin 159.2 ci maddəsinə görə hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilsin. Ərizəçi ünvan 1 ünvanında yerləşən mənzilə sərbəst giriş-çıxışına maneə törədilməsi Cavabdeh qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-6)-672/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-672/2026
24.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver