Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-673/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzə rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından ərizəçi Ağayeva İlahə Hadil qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Ağayeva İlahə Hadil qızı müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə növbəti instansiyalarda baxılıb qurtaranadək, azyaşlı övladı X1 onun himayəsinə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1, 157.2, 158.1, 157.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Ağayeva İlahə Hadil qızının daha əvvəl “uşağın onun himayəsinə verilməsi” barədə müvəqqəti təminat tədbirinin tətbiqinə dair tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(***)-***/**** saylı qərardadı ilə təmin edilmişdir. Ərizəçi Ağayeva İlahə Hadil qızının “uşağın onun himayəsinə verilməsi” tələbinə dair təmin edilmiş, müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı Bakı Apellyasiya Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, müvəqqəti təminat tədbiri barədə ərizənin rədd edilməsini xahiş edib göstərmişdir ki, 2025ci ildə Suraxanı rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş və İlahə Ağayeva tərəfindən şəxsən imzalanmış aktlardan açıq şəkildə görünür ki, azyaşlı uşağı görüş üçün aparsa da, uşaq özü anası ilə qalmaq istəməmişdir. Yəni uşaq anası ilə görüşməsinə baxmayaraq, onun yanında qalmaqdan imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2026-cı il tarixli, **(*-**)***/**** saylı qərardadında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən əlaqəli iş artıq apellyasiya instansiyası məhkəməsinin icraatında olmuşdur. Başqa sözlə, məhkəmə əlaqəli işin artıq birinci instansiya məhkəməsinin icraatında olmadığını gördüyü və bildiyi halda sözügedən ərizəyə mahiyyəti üzrə baxıb təmin etməklə səhvə yol vermişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə yekun qərar qəbul edilməsini gözləmədən, üstəlik qətnamə ilə həll edilməli olan məsələni müvəqqəti təminat tədbirinə dair ərizə əsasında təmin etməsi anlaşılan olmamışdır. Bununla da, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinə dair ərizəni təmin edərkən həmin tədbirin məqsədlərini nəzərə almamışdır. Çünki müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Məhkəmə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mövqeyi ilə razılaşaraq, həmçinin qeyd olunan halları nəzərə alaraq qanunvericilik normalarının hazırki işə tətbiqi baxımından qeyd edir ki, hazırda tərəflər arasında mübahisəyə dair mülki iş məhkəmənin icraatında olmaqla mahiyyəti üzrə araşdırılır və həmin məhkəmə Ailə Məcəlləsinin tələbinə uyğun olaraq, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir (Ailə Məcəlləsi m. 22.2.1). Ərizədə isə həmin iş üzrə yekun məhkəmə aktı çıxarılanadək uşağın müvəqqəti olaraq ərizəçinin himayəsinə verilməsi barədə təminat tədbirinin tətbiq edilməsi xahiş olunur. Buna münasibətdə məhkəmə qeyd edir ki, uşağın valideynlərdən hansının himayəsinə verilməsi mahiyyət etibarı ilə müvəqqəti xarakter daşımır və ona görə təminat tədbiri qismində tətbiq olunması bu institutun mahiyyətinə uyğun deyil. Ona görə məhkəmə hesab edir ki, yalnız mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə ərizədə qeyd olunan dəlilləri tam, hərətərəfli və obyektiv araşdıraraq uşağın kimin himayəsinə verilməsini (saxlanmasını) yekun qərarında müəyyən edə bilər. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Ərizəçi Ağayeva İlahə Hadil qızı şikayət vermiş və Xəzər rayon Məhkəməsinin ##.##.2026cı il tarixli **(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi, X1 iddiaçının himayəsinə verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 125; Ailə Məcəlləsinin 60; Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə öz qərardadında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadına əsaslanaraq qeyd edir ki, daha öncə birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən əlaqəli iş artıq apellyasiya instansiyası məhkəməsinin icraatında olmuşdur. Başqa sözlə, məhkəmə əlaqəli işin artıq birinci instansiya məhkəməsinin icraatında olmadığını gördüyü və bildiyi halda sözügedən ərizəyə mahiyyəti üzrə baxıb təmin etməklə səhvə yol vermişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə yekun qərar qəbul edilməsini gözləmədən, üstəlik qətnamə ilə həll edilməli olan məsələni müvəqqəti təminat tədbirinə dair ərizə əsasında təmin etməsi anlaşılan olmamışdır. Bununla da, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinə dair ərizəni təmin edərkən həmin tədbirin məqsədlərini nəzərə almamışdır. Çünki müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmənin Bakı Apellyasiya Məhkəməsinin başqa iş üzrə qəbul edilmiş qərardadına istinad etməsi hazırkı iş üzrə ərizənin rədd edilməsi üçün müstəqil hüquqi əsas hesab edilə bilməz. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş və iş mahiyyəti üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə həll edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsindən irəli gələn məhkəmə hakimiyyətinin həyata keçirilməsi prinsipi də onu tələb edir ki, işə qanunla müəyyən edilmiş məhkəmə instansiyalarında tam və hərtərəfli baxılsın. Bu səbəbdən, apellyasiya instansiyası tərəfindən mübahisəyə yekun hüquqi qiymət verilməyənədək, birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş hüquqi nəticələr qəti hesab edilə bilməz. Belə olan halda, müvəqqəti təminat tədbirinin tətbiqi mübahisəni mahiyyəti üzrə əvvəlcədən həll etmək deyil, məhz apellyasiya baxışı başa çatanadək uşağın hüquq və qanuni mənafelərinin qorunmasına xidmət edir. Əks yanaşma isə apellyasiya baxışının effektivliyini zəiflədərək Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan səmərəli məhkəmə müdafiəsi hüququnu və işə yuxarı instansiya məhkəməsində baxılması hüququnu faktiki olaraq mənasız edə bilər. Buna görə də məhkəmənin yalnız başqa iş üzrə formalaşmış hüquqi mövqeyə istinad etməklə ərizəni rədd etməsi qanunvericiliyin və Konstitusiyanın göstərilən tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqindən imtina edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60cı maddəsinin tələblərini də nəzərə almamışdır. Həmin maddənin mahiyyətinə görə, valideynlər arasında yaranan mübahisələrdə əsas meyar azyaşlı uşağın üstün mənafeyinin təmin edilməsidir. Hazırkı işdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi iddia tələbinin mahiyyəti üzrə əvvəlcədən həll edilməsi məqsədi daşımır, əksinə, iş apellyasiya instansiyasında yekun həll edilənədək uşağın mənafelərinin qorunmasına xidmət edir. Hazırda azyaşlı uşağın cavabdehin yanında qalması uşağın anası ilə ünsiyyətinin və emosional bağlılığının zəifləməsinə, eləcə də gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının çətinləşməsinə səbəb ola bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirinin tətbiqi uşağın üstün mənafeyinin təmin edilməsi məqsədinə tam uyğundur. Məhkəmə isə müvəqqəti təminat tədbirinin uşağın mənafeyinə necə təsir göstərəcəyini araşdırmamış, yalnız prosessual normalara formal istinad etməklə kifayətlənmişdir. Halbuki, uşaqla bağlı mübahisələrdə məhkəmənin əsas vəzifəsi ilk növbədə azyaşlının üstün mənafeyini qiymətləndirmək və həmin mənafeyin səmərəli müdafiəsini təmin etməkdir. Buna görə də müvəqqəti təminat tədbirinin tətbiqindən imtina edilməsi həm MPM-in 157-ci maddəsinin məqsədinə, həm də Ailə Məcəlləsinin 60-cı maddəsinin tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsi MPM-in 157.1 və 157.2-ci maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Hazırda iş apellyasiya instansiyasının icraatındadır və yekun məhkəmə aktı qəbul edilməmişdir. Azyaşlı uşaq hələ də cavabdehin yanında saxlanılır ki, bu da mübahisəli hüquq münasibətlərinin davam etməsinə səbəb olur. İşə baxılması müddətində uşağın cavabdehin yanında qalması sonradan qəbul ediləcək məhkəmə aktının icrasını çətinləşdirə, uşağın anası ilə münasibətlərinin zəifləməsinə və onun mənafeyinə mənfi təsir göstərə bilər. Məhz MPM-in 157.2-ci maddəsinin məqsədi belə halların qarşısını almaq və ərizəçinin hüquqlarının gələcəkdə səmərəli müdafiəsini təmin etməkdir. Buna baxmayaraq, məhkəmə göstərilən halları nəzərə almadan müvəqqəti təminat tədbirinin tətbiqindən imtina etmiş və bununla da qanunun tələblərini düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi MPMin 157.6-cı maddəsini də düzgün tətbiq etməmişdir. Ərizədə tələb olunan müvəqqəti təminat tədbiri cavabdehin hüquqlarını lüzumsuz məhdudlaşdırmağa deyil, iş üzrə yekun qərar qəbul edilənədək azyaşlı uşağın mənafeyinin qorunmasına və mövcud mübahisənin daha da dərinləşməsinin qarşısının alınmasına xidmət edir. Tələb olunan tədbir mübahisənin predmeti ilə birbaşa əlaqəli olmaqla, qarşıya qoyulan məqsədə tam mütənasibdir. Məhkəmə isə mütənasiblik prinsipinin nədən pozulduğunu konkret əsaslarla izah etməmiş, yalnız qanun normasını sadalamaqla kifayətlənmişdir. Bu isə qərardadın kifayət qədər əsaslandırılmadığını göstərir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu; 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli (№ *-2/2016) qərarına əsasən: “Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir.” Apellyasiya məhkəməsi xüsusilə qeyd edir ki, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa da və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, mütləq ki, onun məqsədlərinə uyğun olmalıdır. Belə ki, bu tədbir lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmamalı, habelə mülki hüquq subyektlərinin bərabərliyini, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin etməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397, 398, 400 və 402-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası qeyd edir ki, İddia tələbinin məqsədlərinə uyğun olan Ağayeva İlahə Hadil qızı müvəqqəti təminat tədbiri barədə ərizəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı, ##.##.2025-ci il il tarixli qərardadı ilə qismən təmin edilərək, yekun məhkəmə aktı çıxarılanadək Ağayeva İlahə Hadil qızının ##.##.2018-ci il təvəllüdlü X1 ilə müvəqqəti olaraq hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək gecə qalmaq şərtilə ünsiyyətdə olması qərara alınmış vəvalideyn-uşaq münasibətlərinin bərpa edilməsi və qətnamənin gələcək təminatı üçün bu tədbir hələlik kifayətdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı Ərizəçi Ağayeva İlahə Hadil qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №16(3-6)-673/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-673/2026
14.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver