Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-678/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi ilə cavabdeh Cavabdeh MMC arasında ## #### 2023- cü il tarixində Bakı şəhəri, Nizami rayon, Şirin Mirzəyev küçəsində yerləşən "My Home" yaşayış kompleksinin D blokunun 6-cı mətrtəbəsində yerləşən, D.6.* saylı, ümumi sahəsi 98,5 kv.m mənzilin alqı-satqısı barədə bağlanılmış **** №-li müqaviləyə əsasən, iddiaçı Ərizəçi ünvan 1ndə yerləşən "MY HOME" yaşayış kompleksinin D blokunun 6-cı mərtəbəsində yerləşən D.6.* saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, habelə cavabdeh Cavabdeh MMC-nin həmin mənzili iddiaçıya təhvil verməsi öhdəliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ünvan 1ndə yerləşən "My Home" yaşayış kompleksinin "D" blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98,5 kv.m olan D.6.* saylı mənzildə hər hansı təmir işlərinin aparılması cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər şəxslərə (o cümlədən üçüncü şəxslərə) qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ünvan 1 ünvanında inşa edilmiş "My Home" yaşayış kompleksinin "D" blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98,5 kv.m olan D.6.3. saylı mənzildə hər hansı təmir işlərinin aparılması cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər şəxslərə (o cümlədən üçüncü şəxslərə) qadağan edilməlidir. Belə ki, ## #### 2023-cü il tarixli, MA-*** №-li maliyyə arayışına əsasən, ərizəçi Ərizəçi # #### 2023-cü il tarixli, **** №li "Satış" müqaviləsinin predmeti sayılan Bakı şəhəri, Şirin Mirzəyev küçəsində inşa edilən "My Home" yaşayış kompleksinin D blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98,5 kv.m olan D.6.* №-li mənzilin dəyərini tam ödəmişdir və həmin mənzil üzrə hər hansı borcu mövcud deyildir. ## #### 2023- cü il tarixli, **** №-li "Satış" müqaviləsinə əsasən, icraçı tərəfindən sifarişçiyə D.6.* nömrəli, ümumi sahəsi 98,5 kvadratmetr olan mənzili müqavilə bağlandığı tarixdən etibarən 1 ay müddətində təhvil verməyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC tərəfindən bu günədək həmin mənzil iddiaçı Ərizəçi təhvil verməmişdir. Belə ki, ərizəçi tərəfindən mənzilin müqavilə üzrə dəyəri tam şəkildə ödənilməsinə baxmayaraq, həmin mənzilə sahiblik. və istifadə hüququnu həyata keçirə bilməmiş, mənzildən faktiki istifadə etmək imkanından məhrum olmuşdur. Göründüyü kimi, cavabdeh Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və iddia predmetini təşkil edən mənzili iddiaçıya təhvil verməmişdir. Əsas iddianın təmin ediləcəyi və qəbul ediləcək qətnamənin gələcəkdə maneəsiz icrasının təmin olunması, habelə qətnamənin icrasına maneə yarada biləcək halların qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə təmin edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, mübahisə məhkəmədə həll olunana və qətnamə qanuni qüvvəsini alanadək ünvan 1ndə yerləşən "My Home" yaşayış kompleksinin "D" blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98,5 kv.m olan D.6.* saylı mənzildə təmir işlərinin aparılmasının “xxxx“ MMC-yə və digər şəxslərə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə və “xxxx“ MMC-yə həvalə edilməsi qərara alınmışdır. Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*- **)-***/**** saylı qərardadından şikayət verərək, Nizami rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadını ləğv edərək müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilən pilot lahiyə çərçivəsində inşa edilən yaşayış kompeksində yerləşən mənzillərdən biri ilə bağlıdır. Pilot lahiyənin həyata keçirilməsi məqsədilə köhnə yaşayış binaları sökülmüş, həmin binalarda yaşayan şəxslərə yeni tikilən yaşayış kompleksindən mənzillərin verilməsi barədə müqavilə bağlanmışdır. Lakin iş üzrə xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, hazıkı mübahisə predmeti olan “D” blokunun, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98,5 kv.m olan D.6.* saylı mənzil layihə çərçivəsində binaları sökülən sakinlərdən biri kimi ilkin olaraq iddiaçıya deyil, ona təqdim edilmiş, həmin mənzil ## ######## 2016-cı il tarixli notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında onun istifadəsinə verilmiş və faktiki olaraq ona təhvil verilmişdir. Bundan sonra iddiaçı həmin mənzil üzərində hüquq iddia etməyə başlamış və həmin mənzilin ona məxsus olduğunu bildirərək məhkəməyə müraciət etmişdir. Deməli, hazırkı iş üzrə əsas mübahisə mənzilin təmir olunması deyil, həmin mənzil üzərində hüquqa malik olduğu müəyyən edilməmişdir. Buna baxmayaraq, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə verərək mübahisəli mənzildə hər hansı təmir işlərinin aparılmasının qadağan edilməsini xahiş etmiş, Nizami rayon Məhkəməsiisə ## #### 2026cı il qərardadı ilə həmin ərizəni təmin etmişdir. Hesab etmişdir ki, həmin qərardad işin faktiki halları tam araşdırılmadan, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş, cavabdehin və üçüncü şəxslərin qanuni hüquq və mənafeləri əsassız şəkildə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası MPM-nin müvafiq maddəsinə əsasən müvəqqəti təminat tədbirləri yalnız cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi və bunun gələcək məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi hallarda tətbiq edilə bilər. Hazırkı iş üzrə iddiaçı belə halların mövcudluğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Ərizədə yalnız ehtimallar irəli sürülmüş, lakin həmin ehtimalların real və obyektiv əsasları göstərilməmişdir. Məhkəmə də bu halları araşdırmadan yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qərardad qəbul etmişdir. Hazırkı münbahisənin predmeti mənzilin təhvilməsi ilə bağlı müqavilə öhdəliyidir. Mənzildə təmir işlərinin aparılması həmin mənzilin hüquqi statusunu dəyişmir, onu mövcudluqdan çıxarmır, başqa əmlaka çevirmir və gələcəkdə mümkün qətnamənin icrasını qeyri- mümkün etmir. Məhkəmə qanunsuz və əsassız qərardad qəbul edərkən mənzilin ilkin olaraq ona təqdim edilməsinə, onun faktiki sahiblik hüququna və həmin mənzilin ona verilməsi ilə bağlı sənədlərə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki bu hal müvəqqəti təminat tədbirinin tətbiq edilib-edilməməsinə birbaşa təsir edən mümkün faktdır. Məhkəmə isə həmin halları araşdırmadan iddiaçının birtərəfli izahatına əsaslanaraq qərardad qəbul etmişdir. Hesab etmişdir ki, məhkəmənin qərardadı hazırkı mülki iş üzrə qanuni və əsaslı sayıla bilməz. Ona görə də ləğv edilməlidir Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 157.1ci maddəsinə görə, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-in 157.2-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər (maddə 157.3). Müvəqqəti təminat tədbirləri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tətbiq edilə bilər (maddə 158.1.2-158.1.3). Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qanunun mənasından göründüyü kimi müvəqqəti təminat tədbirləri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Həmin qərarda həmçinin qeyd edilir ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir..... Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisə predmeti olan mənzilə dair bir neçə şəxslə müqavilə bağlanması ehtimalı mövcuddur, hazırki müvəqqəti təminat tədbiri barədə ərizə isə həmin mənzildə təmir işlərinin aparılmasının qadağan edilməsindən ibarətdir. Göründüyü kimi hazırki müvəqqəti təminat tədbirinə dair ərizə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almağa yönəlmişdir. Kollegiya mübahisəli mənzildə təmir işlərinin aparılması və belə olan halda iddia təmin edildiyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının çətinləşməsi ehtimalının mövcud olduğunu, digər tərəfdən müvəqqəti təminat tədbiri tətbiq edilməklə həmin hərəkətlərin qadağan edilməsinin belə bir ehtimalı aradan qaldırdığını nəzərə alaraq hesab edir ki, ərizəni təmin etməklə məhkəmə qanunun məqsədlərinə uyğun qərardad qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası iddianın əsaslılığına hüquqi qiymət vermədən işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından hesab edir ki, hazırki ərizə müvəqqəti təminat tədbiri institutunun məqsədlərinə xidmət etdiyi üçün şikayət təmin edilmədən, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda kollegiya bildirir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Sabit Bəhrəmzadə Xumar Mərdanova
Məhkəmə qərarları › İş №16(3-6)-678/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-678/2026
09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver