Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-687/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, İddiaçı Ərizəçi X5 cavabdeh Cavabdeh X3rşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Ərizəçi Məhdud Məsuliyyəti Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, * nömrəli müqavilə əsasında yaranmış 24662 manat (ƏDV daxil) məbləğində icarə haqqı, habelə ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 24662 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 164 manat manat olmaqla, ümumilikdə 24826 manat məbləğində pul vəsaitinin iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyasında baxılarkən ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək 24662 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 164 manat manat olmaqla, ümumilikdə 24826 manat məbləğində vəsaitin cavabdeh Cavabdeh MMC-dən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin bütün bank hesablarına 24826 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə tələbin faktiki əsasları kimi ona istinad edilmişdir ki: - Ərizəçi MMC və Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, * nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında Avtoqreyder Liugong CLG 4215D markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı texnika Cavabdeh MMC-yə icarəyə verilmiş, həmin texnika ilə bağlı 1 təqvim günü üçün 499.23 AZN (ƏDV daxil) icarə haqqının ödənilməsi razılaşdırılmışdır. Həmin texnikanın icarəsi ilə bağlı 2024-cü ilin sentyabr ayı üçün 12 480.77 AZN (ƏDV daxil) və 2024cü ilin oktyabr ayı üçün 12 181.23 AZN (ƏDV daxil), ümumilikdə 24 662 AZN (ƏDV daxil) məbləğində icarə haqqı hesablanmış, bununla bağlı tərəflər arasında təhvil qəbul aktları imzalanmış, Cavabdeh MMC-yə elektron qaimələr göndərilmiş və həmin qaimələr Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir. Lakin həmin məbləğ hələ də Ərizəçi MMC-yə ödənilməmişdir. Bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, borcun Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Baki Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 24662 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 164 manat manat olmaqla, ümumilikdə 24826 manat manat məbləğində pul vəsaiti iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir, lakin şikayət demək olar ki, əsaslandırılmamışdır, qeyd edilən əsaslar isə tərəflər arasında olan müqaviləyə uyğun deyildir. Cavabdehin apellyasiya şikayətinin məqsədi Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin icrasını ləngitməkdir. Bu isə qətnamənin icrasını şübhə altına salır. Bu səbəbdən də hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinə baxılıb qurtarana qədər müvəqqəti təminat tədbiri kimi cavabdehin bütün bank hesabları üzərinə ödənilməli olan pul vəsaiti həcmində həbs qoyulmasına zərurət vardır. Ərizəçi tələbinin hüquqi əsası kimi AR Mülki Prosessual Məcəlləsinin 14, 157-ci maddələrini göstərmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, MPM-in: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. 159.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə ərizəçi Ərizəçi MMC-nin iddia ərizəsinin təmin edilməsi iddianın əsaslılığına dair ilkin qənaətə gəlmək üçün kifayət edir. Digər tərəfdən cavabdeh təşkilatın həmin qətnamənin icrasından yayınmaq riski mövcuddur və bu hal gələcəkdə sözügedən qətnamə qanuni qüvvəsini aldığı halda, iddiaçının hüquqlarının bərpasını çətinləşdirə bilər. Odur ki, MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədə nail olmaq baxımından müvəqqəti təminat tədbirinin tətbiqi zərurəti mövcuddur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesablarındakı pul vəsaitlərinin üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan ümumilikdə iddia tələbi həddində, yəni 24.662 manat həcmində həbs qoyulması növündə müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsaslar mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, müvəqqəti təminat tədbiri olaraq cavabdeh Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesablarındakı pul vəsaitlərinin üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan ümumilikdə 24.662 manat həcmində həbs qoyulmalı, qalan hissədə ərizə təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157-158, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizə qismən təmin edilsin. Cavabdeh Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesablarındakı pul vəsaitlərinin üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan ümumilikdə 24.662 manat həcmində həbs qoyulsun. Qalan hissədə ərizə rədd edilsin. Məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər; iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №16(3-6)-687/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-687/2026
27.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver