Məhkəmə qərarları › İş №16(3-6)-690/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-690/2026

09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-690/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi haqqında” ərizəsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V saylı evin zirzəmisinde yerləşən və "xxxx" MMC tərəfindən tərtib edilmiş layihədə əks olunmuş 59,5 kv.m qeyri-yaşayış sahəsinin 31,4 kv.m təşkil edən ticarət sahəsindən, 3,8 kv.m köməkçi sahə olan dəhlizdən, 1,5 kv.m olan sanitar qovşaqdan, binanın qabaq hissəsindən qeyriyaşayış sahəsinə giriş üçün istifadə edilən pilləkəndən, 59,5 kv.m qeyri-yaşayış sahəsinin tərkib hissəsi olan və binanın arxa hissəsi tərəfdən 1-ci girişinin yanında yerləşən 9,8 kv.m təşkil edən sahədən, o cümlədən 59,5 kv.m qeyri-yaşayış sahəsinin digər hissələrindən istifadə edilməsinin Maraqlı şəxs İslam qızına və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V saylı evin zirzəmisində yerləşən və sahəsi 92,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətim kimi qeydə alınmışdır. "xxxx" Kiçik müəssisəsi hüquqi şəxs kimi ## #### 1994-cü ildə qeydiyyata alınmışdır və mən Ərizəçi "xxxx" Kiçik müəssisəsinin direktoruyam. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin ## #### 1994-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V saylı evin zirzəmisində yerləşən sahəsi 59,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin "xxxx" Kiçik müəssisəsinə icarəyə verilməsinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsi tərəfindən verilmiş ****** nömrəli, ## #### 1994-cü il tarixli orderə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V saylı evin zirzəmisində yerləşən sahəsi 59,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi "xxxx" Kiçik müəssisəsinə icarəyə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V saylı evin zirzəmisində yerləşən sahəsi 59,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin binanın qabaq hissəsi tərəfdən girişində yerləşən sahənin ölçüsü 16,8 kv.m, ondan sonrakı sahənin ölçüsü isə 14,6 kv.m təşkil edir. 3 V saylı evin zirzəmisində, binanın arxa hissəsi tərəfdən 1-ci girişinin yanında yerləşən sahənin ölçüsü isə 9,7 kv.m təşkil edir. Qeyri-yaşayış sahəsinin əsas sahəsinin ümumi ölçüsü 41,10 kv.m təşkil edir, 59,5 kv.m sahənin 41,10 kv.m-dən qalan hissəsini isə pilləkən və sanitar qovşaq təşkil edir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər X2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ondan müştərək qaydada ***R********** saylı kredit razılaşması üzrə cəmi 251933,75 manat məbləğində borc və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 240 manat xidmət haqqı, ödənimiş dövlət rüsumunun əvəzi olaraq 535,31 manat olmaqla, ümumilikdə 252739,06 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" zorf Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ona məxsus olan ünvan 1 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və ünvan 2 ünvanında zirzəmidə yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin ona qaytarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 152000 (yüz əlli iki min) manat, ünvan 2 ünvanında zirzəmidə yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiymətinin 185000 (yüz səksən beş min) manat müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Maraqlı şəxs Maraqlı şəxs İslam qızı ## #### 2025-ci il tarixli hərracda iştirak etmiş, qalib olmuş və 235950 manat məbləği tam ödəyərək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi *V saylı evin zirzəmisində yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini əldə etmişdir. Bundan sonra cavabdehlər "xxxx" QSC və "xxxx" MMC-yə qarşı "hərracın keçirilməsi barədə protokolun etibarsız hesab edilməsi və həmin protokollar üzrə verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- *****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Hazırda qətnamə qanuni qüvvəsini almamışdır və qətnamədən apellyasiya şikayəti veriləcəkdir. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi *V saylı evin zirzəmisində yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi Maraqlı şəxs İslam qızının mülkiyyəti kimi qeydə alınmasına baxmayaraq qeyri-yaşayış sahəsinə giriş hissədе yerləşən pilləkən və sanitar qovşaq mənə məxsus 59,5 kv.m təşkil edən qeyriyaşayış sahəsinin tərkibinə daxildir. Hansı ki, həmin sahə mənim sahiblik və istifadəmdədir. Qeyri-yaşayış sahəsinin 59,5 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Eyni zamanda qeyri-yaşayış sahəsinin özəlləşməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. Ona görə də, qeyri-yaşayış sahəsinin 59,5 kv.m hissəsinə mənim gözlənilən hüququm vardır. Qeyri-yaşayış sahəsinin 59,5 kv.m hissəsi mənə məxsus olduğundan digər şəxslərin ordan istifadə hüququ hüquq sahibinin (sahiblərinin) icazəsi ilə baş tuta bilər. Hazırda maraqlı şəxs qeyri-yaşayış sahəsinin 59,5 kv.m hissəsindən istifadə etməklə onun özünə məxsus əmlakdan istifadəyə maneçilik yaradır. Hansı ki, maraqlı şəxs özü üçün qeyri-yaşayış sahəsinin digər hissəsindən giriş qapısı aça bilər. Buna görə də, maeələrin aradan qaldırılması tələbi ilə bağlı məhkəməyə müraciət etməli idi və bunun üçün isə vaxt tələb olunur. Müvəqqəti təminat tədbiri barədə ərizə təmin olunmadığı təqdirdə maraqlı şəxs qeyri-yaşayış sahəsinin 59,5 kv.m hissəsindən istifadə etməklə onun həmin sahədən ayrılıqda istifadə edərək qazanc əldə etməyinə maneçilik törədəcəkdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə hazırki ərizə təmin edilməmişdir. Ərizəçi Ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin **(*-**)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, mübahisəli qeyriyaşayış sahəsinə dair hüquqlar “xxxx” Kiçik Müəssisəsinə aiddir, ərizəçi isə həmin müəssisənin direktoru, yəni qanuni təmsilçisidir. Buna baxmayaraq, müvəqqəti təmin tədbiri barədə ərizə həmin müəssisənin adından deyil, direktorun adından verilmişdir. Hesab edir ki, məhkəmənin qeyd etdiyi hal tamamilə əsasızdır. Belə ki, söhbət hüquqi şəxs olan “xxxx” Kiçik Müəssisəsindən gedirdisə məhkəmə aidiyyat qaydalarına riayət etməklə müvəqqəti təminat tədbiri barədə ərizəyə baxmaqda haqlı olmamışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin ərizəçi tərəfindən tikilməsi, məhz həmin tikililər üzərində sonradan başqalarının hüquq sahibi olması və s. kimi hallar araşdırılmalıdır. Bu baxımdan bildirilir ki, müvəqqəti təminat tədbirləri mübahisəli məsələlərin həllini deyil, mövcud vəziyyətin qorunmasını nəzərdə tutur. Bu cür öhdəliklər yalnız yekun məhkəmə aktı ilə müəyyən edilə bilər. Lakin ilkin sənədlərlə müəyyən edilir ki, “xxxx” Kiçik Müəssisəsinin direktoru olduğundan qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsi tərəfindən verilmiş ****** nömrəli, ## #### 1994-cü il tarixli orderə əsasən “xxxx” Kiçik müəssisəsinə icarəyə verilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. MPM-in 157.5-ci maddəsinə görə isə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır:-müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı;-iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 157.6-cı maddəsində isə göstərilmişdir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Göründüyü kimi müvəqqəti təminat barədə ərizə Mülki Prosessual Məcəllənin 157.5ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı tərəfindən cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı ilə bağlı hər hansı sübut müəyyən olunmamışdır. Bununla bağlı kollegiya vurğulayır ki, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda müvəqqəti təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Göründüyü kimi, müvəqqəti təminat tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək üçün görülən prosessual tədbirdir. Bu isə o zaman zəruri olur ki, həmin tədbirin görülməməsi çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətinləşdirsin və yaxud qeyrimümkün etsin. Müvəqqəti təminat tədbiri barədə ərizə təqdim edən ərizəçi, bir tərəfdən iddianın uğurluluq ehtimalını təsdiq edən dəlilləri, digər tərəfdən isə ərizənin təmin edilməyəcəyi halda qətnamənin icrasının mümkünsüz, yaxud çətin olacağını təsdiq edən dəlilləri təqdim etməlidir, çünki həmin tədbir cavabdehə məxsus hüququn bu və ya digər şəkildə məhdudlaşdırılmasını ehtiva edir. Məhkəmə icraatının gedişində cavabdehə tətbiq edilən məhdudiyyət isə yalnız zərurətdən irəli gələ bilər. Müvəqqəti təminat tədbirilərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş va ya mübahisəli hüququnun mövcudluğunu, üzərinə məhdudiyyət qoyulan əmlakın kimə məxsus olmasını təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Həmçinin ərizəçi özü qeyd etdiyi kimi mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquqlar “X1 aiddir, ərizəçi həmin müəssisənin direktoru, yəni qanuni təmsilçisidir. Buna baxmayaraq, müvəqqəti təmin tədbiri barədə ərizə həmin müəssisənin adından deyil, direktorun adından verilmişdir. Bu baxımdan mübahisə predmeti olan 59,5 kv.m qeyriyaşayış sahəsinin Ərizəçi tərəfindən tikilməsi, məhz həmin tikililər üzərində sonradan başqalarının hüquq sahibi olması və s kimi hallarla bağlı ilkin sübutlar müəyyən olunmur, mübahisəli məsələlərin müvəqqəti təminat tədbirinə dair icraat çərçivəsində araşdırılması isə belə icraatın vəzifələrinə aid deyil. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hazırki ərizənin təmin edilməsi üçün əsaslar mövcud olmadığından onun rədd edilməsi qənaətinə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmin dəlilləri qərardadın ləği üçün əsas hesab etmir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar