Məhkəmə qərarları › İş №16(3-7)-29/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-29/2026

18.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-29/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI MÜƏYYƏN ETDİ: “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borclu X3 məxsus olan, Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən ümumi sahəsi 328.76 kv.m qeyri yaşayış binasına yönəlik, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağstafa Rayon Icra və probasiya şöbəsinin sifarişi ilə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron Hərrac” Portalında keçirilən hərrac prosesinin dərhal dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-*/**** saylı qərardadı ilə (Heyran Mürsəlova) müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Ağstafa Rayon Məhkəməsinin 07aprel 2026-cı il tarixli,**(*-***)- */**** saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)- ***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X3 əsas borc üzrə 43285.57 manat, faiz borcu 1471.87 manat, cərimə faizi üzrə 29.65 manat olmaqla, cəmi 44787.09 manat kredit borcu, 200 manat mediasiya xərci və 24.76 manat dövlət rüsumu tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, habelə borc tələbinin ipoteka qoyulmuş, likvid dəyəri 146 000 manat olan X3 xüsusi mülkiyyətindəki Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra cavabdehin çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması müəyyən edilmişdir. Qətnamə üzrə verilmiş icra sənədi, icra olunması üçün Ağstafa Rayon Icra və Probasiya Şöbəsinə yönəldilmişdir. X4 Banka müraciət edərək, Qarabağ müharibəsi veteranı olduğunu və ipoteka predmeti olan qeyri-yaşayış binası onun və ailəsinin yeganə gəlir yeri olmasını bildirərək, borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Borclunun müraciəti nəzərə alınaraq, ##.##.2026-cı il tarixində tərəfimizdən icra qurumuna “Icra Haqqında” Azərbaycan RespublikasıQanunun 23.1.1-ci maddəsinə əsasən Gəncə Kommersiya Məhkəməsinine-2- *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədini icra etmədən geri qaytarılması barədə müvafiq qərar qəbul etməsi üçün ərizə ünvanlanmışdır. Lakin, icra məmuru sözügedən ərizəni nəzərə almayaraq, qeyri-yaşayış binası ilə bağlı hərrac prosesini başlatmışdır. ##.##.2026-cı il tarixində, eyni məzmunlu ərizə ilə tərəfimizdən Azərbaycan RespublikasınınƏdliyyə Nazirliyinin Icra Xidmətinə müraciət edilərək Ağstafa rayonu, Vurğunyolunun 1-ci km-də yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri-yaşayış binasına dair hərrac prosesinin dayandırılması xahiş edilmiş lakin nəticə əldə edilməmişdir. Tərəfimizdən edilmiş çoxsaylı şifahi və yazılı müraciətlər qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasının Ədliyyə NazirliyininIcra Xidməti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin Ağstafa RayonIcra və Probasiya Şöbəsi tərəfindən icra edilməmiş və bu əsasla tərəfimizdən Ağstafa Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 8(5-109)-75/2026saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə “Icra sənədinin məhkəməyə qaytarılması” barədə Ağstafa Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru Namiq Mansırovun hərəkətləri qanunsuz hesab edilmişdir. Qərardaddan icra qurumu müvafiq qaydada şikayət vermiş, şikayət məhkəmə tərəfindən geri qaytarılmışdır. Belə ki, məhkəmə iclasında iştirak edən Ağstafa Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 qeyd etmişdir ki, borclu ilə tələbkar arasında razılıq əldə olunsa da borclu tərəfindən icra ödənişi ödənilmədiyindən tərəfindən icra hərəkətləri davam etdirilir. Beləliklə, icra qurumu qanunvericiliyin tələblərinə əməl etməməsini, digər qanun pozuntusu ilə əsaslandırmağa çalışmışdır. Qeyd edilənlərlə əlaqədar tərəfimizdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, eyni zamanda Icra Xidmətinə vəAğstafa Rayon Icra və Probasiya Şöbəsinə müraciətlər edilməsinə baxmayaraq sözügedən qurumlar şikayət ərizələrinə məhəl qoymayaraq və qanunun tələblərini kobud şəkildə pozaraq sifarişi elektron hərrac portalına yönəltmiş, həmçinin müvafiq ərizəni nəzərə almayaraq hərrac prosedurlarını davam etdirmişlər. Beləliklə, icra xidmətinə, icra qurumuna və məhkəməyə müraciətlərimizə baxmayaraq icra təqibi hazırda davam edir, icra qurumu tələbkarın ərizəsini, məhkəmənin qərardadını diqqətə almır və hal-hazıradək elektron hərrac portalında proses qüvvədədir. Səbəb isə, icra ödənişinin borcludan alınması olaraq göstərilir, baxmayaraq ki, bunun üçün icra məmuru tərəfindən tələbkarın hüquqlarını pozması qanunvericiliyə ziddir. Iddiaçı “xxxx” ASC-nin cavabdeh Ağstafa rayon Icra və probasiya şöbəsinə qarşı icra sənədinin icra edilmədən geri qaytarılması, hərrac sifarişinin ləğv edilməsi öhdəliyi qoyulması və elektron hərracın baş tutmamış sayılması tələbinə dair iddia ərizəsi ilə Ağstafa rayon məhkəməsinə müraciət edilmişdir. *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı “xxxx”ASC-nin cavabdeh Ağstafa rayon Icra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması qərara alınmışdır. Hesab edirik ki, geri qaytarma barədə qərardad əsassız olaraq qəbul edilmişdir. Sözügedən qərardaddan tərəflərindən şikayət verilmişdir. Belə ki, ərizəçi müvəqqəti təmin tədbiri barədə ərizə verərək, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borclu X3 məxsus olan, Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən ümumi sahəsi 325.76 kv.m qeyri-yaşayış binasına yönəlik, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağstafa Rayon Icra və Probasiya Şöbəsinin sifarişi ilə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron hərrac” Portalında keçirilən hərrac prosesinin dərhal dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə **(*-***)-*/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə xxxx” ASC-nin hərrac prosesinin dərhal dayandırılması barədə müvəqqəti təminat tədbiri haqqında ərizəni təmin etməmişdir. Qərardadda qeyd edilmişdir ki, hazırki vəziyyətdə isə tərəflər arasında iddia icraatı qaydasında mülki məhkəmə mübahisə mövcud deyildir. Halbuki yuxarıda da, qeyd etdikləri kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir, lakin ərizə geri qaytarılmışdır. Bundan əlavə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək müraciət etmək mümkündür. Ikinci səbəb kimi qərardadda məhkəmə qaydasında qanuni qüvvəsini almış mübahisələndirilməyən məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə olan iş üzrə icra mərhələsi zamanı olan icra işi üzrə maraqlı şəxslərin ərizəsi ilə məhkəmə tərəfindən müvəqqəti təminat tədbirlərinin tətbiqi nəzərdə tutulmadığı göstərilmişdir. Bununla bağlı müvafiq icra qurumuna müraciət edilməsi qeyd edilmişdir. Hərçənd ki, sözügedən iş üzrə 8(5-109)- **/**** saylı ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** saylı ##.##.2026-cı il tarixli və *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadlar üzrə mülki işlər Ağstafa rayon məhkəməsinin icraatında olmuş, işlərin mövcud vəziyyəti və sübutlar dolğunluğu iş materiallarına əlavə edilmiş, məhkəmə bu barədə ətraflı məlumatlı olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 16(5-109)- */**** saylı ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsini və ərizənin tam təmin edilməsini xahiş edirik. Həmin məcəllənin, 269-cü maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ağstafa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-*/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-*/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-nin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin hallarında görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)- ***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X3 əsas borc üzrə 43285.57 manat, faiz borcu 1471.87 manat, cərimə faizi üzrə 29.65 manat olmaqla, cəmi 44787.09 manat kredit borcu, 200 manat mediasiya xərci və 24.76 manat dövlət rüsumu tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, habelə borc tələbinin ipoteka qoyulmuş, likvid dəyəri 146 000 manat olan X3 xüsusi mülkiyyətindəki Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra cavabdehin çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması müəyyən edilmişdir. Qətnamə üzrə verilmiş icra sənədi, icra olunması üçün Ağstafa Rayon Icra və Probasiya Şöbəsinə yönəldilmiş və icra sənədinin icrasını təmin etmək etmək üçün ipoteka predmeti olan X3 xüsusi mülkiyyətindəki Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri-yaşayış binası hərraca çıxarılmışdır. Hazırki iş üzrə ərizəçinin tələbi isə Gəncə Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borclu X3 məxsus olan, Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən ümumi sahəsi 328.76 kv.m qeyri yaşayış binasına yönəlik, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağstafa Rayon Icra və probasiya şöbəsinin sifarişi ilə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron Hərrac” Portalında keçirilən hərrac prosesinin dərhal dayandırılmasından ibarətdir. “Icra haqqında” Azərbaycan Respublikasinin Qanunun 17.1.10-cu maddəsinə görə tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.2-1-ci maddəsinə görə bu Qanunun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması barədə tələbkarın xahişi əsasında borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edildiyi hallarda, tələbkar 6 ay müddətində icra sənədi üzrə icraatın təzələnməsi barədə müraciət edə bilməz. Həmin Qanunun 23.1.1-ci maddəsinə görə tələbkarın ərizəsi əsasında tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-1-ci maddəsinə görə bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın ərizəsi əsasında borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edildiyi halda, tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi barədə 6 ay müddətində müraciət edə bilməz. Qanunvericiliyin də, tələbindən göründüyü kimi icra sənədi üzrə icraatın dayandırılması və ya icra sənədinin qaytarılması üçün tələbkar müvafiq icra orqanına müraciət etməsi və icra icraatı çərçivəsində müvafiq tədbirlər görülməsi nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157, 158, 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağstafa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-*/**** saylı qərardadından “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-*/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar