Məhkəmə qərarları › İş №16(3-7)-30/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-30/2026

15.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-30/2026 15.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə Ağdam Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından ərizəçi Ərizəçi etibarnamə üzrə nümayəndəsi (əri) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizə onunla əsaslandırılmışdır ki, Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən sahəsi 65,71 kvadrat metr olan qeyri-yaşayış obyekti onun vəsaiti ilə inşa edilmiş və ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsini hələ 2019-cu ildən etibarən başqa şəxslərin istifadəsinə vermiş və obyektin icarə haqları da həmin vaxtdan bugünədək ona ödənilməkdədir. Lakin sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi sənədsiz olduğundan, qardaşı X1 2022-ci ildə Ağdam Rayon Icra Hakimiyyətinə müraciət edərək həmin obyektin ona məxsus olduğunu bildirmiş və torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəsinə verilməsini xahiş etmişdir. Həmin müraciət əsasında da ## ######## 2022-ci il tarixli, *** saylı Sərəncam qəbul edilərək Quzanlı qəsəbəsi ərazisində yerləşən tikinti altında olan 65,71 kvadrat metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə 45 il müddətinə X1 icarəsinə verilmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi, sözügedən tikili ona məxsusdur. Bank çıxarışları ərizəyə əlavə edərək bildirir ki, sözügedən qeyri yaşayış sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması Mülki Məcəllənin normalarına ziddir. Ağdam Rayon Məhkəmənin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim R. Məmmədov) ərizə təmin edilməmişdir. Ərizəçi Ərizəçi etibarnamə üzrə nümayəndəsi (əri) Nümayəndə qərardaddan şikayət verərək ləğv edilməsini və müəvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qərardadın ləğvi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı;. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1. maddəsinə görə, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Həmin Məcəllənin 158.2. maddəsinə görə, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 159.1. maddəsinə görə, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Həmin Məcəllənin 159.2. maddəsinə görə, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 160.1. maddəsinə görə, müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Həmin Məcəllənin 160.2. maddəsinə görə, müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında qərardad icra edilməsi üçün aidiyyəti orqanlara göndərilir və ya həmin qərardad əsasında icra vərəqəsi verilir. Qərardad və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqana təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər. Müvəqqəti təminat tədbirləri hər hansı şəxs(lər)in hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağının və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu mənada, müvəqqəti təminat tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi gələcəkdə ərizəçinin hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) mümkün olmaz və ya əhəmiyyətli dərəcədə çətinləşər. Müvəqqəti təminat tədbiri o halda tətbiq edilə bilər ki, həmin təminat tədbirinin tətbiqi işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi kimi nəticələnməsin. Başqa sözlə, ərizəçinin tələb etdiyi təminat tədbirlərinin həyata keçirilməsi mülki prosessual qanunvericiliklə müəyyən olunmuş müvəqqəti təminat tədbiri institunun mahiyyətinə uyğun gəlməlidir. Kollegiya qeyd edir ki, X1 ilə “xxxx” QSC arasında bağlanmış ## ###### 2024-cü il tarixli icarə müqaviləsi hazırda qüvvədə olduğundan, eləcədə həmin qeyri-yaşayış sahəsinə ərizəçinin mülkiyyət hüquqları qeydə alınmadığından müvəqqəti təminat tədbiri qismində icarə haqqının X1 ödənilməməsi, eləcədə “xxxx” QSC tərəfindən icarə haqqının X1 ödənilməsinə qadağa qoyulması barədə ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzədə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 158, 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi Ərizəçi etibarnamə üzrə nümayəndəsi (əri) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar