Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-33/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi tələbinə dair iş üzrə Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından maraqlı şəxs maraqlı şəxs6 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.19 ha məqsədli təyinatı-yaşayış məntəqələrinin torpaqları olan torpaq sahəsi (reyestr nömrəsi ************), Samux şəhəri-Yeni qaydalarla:AZ5102, Samux rayonu, Samux şəhəri, Tofiq İsmayılov küçəsi, giriş 62-də yerləşən ümumi birgə mülkiyyətdə olan 0.19 ha yaşayış məntəqələrinin torpaqlarında yerləşən ümumi sahəsi 127.4 kv.m olan daşınmaz əmlak (reyestr nömrəsi 507013050375- *****) və Ban nömrəsi KNADB2222W6247423, mühərrikin nömrəsi 857014 və buraxılış ili 1997-ci il olan “KİA MİNİK” markalı **-DX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 onun atası olmuşdur. Atası ##.##.2024-cü il tarixdə ölərkən mülkiyyətində Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.19 ha məqsədli təyinatı - yaşayış məntəqələrinin torpaqları olan torpaq sahəsi (reyestr nömrəsi ************) Samux şəhəri- Yeni qaydalarla:AZ5102, Samux rayonu, Samux şəhəri, Tofiq İsmayılov küçəsi giriş 62-də yerləşən ümumi birgə mıılkiyyətdə olan 0.19 ha yaşayış məntəqələrinin torpaqlarında yerləşən ümumi sahəsi 127.4 kv.m olan daşınmaz əmlak (reyestr nömrəsi 507013050375- *****) və Ban nömrəsi KNADB2222W6247423, mühərrikin nömrəsi 857014 və buraxılış ili 1997-ci il olan “KİA MİNİK” markalı **-DX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi olmuşdur. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025- ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, ## #### 2024- cü il tarixdə vəfat etmiş X1 ## ### 1986-cı il tarixdə doğulmuş X2 atası olmasının etiraf edilməsi faktı müəyyən edilmiş və mərhum X1 X2 atası hesab edilməsi qət edilmişdir. Hazırda Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ümumi əsaslarla iddia vermək tövsiyə edilərək həmin iş üzrə çıxarılan qətnamə ləğv edilmişdir. O, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verildikdən sonra Samux rayon notariat ofisinə müraciət etmiş, Samux rayon notariat ofisi ##.##.2025-ci il tarixdə ona cavab verərək bildirmişdir ki, vərəsələrin dairəsinin müəyyən edilməsi və ##.##.2025-ci il tarixdə vərəsəlik şəhadətnaməsi ilə hüquqlar rəsmiləşdirildiyindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Samux Rayon Məhkəməsinin icraatında olan 2(5-153)- ***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.19 ha torpaq sahəsinin (##.##.2016-cı il tarixli, ************ reyestr nömrəli çıxarış), Samux şəhəri - Yeni qaydalarla: AZ5102, Samux rayonu, Samux şəhəri, Tofiq İsmayılov küçəsi, giriş 62 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olan 0.19 ha yaşayış məntəqələrinin torpaqlarında yerləşən ümumi sahəsi 127.4 kv.m olan fərdi yaşayış evinin (##.##.2024-cü il tarixli, 507013050375-***** reyestr nömrəli çıxarış) və Ban nömrəsi KNADB2222W6247423, mühərrikin nömrəsi 857014 və buraxılış ili 1997-ci il olan “KİA AVELLA MİNİK” markalı **-DX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından maraqlı şəxs6 məhkəməyə şikayət verərək, Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı əsassız olduğundan ləğv edilməlidir. İlk öncə qeyd olunmalıdır ki, işə baxan məhkəmə heç bir araşdırma etmədən, sadəcə olaraq ərizəçinin təqdim etdiyi sənədlər əsasında işə baxmış və qeyd olunan qərardadı qəbul etmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən ilk növbədə ərizəçinin belə bir hüququ olub-olmadığını (subyektiv hüquq) müəyyən etməli idi. Nəzərə alınmalıdır ki, ərizəçi X2 heç bir subyektiv hüququ olmadan ## #### 2024-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlak üzərinə həbs qoyulmasına dair müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmişdir. Ərizəçi X2 mərhum X1 vərəsəsi olmadan, yəni vərəsəlik hüququ üzrə hər hansı subyektiv hüquqa malik olmadan sonuncudan miras qalmış əmlaklar üzərinə həbs qoyulmasını xahiş etmiş və məhkəmə X2 vərəsə olmaması kimi halı araşdırmadan qeyd olunan əmlaklar üzərinə həbs qoymuşdur. Məhkəmənin belə mövqe sərgilməsi qanun üzrə vərəsələrin mülkiyyət hüquqlarına əsaslı zərbə vurmuş olur. İş məhkəmənin icraatında olarkən hakim tərəfindən ilk öncə ərizəçinin subyektiv hüquqa malik olub-olmaması araşdırılmalı idi, lakin nəticə etibarı ilə məhkəmə bu hala diqqət yetirməmiş və əsassız olaraq ərizəni təmin etmişdir. Eyni zamanda, qeyd olunan qərardad məhkəmə tərəfindən əsaslandırılmamışdır. Qərardadın əsaslandırma hissəsində hakim ərizəçi tərəfindən təqdim edilmiş sənədləri tədqiq etmiş və hansı əsasla belə bir nəticəyə gəlməsini göstərməmişdir. Məhkəmə tərəfindən qərar qəbul olunarkən əsaslandırma hissəsində məhkəmənin mövqeyi kifayət qədər əsaslı formada göstərilməli və ərizənin təmin olunmasının əsasları göstərilməli idi. Ərizəçi X2 mərhum X1 övladı olubolmama məsələsinə hal-hazırda məhkəmədə baxılır, iş hal-hazırda Samux Rayon Məhkəməsinin icraatında olmaqla, baxılmaqdadır (iş nömrəsi 2(5-153)-290/2026). Qeyd olunan hal üzrə X2 iddiası təmin olunacağı təqdirdə miras əmlak üzərinə həbs qoyulması üçün subyektiv hüququ yarana bilərdi. Ərizəçi tərəfindən ərizənin təmin olunmasına əsas verən mötəbər sübut təqdim edilməmişdir. Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı tam ləğv edilməli və ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər 157.5-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edərək, qeyd edir ki, ərizəçi Ərizəçi mərhum X1 övladı olubolmama məsələsinə hal-hazırda məhkəmədə baxılır, iş hal-hazırda Samux Rayon Məhkəməsinin icraatında olmaqla, baxılmaqdadır (iş nömrəsi 2(5-153)-290/2026). Qeyd olunan hal üzrə Ərizəçi iddiası təmin olunacağı təqdirdə miras əmlak üzərinə həbs qoyulması üçün subyektiv hüququ yarana bilərdi. Məhkəmə kollegiyası ərizəyə əlavə edilmiş və iş materiallarında olan ilkin sübutlar ilə müəyyən etmişdir ki, işə baxan məhkəmə iş üzrə qərar qəbul edərkən ilk növbədə ərizəçinin belə bir hüququ olub-olmadığını (subyektiv hüquq) müəyyən etməmişdir. Ərizəçi Ərizəçi mərhum X1 vərəsəsi olmadan, yəni vərəsəlik hüququ üzrə hər hansı subyektiv hüquqa malik olmadan sonuncudan miras qalmış əmlaklar üzərinə həbs qoyulmasını xahiş etmişdir. Lakin ərizəçi Ərizəçi iş üzrə Vaqif Hacıyevin vərəsəsi olması ilə bağlı heç bir dəlili kollegiyaya təqdim etməmişdir. Ərizəyə əlavə edilmiş “Ölüm haqqında” Şəhadətnamədən görünür ki, X1 ##.##.2024-cü ildə ölmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ərizəçi cavabdehlər maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs1 və maraqlı şəxs Gəncə şəhəri Qeydiyyat şöbəsinə qarşı "atalığın etiraf edilməsi faktının müəyyən edilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı Ərizəçi cavabdehlər maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs1 və maraqlı şəxs Gəncə şəhəri Qeydiyyat şöbəsinə qarşı "atalığın etiraf edilməsi faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, lakin iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi təqdim edilmiş sənədlərlə müəyyən edilməmişdir. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsindən görünür ki, ərizəçi hesab edir ki, mərhum X1 onun atası olmuşdur. Lakin o, bu barədə heç bir sənədi ərizəsinə əlavə etməmişdir. X5 əmlakların sənədləri ərizəyə əlavə edilsə də, ərizəçi ilk növbədə onun subyektiv hüququnun olmasını təsdiq edən sənədi ərizəsinə əlavə etməli idi. İş materiallarına mübahisə predmeti olan əmlaklara dair ərizəçinin subyektiv hüququnun olmasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Kollegiya qeyd edir ki, məhkəmə prosessual hüquq normasına düzgün istinad etsə də, onu düzgün tətbiq etməmişdir. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Hazırkı iş üzrə ilk öncə ərizəçi mübahisə predmetinə dair subyektiv hüququnun olmasını təsdiq edən sübutlarını təqdim etməli, maraqlı şəxs tərəfindən onun bu hüquqularının pozulması kifayət qədər əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Birinci instansiya məhkəməsi sözügüdən qərara istinad etsə də, düzgün tətbiq etməmişdir. Qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Müəyyən edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin məqsədi mübahisənin maddi obyektinin işin həll edilməsinədək qorunub saxlanmasından ibarətdir. Məhkəmə kollegiyası izah edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə dərhal, şifahi məhkəmə baxışı keçirilmədən, dispozitivlik prinsipi rəhbər tutulmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar və ərizəçinin tələb və ya xahişi həddində baxılır. Odur ki, ərizədə göstərilən xüsusatların araşdırılması üçün məhkəmənin zaman baxımından imkanı yoxdur. Həmçinin, qeyd olunan xüsusatların məhkəmə tərəfindən araşdırılması məhkəmənin arbitr rolunun pozulması ilə mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Odur ki, ərizəçi ərizəsində qeyd etdiyi dəlillərini təsdiq edən sübutlarını ərizəsinə əlavə etməli və məhkəmə araşdırmasına təqdim etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qərardadın ləğv edilməsi üçün hüquqi əsasdır. İşə baxan məhkəmə qəbul etdiyi qərardadı əsaslandırmamış, araşdırmalı olduğu məsələləri araşdırmamışdır. Odur ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli və qərardadla həll edilməli olan məsələ həll edilməklə, ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157, 158, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından maraqlı şəxs maraqlı şəxs6 tərəfindən verilmiş şikayət təmin edilsin. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı tam, onunla bağlı Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi rədd edilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-7)-33/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-33/2026
21.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver