Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-45/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin “müvəqqəti təminаt tədbirinin görülməsi” bаrədə **(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (bundan sonra- ərizəçi) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin icraatında olan e- *(***)-****/**** nömrəli mülki iş üzrə iddiasına baxılıb mahiyyəti üzrə yekunlaşanadək ## #### 2022-cı il təvəllüdlü X1 həftənin bir günü onunla ünsiyyətdə olması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə ## #### 2022-ci il tarixdə nikaha daxil olmuş, nikahları Gəncə Şəhər Məhkəməsinin ##.##.2024ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə bir azyaşlı övladı - ##.##.2022-ci il təvəllüdlü X1 doğulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/****-ci nömrəli qətnaməsinə əsasən ##.##.2022-ci il təvəllüdlü X1 cavabdeh Maraqlı şəxs himayəsində saxlanılması qət edilmişdir. Lakin hal-hazırda cavabdeh uşağı ilə normal ünsiyyət qurmağına, onun tərbiyəsində iştirak etməyinə və atalıq hüquqlarını həyata keçirməyinə mane olur. Dəfələrlə o, cavabdehlə əlaqə saxlayıb uşağı ilə ünsiyyətdə olmaq istədiyini bildirsə də, o, hər dəfə bir bəhanə gətirərək onun uşaqla ünsiyyətinə və görüşünə maneə olub daha sonralar isə özü yox, anası onunla danışaraq uşağın anasının yox, onun yanında olduğunu və göstərməyəcəklərini bildirmişdir. Gəncə Şəhər Məhkəməsinin iclası ## ##### 2026-cı il tarixə saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasının keçirilməsi, növbəti iclasların təyin edilib yekun məhkəmə qərarının qəbul edilməsi və həmin qərarın qanuni qüvvə alması xeyli müddət tələb edir. Belə olan halda məhkəmə prosesi bitənədək o, övladı ilə ünsiyyətdə ola bilməyəcəkdir. Gəncə Şəhər Məhkəməsinin(bundan sonra- Şəhər Məhkəməsi) ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Şəhər Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin “müvəqqəti təminat tədbirinin tətbiqi” barədə ərizəsi Ərizəçi Maraqlı şəxs qarşı uşaqla ünsiyyət tələbi barədə iddia tələbi ilə bağlı olduğundan və həmin iddia ərizəsi məhkəmənin ##.##.2026cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə qismən təmin edildiyindən hazırki ərizənin təmin edilməsinə heç bir əsas yoxdur. Ərizəçi həmin qərardaddan Şəhər Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə isinad etdiyi məsələ ilə bağlı nəzərə almamışdır ki, uzun gedən proseslər uşağın və ərizəçinin gələcək mənafeyinə ciddi ziyan vurur. Şikayətə baxmış Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri görmək üçün əsas, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi qənaətidir. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin cavabdeh Maraqlı şəxs ilə birgə nikahında doğulmuş uşağı cavabdehin himayəsindədir. Eyni zamanda ərizəçinin uşağı ilə ünsiyyətdə olmasının müəyyən edilməsi ilə bağlı Gəncə Şəhər Məhkəməsinin icraatında e-*(***)-****/**** nömrəli mülki iş vardır. İş materialları ilə həm də o müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olan e-*(***)-****/**** nömrəli mülki iş üzrə qətnamə qəbul edilsə də, cavabdeh Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti vermiş, yəni qətnamə qanuni qüvvəsini almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2020-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Qeyd olunduğu kimi, tərəflər arasında uşaqla ünsiyyət məsələsinə dair mübahisə mövcuddur və mübahisənin həlli müddətində ərizəçinin uşaqla ünsiyyət imkanlarının məhdudlaşdırılması valideyn-övlad münasibətlərinə mənfi təsir göstərə, uşağın hər iki valideynlə ünsiyyətdə olmaq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin tələb etdiyi müvəqqəti təminat tədbiri mübahisənin mahiyyəti üzrə yekun həllini əvəz etmir, yalnız mövcud vəziyyətin qorunmasına və uşağın üstün mənafeyinin təmin edilməsinə xidmət edir. Təminat tədbirinin tətbiqi cavabdehin hüquqlarına müdaxilə yaratmır və gələcək məhkəmə qərarının səmərəli icrasına yönəlmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Şəhər Məhkəməsi ərizəni təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, şikayət təmin edilməli, Şəhər Məhkəməsinin ## ##### 2026-ci il tarixli qərardadı ləğv edilməli və ərizəçinin müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəsi təmin edilməli, tərəflər arasında uşaqla ünsiyyətin müəyyən edilməsinə dair mübahisə mahiyyəti üzrə həll edilənədək Ərizəçi ##.##.2022-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 13:00-dək ünsiyyət hüququ təmin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəsi təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin icraatında olan, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “uşaqla ünsiyyət hüququna” dair mülki iş üzrə yekun qərar qəbul edilənədək Ərizəçi ##.##.2022-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 13:00-dək ünsiyyət hüququ təmin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yerində saat 11:00da Maraqlı şəxs tərəfindən Ərizəçi, həmin günləri saat 13:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən Maraqlı şəxs təhvil verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-7)-45/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-45/2026
22.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver