Məhkəmə qərarları › İş №16(3-7)-47/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-47/2026

02.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-47/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ünsiyyətdə olmaq hüququnun tanınması barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 iddianın təmini tədbiri olaraq iddia tələbinə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdeh Cavabdeh üzərinə övladı ##.##.2023-cü il təvəllüdlü X3 ilə ünsiyyətə dair hər şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək maneələrin aradan qaldırılması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh HəmzəzadəAytən Camaləddin qızına qarşı uşaqla ünsiyyətə dairtələblə Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Cavabdeh halhazırda övladı ##.##.2023-cü il təvəllüdlü X3 ilə ünsiyyətə maneçilik törədir və övladının ondan soyuması üçün bütün vasitələri edir. Hesab edir ki, gələcəkdə məhkəmə qətnaməsi çıxana və qanuni qüvvəyə minənədək övladı onu görmədiyi üçün ondan soyuması ehtimalı vardır. Yuxarıda göstərlənlərə əsasən iddia tələbinə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdeh Cavabdeh üzərinə övladı ##.##.2023-cü il təvəllüdlü X3 ilə ünsiyyətə dair hər şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək maneələrin aradan qaldırılması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə iddia tələbinə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdeh Cavabdeh üzərinə övladı ##.##.2023cü il təvəllüdlü X3 ilə ünsiyyətə dair hər şənbə və bazar günləri saat 12:00- dan 17:00-dək maneələrin aradan qaldırılması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh himayəsində yaşayan ##.##.2023-cü il təvəllüdlü X3 adlı uşaqları ilə X4 hər ayın şənbə günləri saat 12:00-dan17:00-dək sərbəst surətdə ünsiyyətdə olmaq hüququnun tanınması, ünsiyyət hüququnun təmin edilməsi üçün X4 ##.##.2023-cü il təvəllüdlü X3 adlı uşaqlarını hər ayın şənbə günləri saat 12:00-da Cavabdeh yaşadığı ünvanından təhvil almalı, həmin gün saat 17:00-da Cavabdeh yaşadığı ünvanda təhvil verməsi, ərizənin qalan hissədə təmin edilməməsi, müvəqqəti təminat tədbirinin qüvvədən düşmə müddəti, mülki iş üzrə qəbul ediləcək qətnamənin qanuni qüvvəsini alanadək müəyyən edilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** saylı qərardadından verdiyi şikayət məhkəmənin icraatına daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X4 iddianın təmini tədbiri olaraq iddia tələbinə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdeh Cavabdeh üzərinə övladı ##.##.2023-cü il təvəllüdlü X3 ilə ünsiyyətə dair hər şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək maneələrin aradan qaldırılması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh himayəsində yaşayan ##.##.2023-cü il təvəllüdlü X3 adlı uşaqları ilə X4 hər ayın şənbə günləri saat 12:00-dan-17:00-dək sərbəst surətdə ünsiyyətdə olmaq hüququnun tanınması, ünsiyyət hüququnun təmin edilməsi üçün X4 ##.##.2023-cü il təvəllüdlü X3 adlı uşaqlarını hər ayın şənbə günləri saat 12:00-da HəmzəzadəAytən Camaləddin qızının yaşadığı ünvanından təhvil almalı, həmin gün saat 17:00-da Cavabdeh yaşadığı ünvanda təhvil verməsi, ərizənin qalan hissədə təmin edilməməsi, müvəqqəti təminat tədbirinin qüvvədən düşmə müddəti, mülki iş üzrə qəbul ediləcək qətnamənin qanuni qüvvəsini alanadək müəyyən edilməsi qərara alınmışdır. Qərar əsassızdır, ləğv edilməlidir. Belə ki, Cavabdeh yanında yaşayan ##.##.2023-cü il təvəllüdlü X3 adlı uşaqları ilə X4 hər ayın şəbə günləri saat 12:00-dan 17:00dək bilavasitə ananın iştirakı ilə ünsiyyətdə olmaq hüququ tanınmalıdır. Göstərilənlərə əsasən Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 16(5-162)- **/**** saylı qərardadının qismən ləğv edilməsi, Cavabdeh himayəsində yaşayan ##.##.2023-cü il təvəllüdlü X3 adlı uşaqları ilə X4 hər ayın şənbə günləri saat 12:00- dan-17:-00-dək bilavasitə ananın iştirakı ilə ünsiyyətdə olmaq hüququnun tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2023-cü il təvəllüdlü X3 ilə atanın öz doğma övladları üzərində valideynlik hüququ olmaqla, onun uşaqlarla görüşmək hüququ qanunvericiliklə qorunur. Atanın valideyn kimi övladları ilə görüşüb ünsiyyətdə olmaq, övladlarının tərbiyəsi ilə məşğul olmaq, onların qayğısına qalmaq istəyi qanunvericiliklə müəyyən olunmuş vəzifəsindən və uşaqlara həqiqi bağlılığından irəli gəlir. Bu isə hər bir halda övlad üçün arzu olunan haldır. Atanın öz doğma övladı üzərində valideynlik hüququnun və borcunun həyata keçirilməsinə mane olan hal olmamalıdır. Belə ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in 157.1-ci maddəsinə əssən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əssən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: ...158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; ...158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; Kollegiya qeyd edir ki, müvəqqəti təmin tədbirinin məqsədi valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaqdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəmə tərəfindən ata ilə uşaq arasında müəyyən edilmiş ünsiyyət vaxtının ədalətli və məqsədəmüvafiqdir. Ərizəçi (ata) X4 uşağın mənafeyinə zidd ola biləcək hər hansı hallar aşkar edilməmişdir. Ünsiyyət hüququnun bilavasitə ananın iştirakı ilə həyata keçirilməsi ilə bağlı şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, uşaqları ilə ünsiyyətdə olub, onların tərbiyə və təhsilində iştirak etmək valideynin borcu olmaqla, bu hüquqdan sərbərt, yəni digər şəxslərin, o cümlədən uşağın digər valideyninin iştirakı olmadan istifadə etmək də onun hüququdur. Həmçinin, onun uşaqla ünsiyyət hüququ buna əsas yoxdursa, məhdudlaşdırılmalı deyil. Birinci instansiya məhkəməsi uşağın azyaşlı olmaqla daha çox ana qayğısına ehtiyac duymasını kifayət qədər nəzərə almaqla yuxarıda göstərilən nəticəyə gəlmişdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar