Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-48/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi (*(***)-****/**** saylı mülki iş üzrə cavabdeh, qarşılıqlı iddiaçı) Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər uşaqları ## ####### 2017-ci ildə doğulmuş X3 məktəbdən, tədrisdən yayınmağının qarşısını almaq məqsədi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Cavabdeh alınaraq onun-ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Ərizəçi himayəsinə verilməsi üçün müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh “nikahın pozulması, uşağın atanın himayəsində saxlanılması tələbinə dair” iddia ərizəsinə və onun qarşılıqlı iddia ərizəsinə (nikahın pozulması, uşaqların mənim yanımda qalması, kredit borcunun bərabər bölünməsi və 8340 manatın ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə tutulması barədə) məhkəmədə baxılır. Belə ki, ## ####### 2017-ci ildə doğulmuş uşaqları X1 şəhəri ** nömrəli tam orta məktəbin ikinci sinfində oxuyur. Uşağın atası ## ##### 2026-cı il tarixdə uşaq məktəbdən evə gələn zaman özü ilə götürmüş, məktəbdən və tədrisdən yayındırmış və uşağa psixoloji təsir göstərir. O, dəfələrlə ona uşaqlarının məktəbə gəlməsini, tədrisdən yayınmaması üçün onun yanında qalmasını bildirsə də, Cavabdeh bundan imtina etmişdir. Hal-hazırda uşaqlarının məktəbə gəlməsini, tədrisini davam etdirmək üçün onun yanında qalmasını istəyir. Bu səbəbdən ilkin iddiaçı Cavabdeh azyaşlı uşaqları Şəmşirli Zeynəbin məktəbə gəlməsinin təmin olunmasını və tədrisini davam etdirməsi məqsədi ilə onun yanında saxlanılması üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, məhkəmə qətnaməsi çıxarılanadək uşaqlarının məktəbə getmək hüququnun müəyyən edilməsi və onun yanında saxlanılması barədə təcili icra olunacaq məhkəmə qərardadı çıxarılmalıdır. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim Həsən Qəniyev) ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi Ərizəçi şikayət verərək, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, ## ####### 2017-ci ildə doğulmuş övladı X1 şəhəri ** nömrəli tam orta Ümumtəhsil məktəbin ikinci sinfində oxuyur. Uşağın atası ## ##### 2026-cı il tarixində uşaq məktəbdən evə gələn zaman onu özü ilə götürmüş, məktəbdən və tədrisdən yayındırmışdır. Atası uşağa psixoloji təsir göstərir. O, dəfələrlə cavabdehə uşağı məktəbə gətirməsini, tədrisdən yayınmaması üçün onun yanında qalmasını bildirsə də, Cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən ilkin iddiaçı Cavabdeh azyaşlı uşağı Şəmşirli Zeynəbin məktəbə gəlməsinin təmin olunmasını və tədrisini davam etdirməsi məqsədi ilə onun yanımda saxlanılması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar məhkəmə qətnaməsi çıxarılanadək uşağının məktəbə getmək hüququnun müəyyən edilməsi və onun yanında saxlanılması barədə təcili icra olunacaq məhkəmə qərardadı çıxarılmalı idi. Lakin, əfsuslar olsun ki, Kəlbəcər Rayon Məhkəməsi onun ərizəsini təmin etməmişdir. Hesab edir ki, məhkəmənin bu qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Azərbaycan Respublikasının MPM-in 157.1 və 157.2-ci maddələri). Azərbaycan Respublikasının MPM-in 157.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Azərbaycan Respublikasının MPM-in 158.1.2-ci maddəsinin tələbinə əsasən, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilə bilər. Azərbaycan Respublikasının MPM-in 158.1.3-cü maddəsinin tələbinə əsasən, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilər bilər. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə göstərmişdir ki, müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmini üsulu kimi çıxış edir. Lakin, ərizəçi həmin təminat tədbirinin görülməsinin zəruriliyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Müvəqqəti təminat tədbirinin həyata keçirilməsi üçün əsasların mövcud olduğunu təsdiq edən sübutları təqdim etmək vəzifəsi ərizəçinin üzərinə düşür. Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına söykənir. Müvəqqəti təminat tədbirinin məqsədi bu prezumpsiyaya uyğun müəyyən olunub və məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarından qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməməsi qanunamüvafiq olmuşdur. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslıdır. Məhkəmə Kollegiyası bar daha qeyd edir ki, müvəqqəti təminat tədbirinin həyata keçirilməsi üçün əsasların mövcud olduğunu təsdiq edən sübutları təqdim etmək vəzifəsi ərizəçinin üzərinə düşür. Baxılan işdə ərizəçi həmin təminat tədbirinin görülməsinin zəruriliyi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-7)-48/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-48/2026
24.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver