Məhkəmə qərarları › İş №16(3-7)-57/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-57/2026

10.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-57/2026 10.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X2 ibarət tərkibdə, Müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəçi Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş ərizənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılmasına Gəncə Apellyasiya Məhkəməsinin binasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş ərizənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2. maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının hansı növ qərardadlarından şikayət verilməsi göstərilmişdir. Hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10- 1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Ərizəçi Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar