Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-59/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından maraqlı şəxs cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi məhkəməyə müraciət edərək iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul olunanadək iddia ərizəsində göstərilən, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2025-ci il tarixli, *************** nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə əsasında ona icarəyə verilmiş Gədəbəy rayonu ərazisində yerləşən ** nömrəli yay otlaq sahəsinə aid olan 80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Həşimov İsrayıl Yunis oğlu, cavabdeh2 və digər şəxslər tərəfindən heyvanların otarılmasına və örüş sahəsinin istifadə edilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2025-ci il tarixli, *** nömrəli sərəncamı əsasında onunla Gədəbəy Rayon İcra Hakimiyyəti arasında bağlanmış ##.##.2025-ci il tarixli, *************** nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqinda" müqaviləyə əsasən, heyvandarlığın inkişaf etdirilməsi məqsədilə mənə Gədəbəy rayonu ərazisinda yerləşən ** nömrəli yay otlaq sahəsinə aid olan kənd təsərrüfatı təyinatlı əkin torpaq salhəsinden 80 hektar torpaq sahəsi 5 il müddətinə istifadə etmək üçün icarəyə verilmişdir. İcarəyə götürdüyü torpaq sahəsinin yerquruluşu planı təsdiq edilmiş və DƏDRX-nin ** saylı Ərazi idarəsində adına qeydiyyata alınmışdır. Gədəbəy rayonu, Arıqıran kənd sakini olan, hazırda cavabdeh qoyduğum Həşimov İsrayıl Yunis oğlu və arvadı X2 özlərinə məxsus iri və xırdabuynuzlu heyvanları qanunsuz olaraq hazırda icarə hüququ əsasında ona məxsus olan 80 ha torpaq sahəsinə salmışdır. O cavabdehlərə iri və xırdabuynuzlu heyvanlarını otardığı sahənin icarə hüququ əsasında mənə verildiyini, buna görə də həmin ərazidən heyvanlarını çıxarmalarını tələb etsə də, onlar həmin sahədən çıxamayacağını bildirir. Bundan əvvəlki illərdə də cavabdehlar qanunsuz olaraq öz heyvanlarını ona icarəyə verilmiş həmin torpaq sahəsinə salmışlar və ziyan vurmuşlar. Hazırda cavabdehlər yenə də heyvanlarını ona məxsus torpaq sahəsindən çıxarmır. X1 söyüb-təhqir edir və öz qanunsuz hərəkətlərini davam etdirirlər. Nəticədə onun mülkiyyət hüquqları cavabdehlər tərəfindən kobud surətdə pozulmuşdur. Odur ki, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2025-ci il tarixli, *************** nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqinda" müqavilə əsasında məna icarəyə verilmiş Gədəbəy rayonu ərazisində yerləşən ** nömrəli yay otlaq sahəsinə aid olan 80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Həşimov İsrayıl Yunis oğlunun və cavabdeh2 heyvanları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Bu barədə məhkəmədə iddia qaldırmışır. Eyni zamanda ona məxsus örüş sahəsində hal-hazırda cavabdeh heyvanlar otarmaqla mana ziyan vurmaqda davam etdirlər. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2025-ci il tarixli, *************** nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə əsasında Ərizəçi icarəyə verilmiş Gədəbəy rayonu ərazisində yerləşən ** nömrəli yay otlaq sahəsinə aid olan 80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Həşimov İsrayıl Yunis oğlu, cavabdeh2 və digər şəxslər tərəfindən heyvanların otarılmasına və örüş sahəsinin istifadə edilməsinə (Ərizəçi istifadə etməsinə maneə yaratmasına) mülki iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək qadağa qoyulması qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh cavabdeh2 həmin qərardaddan şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cıil tarixli, **(***)-**/**** saylı qərardadının tamamilə ləğv edilməsi və ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qəbul edərkən işin faktiki hallarını araşdırmamış, mübahisəli örüş sahəsinin iddiaçıya məxsus icarə sahəsi ilə eyni olubolmamasını müəyyən etməmiş, eləcə də iddianın mahiyyəti ilə eynilik təşkil edən tələb barədə qərardad qəbul etmişdir. Belə ki, iddiaçı həm də ona və digər cavabdehlərə qarşı iddia qaldıraraq onların yay otlaq sahəsindən çıxarılmağını tələb etmişdir. Müvəqqəti təminat tədbirləri kimi isə Həşimov İsrayıl Yunis oğlu, cavabdeh2 və digər şəxslər tərəfindən iddiaçıya icarəyə verilmiş örüş sahəsində heyvanların otarılmasına və örüş sahəsinin istifadə edilməsinə qadağa qoyulması qərara alınmışdır. Belə bir qadağanın qoyulması onun və digər cavabdehlərin faktiki olaraq heyvanları ilə birlikdə örüş sahəsindən çxarılmağı ilə nəticələnir ki, bu da iddianın tələbi ilə eynilik təşkil etməklə əvvəlcədən işin mahiyyəti üzrə həll edilməsinə və iddianın təmin edilməsinə səbəb olur. Ona görə də, müvəqqəti təminat tədbirlərinin tətbiq barədə ərizə əsassız olduğundan təmin edilməməli idi. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı qismən ləğv edilməli və qərardadla həll edilməli məsələ həll edilməklə, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ərizəyə əlavə edilmiş və iş materiallarında olan ilkin sübutlar ilə müəyyən etmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2025-ci il tarlxi *** nömrəli sərəncamı ilə Ərizəçi Gədəbəy rayonunun İnzibati ərazisindən 5 il müddətinə 80 ha torpaq sahəsi verilmiş və bununla bağlı icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında *************** saylı ##.##.2025-ci il tarixli müqavilənin mətnindən görünür ki, icarədar Gədəbəy rayon İcra hakimiyyəti tərəfindən dövlət fonduna aid 80 ha torpaq sahəsi Ərizəçi icarəyə verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi cavabdehlər Həşimov İsrayıl Yunis oğluna və cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. *(*-***)-***/**** saylı materialla bağlı sənədlərdən görünür ki, məhkəmənin icraatında Ərizəçi cavabdehlər cavabdeh2 Allahverən qızına və Həşimov İsrayıl Yunis oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş var. İşə baxan məhkəmə qeyd etmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2025-ci il tarixli, *************** nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə əsasında Ərizəçi icarəyə verilmiş Gədəbəy rayonu ərazisində yerləşən ** nömrəli yay otlaq sahəsinə aid olan 80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Həşimov İsrayıl Yunis oğlu, cavabdeh2 və digər şəxslər tərəfindən heyvanların otarılmasına və örüş sahəsinin istifadə edilməsinə (Ərizəçi istifadə etməsinə maneə yaratmasına) mülki iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək qadağa qoyulsun. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutların təqdim edilməsi və ərizənin əsaslı olması iş materialları ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi ilkin sübutların araşdırılması və ərizəyə işin faktiki halları üzrə hüquqi qiymət verilməsi hissəsində düzgün qənaətə gəlsə də, ərizənin tam təmin edilməsi hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Beləki, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2025-ci il tarixli, *************** nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə əsasında Ərizəçi icarəyə verilmiş Gədəbəy rayonu ərazisində yerləşən ** nömrəli yay otlaq sahəsinə aid olan 80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Həşimov İsrayıl Yunis oğlu, cavabdeh2 tərəfindən heyvanların otarılmasına mülki iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək qadağa qoyulması həm ərizənin mahiyyəti, həm işin əhəmiyyəti, həm də torpaqdan istifadə qaydalarını müəyyən edən qanunvericilik baxımından daha məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, örüş sahəsi (və ya otlaq) — kənd təsərrüfatı heyvanlarının (mal-qara, qoyun-keçi, at və s.) təbii otla otarılması üçün istifadə olunan torpaq sahəsidir. Bu sahələr adətən səpilib becərilməyən, təbii otlar, ot-bitki örtüyü və kollarla örtülmüş ərazilərdir. Örüş və otlaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada (Nazirlər Kabinetinin qərarı ilə) həyata keçirilə bilər. Təyinatından kənar istifadə etmək qadağandır. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi digər şəxslər tərəfindən heyvanların otarılmasına və örüş sahəsinin istifadə edilməsinə qadağa qoymaqla düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, gələcəkdə yekun məhkəmə aktının icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə onun mətnində ziddiyyət və ya anlaşılmazlıq olmamalı, qeyri-müəyyənlik aradan qaldırılmalıdır. Qeyri-müəyyənlik tərəflər arasında yeni mübahisələrə və ya məhkəmə çəkişmələrinə səbəb ola bilər. Əgər qətnamənin və ya qərardadın şamil edildiyi şəxslər və ya qurumlar dəqiq göstərilməyibsə, icra məmurları və ya səlahiyyətli qurumlar sənədin kimə qarşı tətbiq olunacağını müəyyənləşdirə bilmirlər. Həmçinin, hüquqi məsuliyyət və ya öhdəlik daşıyan subyektlərin kimliyi şübhə doğurarsa, tərəflər məsuliyyətdən yayınmaq üçün boşluqlardan istifadə edə bilərlər. Məhkəmə aktının təməl prinsipi şəffaflıq və aydınlıqdır. Kimin hüquqlarının pozulduğu və ya kimin hansı öhdəliyi yerinə yetirməli olduğu birmənalı olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər 157.5-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə maddi və prosessual hüquq normasına düzgün istinad etsə də, onu tətbiq etməkdə düzgün olmayan qənaətə gəlmişdir. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, icarədar Gədəbəy rayon İcra hakimiyyəti tərəfindən dövlət fonduna aid 80 ha torpaq sahəsi Ərizəçi icarəyə verilmişdir. İcarə müqaviləsi əsasında icarəçidə əmlak üzərində istifadə və sahiblik hüququ yaranır. Sahiblik hüququ- əmlakı müvəqqəti olaraq öz fiziki nəzarətində və hakimiyyətində saxlamaq imkanı, İstifadə hüququ- əmlakın faydalı xassələrindən yararlanmaq və ondan təyinatı üzrə istifadə etməkdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi cavabdehlər Həşimov İsrayıl Yunis oğluna və cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Hazırki vəziyyətdə Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2025-ci il tarixli, *************** nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə əsasında Ərizəçi icarəyə verilmiş Gədəbəy rayonu ərazisində yerləşən ** nömrəli yay otlaq sahəsinə aid olan 80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Həşimov İsrayıl Yunis oğlu, cavabdeh2 və digər şəxslər tərəfindən heyvanların otarılmasına mülki iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək qadağa qoyulması qanuni və əsaslıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyn tələbinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Belə ki, hazırki qərardad müvəqqəti təminat tədbirinin tətbiqi zamanı faktiki olaraq işi mahiyyəti üzrə həll edən qərar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157, 158, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından maraqlı şəxs cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı qismən ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilsin. Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2025-ci il tarixli, *************** nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə əsasında Ərizəçi icarəyə verilmiş Gədəbəy rayonu ərazisində yerləşən ** nömrəli yay otlaq sahəsinə aid olan 80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Həşimov İsrayıl Yunis oğlu, cavabdeh2 tərəfindən heyvanların otarılmasına mülki iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək qadağa qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Gədəbəy rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-7)-59/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-59/2026
06.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver