Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-61/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, “CHEVROLET MALİBU” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2016-cı il, 1G1ZE5ST7HF178146 BAN nömrəli avtomobilin özgəninkiləşdirilməsinə, alqısatqı aparılmasına və sərəncam verilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəçi ərizəçi1 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (*(*-*)-***/**** saylı iş üzrə iddiaçı) ərizəçi1 məhkəmə kollegiyasına müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verərək, “CHEVROLET MALİBU” minik markalı **-DP- *** dövlət qeydiyyat nişanlı buraxılış ili 2016-cı il, 1G1ZE5ST7HF178146 BAN nömrəli avtomobilin özgəninkiləşdirilməsinə, alqı-satqı aparılmasına və sərəncam verilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, keçən il maddi vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq, pul götürmək qərarına gəldi. Bu barədə dostları Nadir, Şahmar, və Adil məsələhtə etdi. Onlar ona bildirdilər ki, lombardan avtomobili girov qoymaq şərti ilə borc pul götürə bilər. O, dostlarının vasitəsi ilə 2023-cü ilin yay aylarında X1 adlı şəxslə tanış oldu. Dostları onu onu borca pul verə şəxs kimi təqdim etdilər. O, onunla söhbət edərək pulun verilməsinə razılaşdı. Həmin vaxt mülkiyyət hüqququ üzrə atası ərizəçi2 məxsus olan **-DP-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET MALİBU” Minik markalı avtomobilimi girov qoyulması və bankdan pul götürülməsi üçün dostu Şahmar Nağıyevə ##.##.2024-cü il tarixində etibarnamə verdi. Dostu Şahmar həmin gün onunla görüşərək onun pul məsələsini həll etdiyini və avtomobili girov qoyaraq 12500 (on iki min beş yüz) manat məbləğində kredit götürdüyünü bildirərək həmin pulu ona təqdim etdi. O, ondan müqavilə və qrafik tələb etdi. Şahmar bildirdi ki, ayda 1520 manat ödəniş etməklə 1(bir illik) kreditdir ödə getsin. Müqaviləyə ehiyac yoxdur “sən ödənişini et müqavilə təsdiqlənsin müqavilə və qrafiki təqdim edəcəklər.” Sonradan söhbət əsnasında ona məlum oldu ki, Şahmar ondan aldığı etibarnamə əsasında avtomobili pul müqabilində borc bağlanandək cavabdeh X1 adına rəsmiləşdirmişdir. ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək avtomobili idarə etmək üçün etibarnamə təqdim etmişdir. O, və atası bu məsələ ilə bağlı Şahmar Nağıyevə öz iradını bidirdi və bunula razı olmadığını qeyd etdi. Onlar aralarında mübahisə olduqdan sonra o, Rəfael adlı şəxslə görüşdü o ona bildirdi ki, o, dostlarına 13500 (on üç min beş yüz) manat pul vermiş hazırda onun ona 18.000 (on səkkiz min) manat borcu vardır. O, Rəfaelə bildirdi ki, ona 12.500 (on iki min beş yüz) manat məbləğində pul verilib. O, da onu kredit kimi ödəməyi öhdəməsinə götürmüşdür. Ona məxsus avtomobilin addan ada keçirilməsi ilə razı deyildir. Onun avtomobilini geri qaytarın. Rəfael isə bildirdi ki, ona “sənə etibarnamə təqdim edim sen ödənişini et. Mən 7 ay müddətinə həmin şəxsə 1520 manat məbləğində pulu ödəməyə davam et.” Avtomobilin həmin şəxsin adına rəsmiləşdiyi üçün buna məcbur idi. Dəflərlə ona müqavilə və qrafik verilməsini tələb etməyinə baxmayaraq bugünədək heç bir sənəd ona təqdim edilməmişdir. O, 7 ay ərzində Rəfaelə müqaviləsiz və qrafiksiz 10640 (on min altı yüz qırx) manat məbləğində pul ödəmişdir. Sonradan Rəfaelin yanına gedərək ona 2900 manat pul ödəmək şərti ilə avtomobilini ona qaytarmasını tələb etmişdir. O isə öz növbəsində bildirmişdir ki, onun ona bu gündən 10.000 (on min) manat borcu var qaytarmadığı təqdirdə avtomobili satacaqdır. O, isə öz növbəsində borcu ödəməkdən imtina etdi. Məhkəmənin diqqətinə çatdırır ki, avtomobili bir gündə olsun cavabdehin istifadəsində və sərəncamında olmamışdır. Belə ki, alqı-satqı formal xarakter daşımış və yalan əqd olmuşdur. Avtomobilin rəsmiləşdirlməsi belə qanunsuz olmuş o, cavabdeh və dostları tərəfindən aldadılmışdır. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hazırda **-DP-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2016-cı il BAN:1G1ZE5ST7HF178146 “CHEVROLET MALİBU” Minik markalı avtomobialinvtomobilinin özgəninkiləşdirilməsi məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək qadağan olunması zərurəti yaranmışdır. Məhkəmə kollegiyası ərizənin dəlilləriniaraşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər 157.5. müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı. 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İş materialları ilə müəyyən edilir ki, ilk iddia üzrə iddiaçılar ərizəçi2 və ərizəçi1 cavabdehlər X1 və X2 qarşı "avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi" tələbi, qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdeh ərizəçi2 və ərizəçi1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ## ######## 2026-ci il tarixdə saat 15:20-ə təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Birinci instansiya məhkəməsi sözügüdən qərara istinad etsə də, düzgün tətbiq etməmişdir. Qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası izah edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə dərhal, dispozitivlik prinsipi rəhbər tutulmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar və ərizəçinin tələb və ya xahişi həddində baxılır. Odur ki, ərizədə göstərilən xüsusatların araşdırılması üçün məhkəmənin zaman baxımından imkanı yoxdur. Həmçinin, qeyd olunan xüsusatların məhkəmə tərəfindən araşdırılması məhkəmənin arbitr rolunun pozulması ilə mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Odur ki, ərizəçi ərizəsində qeyd etdiyi dəlillərini təsdiq edən sübutlarını ərizəsinə əlavə etməli və məhkəmə araşdırmasına təqdim etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi ərizəçi1 tərəfindən ərizəsinə ilkin sübutlar əlavə edilməmiş, mübahisə predmetinin hazırda kimin mülkiyyətində olması və s. sənədlər ərizəyə əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “CHEVROLET MALİBU” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2016-cı il, 1G1ZE5ST7HF178146 BAN nömrəli avtomobilin özgəninkiləşdirilməsinə, alqısatqı aparılmasına və sərəncam verilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəçi ərizəçi1 ərizəsi təmin edilməsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-7)-61/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-61/2026
23.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver