Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-66/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən mənzilin bağışlanmasına dair Sumqayıt şəhəri, * saylı notariat ofisində X1 ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli 4Ə-**** reyester nömrəli müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı ünvan 4 ünvanda yerləşən mənzilin bağışlanmasına dair Sumqayıt şəhəri, * saylı Notariat Ofisində iddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarix 4ə-**** reyestr nömrəli müqavilənin və bunun əsasında Cavabdeh adına verilmiş ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əsasında *(*-*)-****/**** saylı mülki iş Gəncə Apellyasiya Məhkəməsində qeydə alınmışdır. Hazırda iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin Cavabdeh tərəfindən özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Iddiaçı Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzil mərhum arvadı X1 mülkiyyətində olmuşdur. Həmin mənzili birgə nikah dövründə əldə etmişlər və mənzildə birlikdə yaşamışlar. Ağdam rayonundan məcburi köçkün olduğu üçün, oğlu Cavabdeh Qobu qəsəbəsindən mənzil verilmiş və o, ailəsi ilə birlikdə orada yaşamışdır. Oğlu nikahı pozulduqdan sonra gəlib onunla birlikdə yaşamışdır. Evi oğluna bağışladıqdan sonra onkoloji xəstə olan arvadı xəstəxandan evə qayıdanda görüb ki, oğlu Cavabdeh onun əşyaları çölə atıb və qapını da bağlayıb. Əsəbindən bir neçə gün sonra arvadı vəfat etmişdir. Hazırda Cavabdeh onu öz evinə buraxmır. Fikirləşmişdir ki, qocalıb, oğlu Ramil ona yaxşı baxar. Ancaq nəinki qayğısına qalmaq, cavabdeh bu qoca yaşında onu evdən qovmuşdur. Əslində utanır ki, belə bir oğlu var, ancaq yaşamağa başqa yeri yoxdur. Hesab edir ki, ona qulluq edəcəyi şərtilə evi oğlu olan cavabdehə bağışladığından və lakin o verdiyi vədinə əməl etmədiyindən, ünvan 3 ünvanda yerləşən mənzilin bağışlanmasına dair Sumqayıt şəhəri, * saylı notariat ofisində X1 ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli 40-**** reyester nömrəli müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbu edilməlidir. Hətta evi satmaması üçün cavabdehə xahiş etdikdə, sonuncu onu ölümlə hədələmişdir. Bu barədə Sumqayıt şəhər Polis Şöbəsinə şikayət etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıdakılara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 157.1ci maddəsinə müvafiq olaraq, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsində göstərilir ki, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; dördüncü növbədə başqa şəxslərə verilmiş əmlak. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhər * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2019-cu il tarixli **-*** nömrəli alqı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 44 ünvanında yerləşən ** saylı mənzil X2 və mənzil həmin müqavilə əsasında ##.##.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla onun adına qeydə alınmışdır. Daha sonra Sumqayıt şəhər * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli **-**** nömrəli bağışlanma müqaviləsi əsasında mənzil Cavabdeh bağışlanmışdır. Mənzilə dair sonuncunun adına daşınmaz əmlakın dövlət reeyestrindən ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Iddiaçı Ərizəçi sözügedən bağışlama müqaviləsinin və həmin müqavilə əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir və iş hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır (iş nömrə 2(3- 7)-1029/2026). Bununla belə, iddiaçı Elmurov Behbudov mübahisəli mənzilin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə müvəqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri qaydasında mübahisəli mənzilin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi üçün əsaslar mövcuddur. Ona görə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı Ərizəçi cavabdehin atasıdır və o, oğlunun, yəni cavabdehin ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozması barədə arqumentlərlə mübahisəli mənzilə dair iddiaçının adına olan reyestr qeydini və bu qeydin aparılmasına əsas olan bağışlama müqaviləsini mübahisələndirmişdir. Hansı ki, mənzil iddiaçının mərhum arvadı tərəfindən oğlu olan cavabdehə bağışlanmışdır. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq qeyd edir ki, mənzilin özgəninkiləşdirilməsi qadağan edilməklə cavabdehin həmin əmlaka dair sərəncam hüququ məhdudlaşdırılmalıdır. Kollegiya həmçinin vurğulayır ki, tətbiq edilən təminat tədbiri müvəqqəti xarakter daşımaqla işi qabaqcadan mahiyyəti üzrə həll etmir və bu təminat tədbiri qaydasında mənzilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilməklə onun həmin əmlaka dair yalnız sərəncam hüququ məhdudlaşdırılır. MPM-nin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 157, 159 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilsin. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 44 ünvanında yerləşən ** saylı mənzilin Cavabdeh tərəfindən özgəninkiləşdirilməsinə qadağa qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-7)-66/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-66/2026
04.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver