Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-76/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı Ərizəçi cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh3 məxsus “Welton SN34K markalı” **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “DAF XF 105/460” markalı **-EK-*** yük maşını; cavabdeh1 məxsus “MAN TGX 18.440” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı yük maşını, “SCHMITZ” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, cavabdeh4 məxsus “KAMAZ 53212” markalı **-BE-*** nömrə nişanlı yük maşını, “KAMAZ 53212” markalı **-EJ-*** nömrə nişanlı yük maşını, “Krone SD” markalı **-ZB-*** nömrə nişanlı yarımqoşqu, “DAF FT XF 105.460T” markalı **-BF-*** yük maşını, “Mersedes Benz C180” markalı **-DP-*** nömrə nişanlı, “MAN TGX 18.480” markalı **- FL-*** nömrə nişanlı yük maşınlarının özgəninkiləşdirilməsinə qadağa qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizəçi (iddiaçı) Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməmişdir. Ərizəçi Ərizəçi qeyd olunan qərardaddan ## ###### 2026-cı il tarixdə şikayət vermiş, Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardad ləğv edilməli, iş üzrə yeni qərardad çıxarılmalı, ərizə təmin edilməli, cavabdeh3 məxsus “Welton SN34K markalı” **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “DAF XF 105/460” markalı **-EK-*** yük maşını, cavabdeh1 məxsus “MAN TGX 18.440” markalı **-EV- *** dövlət qeydiyyat nişanlı yük maşını, “SCHMITZ” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, cavabdeh4 məxsus “KAMAZ 53212” markalı **-BE-*** nömrə nişanlı yük maşını, “KAMAZ 53212” markalı **-EJ-*** nömrə nişanlı yük maşını, “Krone SD” markalı **-ZB-*** nömrə nişanlı yarımqoşqu, “DAF FT XF 105.460T” markalı **-BF-*** yük maşını, “Mersedes Benz C180” markalı **-DP-*** nömrə nişanlı, “MAN TGX 18.480” markalı **-FL-*** nömrə nişanlı yük maşınlarının özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Belə ki, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Azərbaycan Respublikasının MPM-in 157.1 və 157.2-ci maddələri). Azərbaycan Respublikasının MPM-in 157.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Azərbaycan Respublikasının MPM-in 157.6-cı maddəsinə görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qeyd edilən müddəalarda müvəqqəti təminat tədbirinin tətbiq edilməsi əsasları və məqsədi göstərilmişdir. Müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin əsas məqsədi, ərizəçinin hüquqlarının qorunmasından ötrü mövcud mübahisəli vəziyyətin, eləcə də, mübahisə predmetinin əvvəlki vəziyyətdə qorunub saxlanılmasından, iddianın təmin ediləcəyi halda, mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların aradan qaldırılmasından ibarətdir. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Azərbaycan Respublikasının MPM-in 158.1-ci maddəsinə əsasən, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Azərbaycan Respublikasının MPM-in 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ərizəçi ərizənin təmin edilməsinə əsas olacaq mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh3 məxsus “Welton SN34K markalı” **-ZB- *** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “DAF XF 105/460” markalı **-EK-*** yük maşını; cavabdeh1 məxsus “MAN TGX 18.440” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı yük maşını, “SCHMITZ” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, cavabdeh4 məxsus “KAMAZ 53212” markalı **-BE-*** nömrə nişanlı yük maşını, “KAMAZ 53212” markalı **-EJ-*** nömrə nişanlı yük maşını, “Krone SD” markalı **-ZB-*** nömrə nişanlı yarımqoşqu, “DAF FT XF 105.460T” markalı **-BF-*** yük maşını, “Mersedes Benz C180” markalı **-DP-*** nömrə nişanlı, “MAN TGX 18.480” markalı **-FL-*** nömrə nişanlı yük maşınları vardır. Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına söykənir. Müvəqqəti təminat tədbirinin məqsədi bu prezumpsiyaya uyğun müəyyən olunub və məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarından qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mütənasiblik prinsipi Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Müvəqqəti təminat tədbirinin daha bir xüsusi əlaməti də MPM-nin 157.7-ci maddəsində nəzərdə tutulan tətbiq edələcək təminat tədbirinin müvəqqəti xarakter daşıması və işi mahiyyəti üzrə qabaqcadan həll etməməsindən ibarətdir. Bu əlamət tələb edilən təminat tədbirinin iddia tələbi ilə eyni olması xüsusiyyətini aradan qaldırır. Yəni, müvəqqəti təminat tədbirinin təmin edilməsi işin hərtəfli araşdırılmadan (çəkişmə prinsipinə əməl etmədən, tərəflər dinlənilmədən, sübutlar toplanılmadan və qiymət verilmədən və s.) iddianın əvvəlcədən təmin edilməsi anlamına gəlmir. Məhkəmə kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı Kəlbəcər rayon məhkəməsində cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı 151492 manat pul tələbinə dair iddia qaldırmışdır. Iddia ərizəsində qeyd olunmuşdur ki, cavabdehlərin 2025-ci ilin dekabr ayından sonra gətirilmiş tırların onlar tərəfindən çıxdaş edilmələri barədə arayışlar, iş birliyi üçün verdiyi 179345 manat pul məbləğindən ona cəmi 27853 manat pul qaytarmaları barədə sübutlar, əlyazmaları, səs yazıları, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda verilmiş izahatlar və məhkəməyə təqdim edəcəyi digər sübutlarla öz təsdiqini tapır. Cavabdehlər iddiaçıdan aldıqları yüksək məbləğdə pulun müqabilində gətirilən maşınları çıxdaş edib satmış, ona cüzi miqdarda pul qaytarmışlar. Qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Işdə olan sənədlərdən görünür ki, Baş Dövlət Yol Polis Idarəsinin ## #### 2026-cı il tarixli məktubuna əsasən, cavabdehlərin adlarına həmin maşınlar vardır. Bundan başqa məhkəməyə təqdim edilmiş səs yazılarından cavabdeh tərəf iddiaçıya bildirmişdir ki, “öz maşınlarımızı girov qoyub sənin pulunu qaytaracağıq”. Kollegiya hesab edir ki, öhdəliyi icra etməmiş şəxslərin gələcəkdə pul tələbinə dair iddia təmin edildikdən sonra həmin pulu ödəməsində də çətinliklər yaradacaqları qaçılmazdır. Ona görə də, gələcəkdə qətnamənin icrasında çətinlik yaranmaması üçün cavabdehlərin adlarına olan daşınar əmlakların - həmin maşınların özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası işi qabaqcadan mahiyyəti üzrə həll etmədən, iş materiallarını tədqiq edərək qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizədə MPM-in 157.5-ci maddəsində nəzərdə tutulmuş tələbə uyğun olaraq, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu və müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda mövcud vəziyyətin ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı dərəcədə dəyişməsi ehtimalı əsaslandırılmışdır. Həmçinin, hazırki ərizəsində sözügedən iddiasının uğurluluğu ilə bağlı ərizəçi tərəfindən özü-özlüyündə əsaslandırılmış mövqe təqdim olunmuşdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməməsi qanunamüvafiq olmamışdır. Buna görə də şikayət təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbirinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikasının MPM-in 160.1.-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Eyni zamanda Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 157- 159, 160.1, 263, 264, 398.0.3, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardad ləğv edilsin, iş üzrə yeni qərardad çıxarılsın. Ərizə təmin edilsin. cavabdeh3 məxsus “Welton SN34K markalı” **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “DAF XF 105/460” markalı **-EK-*** yük maşını, cavabdeh1 məxsus “MAN TGX 18.440” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı yük maşını, “SCHMITZ” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, cavabdeh4 məxsus “KAMAZ 53212” markalı **-BE-*** nömrə nişanlı yük maşını, “KAMAZ 53212” markalı **-EJ-*** nömrə nişanlı yük maşını, “Krone SD” markalı **-ZB-*** nömrə nişanlı yarımqoşqu, “DAF FT XF 105.460T” markalı **-BF-*** yük maşını, “Mersedes Benz C180” markalı **-DP-*** nömrə nişanlı, “MAN TGX 18.480” markalı **- FL-*** nömrə nişanlı yük maşınlarının özgəninkiləşdirilməsinə qadağa qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-7)-76/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-76/2026
09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver