Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-78/2026 25.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, iddiaçı Ərizəçi(bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh(bundan sonracavabdeh) qarşı “digər valideynin razılığı olmadan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat barədə ərizəyə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından anadan olan ##.##.2010-cu il təvəllüdlü Kasumov İsmayıl Kasum oğlu adlı uşağın cavabdehin icazəsi olmadan Azərbaycan Respublikası hududlarından kənara çıxarılmasına icazə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə icraat Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbinə dair *(***)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İşin apellyasiya baxışı zamanı iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə verərək, iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alana kimi cavabdehlə birgə nikahından anadan olan ##.##.2010-cu il təvəllüdlü Kasumov İsmayıl Kasum oğlu adlı uşağın cavabdehin icazəsi olmadan Azərbaycan Respublikası hududlarından kənara çıxarılmasına icazə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(104)- ***/**** saylı qətnaməsi ilə boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı ## ### 2010-cu il təvəllüdlü Kasumov İsmayıl Kasum oğlu və Gürcüstan Respublikasının vətəndaşı ## #### 2013-cü il təvəllüdlü Kasumova (Qasımova) Zeynəb Kasum qızının yetkinlik yaşına çatanadək ataları Ərizəçi himayəsində saxlanılması, ## ### 2010-cu il təvəllüdlü Kasumov İsmayıl Kasum oğlu və ## #### 2013-cü il təvəllüdlü Kasumova (Qasımova) Zeynəb Kasum qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli miqdarında alimentin tutularaq iddiaçı Ərizəçi verilməsi qət edilmişdir. ##.##.2010-cu il təvəllüdlü Kasumov İsmayıl Kasum oğlu 2 ildir ki, tamamilə əsassız hallara görə təhsilindən yayınır. Bu hal onun bütün gələcəyinə təsir edəcək. Məhz ##.##.2010-cu il təvəllüdlü Kasumov İsmayıl Kasum oğlunun təhsilindən yayınmasının və digər mənfi halların qarşısının alınması üçün “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu ## ###### 2021-ci il qərarında 7.25-ci bənd qoyulmuşdur. 4 ilə yaxın müddətdir ki, təhsilindən qalan, evindən, bacısından, atasından və doğmalarından uzaq qalan bu uşağın daha çox mənfi təsir almaması üçün hazırkı ərizə ilə müraciət edir. İcbari təhsilindən yayınmasına əsas olmuş movcud vəziyyət aradan qalxmasa hansı ali təhsildən söhbət gedə bilər ki? Uzanan və davam edən məhkəmə proseslərinin getdiyi müddətdə uşaq niyə sinif yoldaşlarından geri qalmalıdır? Valideynləri arasında olan prinspisə görə, yəni anasının əsassız onun ölkədən çıxmasına razılıq verməməsinə görə Kasumov İsmayıl Kasum oğlu 2 il geridə qalmışdır, ən tez zamanda təhsilinə qayltmalıdır. Onsuz onun bu qədər geridə qalması ona hər tərəfli ziyan vurmuşdur. Hazırda ##.##.2010-cu il təvəllüdlü Kasumov İsmayıl Kasum oğlunun bibisi Samirə günün 24 saatı ona nəzarət etməyə çalışır. Çünki depressiya içində olan uşağın nə edəcəyini bilmir. Lakin bibisinin onu nə qədər nəzarətdə saxlaması qeyri-müəyyəndir. Bibisinin öz uşaqları, gündəlik ev işləri və digər səbəblərdən ##.##.2010-cu il təvəllüdlü Kasumov İsmayıl Kasum oğlunun ən qısa müddətdə atasının, bacısının yanına öz evinə və öz ölkəsinı qayıtması vacibdir. Gürcüstan Respublikası Marneuli * nömrəli İctimalı Məktəbinin direktorunun sorğuya cavab olaraq bildirmişdir ki , ##.##.2010-cu il təvəllüdlü Kasumov İsmayıl Kasum oğlu 1-ci sinifdən 6-cı sinifə qədər həmin məktəbdə təhsil almışdır. Eyni zamanda yaranmış vəziyyət ##.##.2010-cu il təvəllüdlü Kasumov İsmayıl Kasum oğlunun təhsilindən yayınmasına və sağlamlığının pozulmasına səbəb olduğu üçün müvafiq orqanlara müraciətlər olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri görmək üçün əsas, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi qənaətidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının irəli sürdüyü tələb mahiyyət etibarilə uşağın cavabdehin razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi məsələsinə aiddir. Həmin tələb üzrə işə mahiyyəti üzrə baxılma başa çatmamış, yekun məhkəmə aktı qəbul edilməmişdir. Bu səbəbdən müvəqqəti təminat tədbiri adı altında faktiki olaraq iddia tələbinin özünün qabaqcadan təmin edilməsi yolverilməz hesab edilməlidir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarının 7.25-ci bəndində qeyd olunur ki, uşağın sağlamlığının qorunması məqsədilə xarici ölkədə təxirəsalınmaz şəkildə tibbi müayinə və müdaxilənin həyata keçirilməsinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xətti ilə xaricdə keçirilən beynəlxalq idman yarışlarında, habelə gələcəkdə xaricdə ali təhsil alması məqsədilə keçirilən imtahan və müsabiqələrdə iştirakının zəruri olduğu hallarda, uşağın ölkədən gedə bilməməsi onun hüquqlarının sonradan qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnmə ehtimalı böyük olduğundan, iddianın ümumi şəkildə icazənin verilməsi məzmununda verildiyi halda məhkəmələr müvəqqəti təminat tədbiri qismində uşağın qeyd edilən məqsədlə konkret müddətdə bir valideynin razılığı olmadan getməsinə icazə verə bilərlər. Məhkəmələr mübahisənin həllinədək uşağın məhdud şəkildə minimal səfər müddətində müvəqqəti olaraq valideynlərindən biri və yaxud beynəlxalq yarışlarla bağlı komandanın tərkibində təkbaşına getməsinə (valideynin birinin razılığının olduğu halda) icazənin verilməsindən ibarət müvəqqəti təminat tədbiri ilə bağlı vəsatətə baxılarkən, təxirəsalınmazlıqla bağlı yuxarıda qeyd edilən əsasların olmasına dair ilkin sübutların mövcudluğuna qiymət verməlidirlər. Həmin bənddə uşağın ölkədən kənara çıxmasına müvəqqəti icazənin verilməsi məsələsinə münasibətdə məhkəmələrin nəzərə almalı olduqları xüsusi hallar, o cümlədən uşağın sağlamlığının qorunması məqsədilə xarici ölkədə təxirəsalınmaz tibbi müayinə və müdaxilənin həyata keçirilməsi, beynəlxalq idman yarışlarında iştirakı, habelə xaricdə təhsil almaq məqsədilə keçirilən imtahan və müsabiqələrdə iştirakı nəzərdə tutan və uşağın ölkədən getməməsinin onun hüquqlarının sonradan qorunmasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirə biləcəyi təxirəsalınmaz hallar nəzərdə tutulmuşdur . Hazırkı iş üzrə isə belə bir təxirəsalınmaz hal mövcud deyildir və iddiaçının göstərdiyi əsas — uşağın orta məktəbə gedə bilməməsi və nəzarətsiz qalması — uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara müvəqqəti çıxarılmasını zəruri edən 7.25-ci bənddə nəzərdə tutulmuş hallardan hər hansı biri ilə eyniləşdirilə bilməz. Belə ki, uşağın məktəbə davamiyyətinin və gündəlik nəzarətinin təmin edilməsi məsələsi uşağın ölkədən çıxarılmasını zəruri edən fövqəladə və təxirəsalınmaz hal deyil. Əksinə, bu məsələ uşağın hansı valideynin yanında yaşaması, uşağın faktiki yaşayış yeri, onun təhsili və tərbiyəsi ilə bağlı olan və hazırkı işin mahiyyəti üzrə yekun məhkəmə qərarı ilə həll edilməli məsələlərdəndir. Digər tərəfdən, uşağın orta məktəbə gedə bilməməsi və nəzarətsiz qalması barədə ümumi mülahizə uşağın məhz Azərbaycan Respublikasının ərazisindən çıxarılmasının zəruri və təxirəsalınmaz olduğunu sübut etmir. Əgər uşağın təhsilinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hər hansı problem mövcuddursa, həmin problemin ölkə daxilində həlli üçün mövcud hüquqi və faktiki imkanlar araşdırılmalıdır. Bu hal avtomatik olaraq digər valideynin razılığı olmadan uşağın xaricə aparılmasına müvəqqəti icazə verilməsi üçün hüquqi əsas yarada bilməz. Xüsusilə qeyd edilməlidir ki, müvəqqəti təminat tədbirinin məqsədi iş üzrə yekun məhkəmə qərarını əvəz etmək və ya iddiaçının əsas tələbini məhkəmə araşdırması başa çatmamış faktiki olaraq təmin etmək deyil. Təminat tədbiri yalnız mövcud hüquqi vəziyyətin qorunmasına, gələcək məhkəmə qərarının icrasının mümkünlüyünün təmin edilməsinə və təxirəsalınmaz hallarda hüquqların ciddi şəkildə pozulmasının qarşısının alınmasına xidmət etməlidir. Hazırkı halda isə uşağın ölkədən çıxarılmasına icazə verilməsi iddiaçının əsas tələbinin mahiyyətinə birbaşa təsir göstərir. Belə icazənin verilməsi ilə faktiki olaraq iddiaçının mübahisənin mahiyyəti üzrə əldə etmək istədiyi nəticə əvvəlcədən təmin edilmiş olacaqdır. Halbuki iş üzrə tərəflərin mövqeləri, uşağın üstün mənafeyi, yaşayış və təhsil şəraiti, hər iki valideynin uşağın həyatında iştirakı və digər mühüm hallar tam araşdırılmadan belə nəticəyə gəlmək mümkün deyildir. Ali Məhkəmənin müvafiq qərarında göstərilən yanaşma da məhz istisna və təxirəsalınmaz halların mövcudluğunun ilkin sübutlarla əsaslandırılmasını tələb edir. Hazırkı işdə isə uşağın xaricə getməməsi halında onun hüquqlarının sonradan qorunmasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini təsdiq edən konkret və inandırıcı hallar göstərilməmişdir. Bu səbəbdən ərizədə göstərilən hallar müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət qədər hüquqi və faktiki əsas yaratmadığından, uşağın ölkədən çıxarılmasına icazə verilməsi barədə vəsatət təmin edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157, 158 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “digər valideynin razılığı olmadan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat barədə ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-7)-78/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-78/2026
25.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver