Məhkəmə qərarları › İş №16(3-7)-80/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-80/2026

14.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-80/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsinə dair (Açar sözlər: daşınmaz əmlakın özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi) Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizəsi üzrə Tovuz Rayon Məhkəməsinin # ###### 2026-ci il tarixli **(*-***)-**/**** nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Digah qəsəbəsində yerləşən Abşeron Rayonu * saylı dövlət notariat ofisində qeydə alınmış ## #### 2023-cü il tarixli bağışlama müqaviləsi əsasında Maraqlı şəxs tərəfindən X5 və X2 bağışlanılmış torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa olunmuş tikilinin başqa şəxsin adına özgəninkiləşdirilməsinə məhkəmədə işə baxılanadək qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs qarşı Bakı şəhərində Digah qəsəbəsində alınan torpaq sahəsinə və fərdi yaşayış evinin tikintisinə və təmirinə görə çəkdiyi xərclərin 90.000 manat pulun ona ödənilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Mübahisə olunan torpaq sahələrini və fərdi yaşayış evini cavabdehlə birgə nikah dövründə əldə etdiyindən payı var və Əfsanə torpağı uydurma əqd əsasında torpaq sahəsini bacısının və anasının adına bağışlamışdır. Cavabdeh mübahisə olunan torpaq sahəsinin satışı ilə bağlı internet saytlarında paylaşım etmişdir. Hesab edir ki, cavabdeh məhkəmədə işə baxılana qədər mübahisə predmeti olan fərdi yaşayış evini və torpaq sahəsini sata bilər. Bu da gələcəkdə qətnamənin icrasına mane olacaq. Hesab edir ki, ərizənin təmin olunması üçün kifayət qədə mövcud əsaslar var.

3. Tovuz Rayon Məhkəməsinin # ###### 2026-ci il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Abşeron rayonu Digah qəsəbəsində yerləşən Abşeron Rayonu * saylı dövlət notariat ofisində qeydə alınmış ## #### 2023-cü il tarixli bağışlama müqaviləsi əsasında Maraqlı şəxs tərəfindən X5 və X2 bağışlanılmış torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa olunmuş tikilinin özgəninkiləşdirilməsinə qadağa qoyulması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. Maraqlı şəxs qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Abşeron rayonu Digah qəsəbəsində yerləşən Abşeron Rayonu * saylı dövlət notariat ofisində qeydə alınmış ## #### 2023-cü il tarixli bağışlama müqaviləsi əsasında Maraqlı şəxs tərəfindən X5 və X2 bağışlanılmış torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa olunmuş tikilinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Lakin Tovuz Rayon Məhkəməsi tərəfindən əmlakın üzərinə qoyulmuş belə bir qadağa öz növbəsində X5 və X3 qanunla qorunan maraqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçı Ərizəçi başqa tələblər altında məhkəmədə fərqli əsassız iddialar qaldıraraq evin alqısatqısının icrasına süni maneəçilik yaradır. Eyni zamanda Ərizəçi ##.##.2023-cü il tarixli notarial ərizəsində mübahisə predmeti olan əmlakın bağışlanılmasına, satılmasına öz iradə ifadəsi ilə razılığını bildirmişdir.

6. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Maraqlı şəxs tərəfindən vəsatət təqdim edilərək, *(*-***)-****/**** saylı mülki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin geri götürüldüyünü, bununla bağlı Tovuz Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** saylı mülki iş üzrə qəbul edilmiş qərardadı təqdim etdiyi bildirmişdir. Odur ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadının tam ləğv edilməsi və qoyulmuş qadağanın götürülməsi barədə qərardad qəbul edilməyini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərardadından görünür ki, məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi X4 vəsatətlə məhkəməyə müraciət edərək, o, hazırda qeyd edilən əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza şirkəti olan MBA consulting Group ilə müqavilə bağlamışdır. Ona görə də iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, vəsatət təmin edilmişdir. Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1.1. Məhkəmə müvəqqəti təminat tədbirini təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Maddə 158.1.2. Məhkəmə müvəqqəti təminat tədbiri kimi hakim müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Maddə 158.1.3. Məhkəmə müvəqqəti təminat tədbirini təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilə bilər. Maddə 164. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin # ###### 2026-ci il tarixli **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. İş materiallarından aydın olur ki, mülki iş üzrə iddiaçının cavabdehə qarşı iddia tələbi mübahisə predmeti olan Bakı şəhərində Digah qəsəbəsindəki torpaq sahəsinin və fərdi yaşayış evinin tikintisinə və təmirinə görə çəkdiyi xərclərin ona ödənilməsi ilə bağlıdır.

12. İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə məhkəməyə iddianın əsaslığına dair ilkin sübutlarını – mübahisə olunan daşınmaz əmlakın ##.##.2021-ci il tarixində (yəni tərəflərin birgə nikah dövründə) Maraqlı şəxs tərəfindən alınmasına dair alğı-satqı müqavilələrini, cavabdeh X1 mübahisələndirilən torpaq sahəsini ##.##.2023-cü il tarixində bacısı və anasına hədiyyə etməsi ilə bağlı daşınmaz əmlakın bağışlanma müqavilələrini təqdim etmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə mübahisə məhkəmədə həll olunanadək mübahisəli daşınmaz əmlakın cavabdeh tərəfindən özgəninkiləşdirilməsi nəticəsində iddiaçının hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətinləşəcəkdir.

14. Məhkəmə hesab edir ki, ərizənin obyektini təşkil edən fiziki obyektlərin, yəni daşınmaz əşyaların özgəninkiləşdirilməsi gələcəkdə iddiaçının lehinə çıxa biləcək potensial qətnamənin icrasını qeyri-mümkün etməklə onun hüquq və mənafelərinə xələl gətirəcəkdir.

15. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

16. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin # ###### 2026-ci il tarixli **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar