Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-84/2026 21.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Uşaqla ünsiyyət barədə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətin mümkülüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ Ərizəçi Ərizəçi «müvəqqəti təminat tədbirinə dair» ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdeh Cavabdeh Bəruz qızı ilə birgə nikahlarından olan ##.##.2017-ci il tarixli X2, ##.##.2020-ci il tarixli X3, ##.##.2023-cü il tarixli X1 ilə hər həftənin şənbə və bazar günü, bütün bayram, tətil günlərində bir neçə gün olmaqla, ad günlərində məhkəmə qətnaməsi qəbul edilənədək cavadeh Cavabdeh Bəruz qızının iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmağı barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Ərizəçi övladları – ##.##.2017-ci il təvəllüdlü X2, ##.##.2020-ci il təvəllüdlü X3 və ##.##.2023-cü il təvəllüdlü X1 ilə ünsiyyət hüququ müəyyən edilmiş, ünsiyyət qaydası şəxsi görüş formasında, sərbəst şəkildə hər həftənin şənbə günü saat 11:00-dan saat 16:00-dək təyin edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq hər görüş günü görüş saatında Cavabdeh tərəfindən Ərizəçi, görüş vaxtının sonunda isə Ərizəçi tərəfindən Cavabdeh təhvil verilməsi qərara alınmış, ərizənin qalan hissədə təmin edilməmişdir. Maraqlı şəxs Cavabdeh ərizə (şikayət) ilə müraciət edərək, qərardadın dəyişdirilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, iş üzrə maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir, qanunvericilik ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir. Şikayətin forması düzgün olmamış, cədvəl formasında tərtib edilməmiş, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar və şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar qeyd olunmamışdır. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi aydın və konkret şəkildə ifadə olunmalı, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şikayətin forması Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: ...361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayətinin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə * saylı əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs Cavabdeh ərizəsi ilk dəfə ##.##.2026-cı ildə məhkəməyə daxil olmuş, sonra həmin ərizənin surəti şikayət formasında ##.##.2026-cı il tarixdə verilmişdir. İşə baxan məhkəmə ##.##.2026-cı il tarixdə “şikayət” başlığı ilə yerləşdirilmiş ərizəni şikayət kimi qəbul edərək, baxmışdır. Halbuki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı maraqlı şəxs Cavabdeh elektron kabinetinə ##.##.2026cı il tarixdə yerləşdirilmiş, şikayət isə müddət ötürülməklə ##.##.2026-cı il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göründüyü kimi, şikayətinin mümkün hesab edilə bilməsi əsaslarından biri onun müəyyən edilmiş müddət ərzində verilməsidir. Lakin hazırkı işdə iş materialları ilə bu müəyyən edilməmişdir. Prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Birinci instansiya məhkəməsi verilmiş şikayətin tələblərə uyğunluğunu yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 361, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. 2(104)-720/2024 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının PROTOKOLU ##.##.2024-cü il Gяncя шяhяri Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər X9 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Sədrlik edən məhkəmə iclasını saat 09:05-də açır. Sədrlik edən Bərdə Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh X7 verdiyi apellyasiya şikayətinin mцmkцnlцyцnə baxıldığını elan edir. Məhkəmə kollegiyası işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmasını araşdırır. Məhkəmə kollegiyası yerində müşavirə edir, sədrlik edən apellyasiyanın qeyri-mümkünlüyü barədə qərardadı elan edir. Məhkəmə kollegiyası məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən Loğman Süleymanov Məhkəmə iclas katibi Röyal Musayev ЭЯНЪЯ АПЕЛLЙАСИЙА МЯЩКЯМЯСИ Эянъя шящяри, Ататцрк pr., 252. Tel: (022) 256 08 22. Faks: (***) *** ** **. Индекс: АЗ 2001 ## ###### 2024-cü ил İş № *(104)-720/2024 Bərdə şəhəri Füzuli küçəsi ev 24 X7 Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)- ***/**** saylı qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti “03” vərəqdə Щаким Loğman Süleymanov
Məhkəmə qərarları › İş №16(3-7)-84/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-84/2026
21.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver