Məhkəmə qərarları › İş №16(3-8)-105/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-105/2026

29.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-105/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından ərizəçilər ərizəçi15, ərizəçi13, İsmayılov Şahin Əli oğlu, ərizəçi6, ərizəçi1, ərizəçi14, ərizəçi8, ərizəçi3, ərizəçi7, ərizəçi8 Vaqif oğlu, Əliyeva İlahə Əhməd qızı və ərizəçi9 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçilər ərizəçi16, ərizəçi15, ərizəçi13, ərizəçi5, İsmayılov Şahin Əli oğlu, Əliyeva İlahə Əhməd qızı, ərizəçi6, ərizəçi2, ərizəçi9, ərizəçi14, ərizəçi8 Vaqif oğlu, ərizəçi4, ərizəçi3, ərizəçi17, ərizəçi7 və ərizəçi8 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, H. Əliyev prospekti, bina 265 ünvanında inşa edilmiş yaşayış binasında yerləşən ərizəçilərin ümumi mülkiyyətdə olan ərazilərdən, zirzəmidən-qarajdan istifadəsinə maneələrin yaradılması, binanın zirzəmisinin üçüncü şəxslərin icarəsinə və istifadəsinə verilməsinin cavabdehlərə qadağan edilməsi, zirzəmidən quraşdırılmış yüksək gərginlikli elektrik generatoru və çoxmənzilli binaya xidmət etmək üçün nəzərdə tutulmayan avadanlıqların, su çənləri sökülməsi və zirzəminin boşaldılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə ərizəçilər ərizəçi16, ərizəçi15, ərizəçi13, ərizəçi5, İsmayılov Şahin Əli oğlu, Əliyeva İlahə Əhməd qızı, ərizəçi6, ərizəçi2, ərizəçi9, ərizəçi14, ərizəçi8 Vaqif oğlu, ərizəçi4, ərizəçi3, ərizəçi17, ərizəçi7 və ərizəçi8 tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Hazırda ərizəçilər ərizəçi15, ərizəçi13, İsmayılov Şahin Əli oğlu, ərizəçi6, ərizəçi1, ərizəçi14, ərizəçi8 Vaqif oğlu, ərizəçi3, ərizəçi7, ərizəçi8, Əliyeva İlahə Əhməd qızının vəkili və nümayəndəsi Mahmudov İslam Əli oğlu və ərizəçi9 vəkili və nümayəndəsi nümayəndə3 Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından ##.##.2026-cı il tarixində şikayət verərək, **(*-***)-***/**** saylı ##.##.2026ci il tarixli qərardadın ləğv edilməsi və müvəqqəti təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin **(*-*)- */**** saylı qərardadının icrasının mümkünlüyünü təmin etmək, həmçinin, qaraj kimi istifadə edilən zirzəminin bina sakinlərin istifadəsinə maneələrin aradan qaldırılmasına zərurətdir. Əsas iddia tələbinin də təmin edilməsi prespektivi yüksəkdir. Çünki qanunvericilik, Mənzil Məcəlləsinin ümumi mülkiyyətdə olan sahələrin özgəninkiləşdirilməsini qadağa edir. Digər tərəfdən maraqlı şəxs1 İsrafil Hüseynovun arvadıdır. Təbii ki, Şərqiyyə zirzəmi üçün hər hansı ödəniş ödəməyib, onun hər hansı bir əmlak hüququ pozulmur və o da, İsrafil Hüseynov da, hüquqi şəxs olaraq MTK-da, DƏDRX də çıxarışın qanunsuz olduğunu bilir. Şərqiyyənin qanunsuz mülkiyyətinə verilmiş əmlak sahəsinin sərhədləri daxilində bütün binanın kommunal xətləri- yüksək gərginlikli kabellər, kanalizasiya boruları, su anbarlar yerləşir. Həmin sahənin Şərqiyyənin mülkiyyəti olması mümkün deyil. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından ərizəçilər ərizəçi15, ərizəçi13, İsmayılov Şahin Əli oğlu, ərizəçi6, ərizəçi1, ərizəçi14, ərizəçi8 Vaqif oğlu, ərizəçi3, ərizəçi7, ərizəçi8, Əliyeva İlahə Əhməd qızının vəkili və nümayəndəsi Mahmudov İslam Əli oğlu və ərizəçi9 vəkili və nümayəndəsi nümayəndə3 tərəfindən verilmiş şikayətlərin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndəriləsi qərara alınmışdır (hakim Məhəmməd Eminbəyli). Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə verilmiş şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.5.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. MPM-nin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Eyni zamanda məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti təminat tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq olunmasının məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Azərbaycan Respiblikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi maraqlı şəxs1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1623031019 qeydiyyat nömrəsi, 308012015177-05301-083014 reyestr nömrəsi ilə ##.##.2023-cü il tarixində qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından görünür ki, ərizəçilər ərizəçi16, ərizəçi15, ərizəçi13, ərizəçi5, İsmayılov Şahin Əli oğlu, Əliyeva İlahə Əhməd qızı, ərizəçi6, ərizəçi2, ərizəçi9, ərizəçi14, ərizəçi8 Vaqif oğlu, ərizəçi4, ərizəçi3, ərizəçi17, ərizəçi7, ərizəçi8 və ərizəçi1 (cavabdehlər “Viləşçay-İnşaat” MTK və maraqlı şəxs1) müvəqqəti təminat tədbirinin barədə ərizə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının **(*-*)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadından görünür ki, ərizəçilər ərizəçi8 Vaqif oğlu, ərizəçi14, ərizəçi7, ərizəçi15, ərizəçi1, ərizəçi6, Əliyeva İlahə Əhməd qızının nümayəndəsi Mahmudov İslam Əli oğlu, ərizəçi9 nümayəndəsi nümayəndə3, ərizəçi3, ərizəçi16, ərizəçi17, X1 nümayəndəsi ərizəçi8, İsmayılov Şahin Əli oğlu, həmçinin onun vəkilinümayəndəsi X2 tərəfindən verilmiş şikayətlər qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ləğv olunmuş, ərizəçilər ərizəçi3, ərizəçi5, ərizəçi6, ərizəçi7, ərizəçi9, ərizəçi8 Vaqif oğlu, ərizəçi1, İsmayılov Şahin Əli oğlu, Əliyeva İlahə Əhməd qızı, ərizəçi13, ərizəçi14, ərizəçi15, ərizəçi16, ərizəçi17, X1, ərizəçi4, ərizəçi2 (cavabdehlər “Viləşçay İnşaat” MTK və maraqlı şəxs1) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin olunmuş, maraqlı şəxs1 adına olan 1623031019 nömrə ilə qeydiyyata alınmış ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1400 kvm olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ləğv olunmuş, ərizəçilər ərizəçi3, ərizəçi5, ərizəçi6, ərizəçi7, ərizəçi9, ərizəçi8 Vaqif oğlu, ərizəçi1, İsmayılov Şahin Əli oğlu, Əliyeva İlahə Əhməd qızı, ərizəçi13, ərizəçi14, ərizəçi15, ərizəçi16, ərizəçi17, X1, ərizəçi4, ərizəçi2 (cavabdehlər “Viləşçay İnşaat” MTK və maraqlı şəxs1) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin olunmuş, maraqlı şəxs1 adına olan 1623031019 nömrə ilə qeydiyyata alınmış ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1400 kvm olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilmişdir. Göründüyü kimi hazırki mübahisəyə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının **(*- *)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə hüquqi qiymət verilmiş, artıq ərizəçilərin xahiş etdiyi binanın zirzəmisinin üçüncü şəxslərin icarəsinə və istifadəsinə verilməsinin cavabdehlərə qadağan edilməsi hissi öz mahiyyətini itirmiş və ona görə də ərizənin həmin hissəsi təmin edilməməlidir. Ərizənin zirzəmidən-qarajdan istifadəsinə maneələrin yaradılması hisəsində isə məhkəmə qeyd edir ki, ərizəçilər cavabdehlər tərəfindən edilmiş maneələrin olması, varsa nədən ibarət olmasını müəyyən edən sübutları əizəyə əlavə etməmişlər. Bundan əlavə məhkəmə ərizənin digər hissəsi, yəni zirzəmidən quraşdırılmış yüksək gərginlikli elektrik generatoru və çoxmənzilli binaya xidmət etmək üçün nəzərdə tutulmayan avadanlıqların, su çənlərinin sökülməsi və zirzəminin boşaldılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyə əsasən müvəqqəti təminat tədbirinin mahiyyət etibari ilə qadağanedici xarakterli olub, iddianın icrasının gələcəkdə qeyri-mümkün edən halların qarşısını almaq məqsədi daşıyır. Lakin iddiaçının hazırki ərizəsi iddia tələbi qaydasında baxılmalı tələbdir ki, həmin ərizəyə müvəqqəti təminat tədbiri kimi qiymət verilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, hazırki müvəqqəti təminat tədbiri barədə ərizə bu hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1400 kvadratmetr olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində maraqlı şəxs1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, **(*-*)- **/**** nömrəli qərardadı ilə həmin qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi artıq qadağan edilmiş, bununla da mübahisəli əmlakın hüquqi vəziyyətinin dəyişdirilməsinin qarşısının alınmasına yönəlmiş müvəqqəti təminat tədbiri tətbiq olunmuşdur. Hazırkı ərizədə isə əvvəlki məhkəmə aktının qəbul edilməsindən sonra mövcud vəziyyətin dəyişdiyini, əmlakın üçüncü şəxslərə verilməsi ilə bağlı problemin yarandığını, yaxud tətbiq edilmiş özgəninkiləşdirmə qadağasının ərizəçilərin hüquqlarının müvəqqəti müdafiəsi üçün yetərli olmadığını göstərən yeni hallar və sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçilər ərizəçi15, ərizəçi13, İsmayılov Şahin Əli oğlu, ərizəçi6, ərizəçi1, ərizəçi14, ərizəçi8, ərizəçi3, ərizəçi7, ərizəçi8 Vaqif oğlu, Əliyeva İlahə Əhməd qızı və ərizəçi9 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar