Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-125/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim K.Raxtari) Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri haqqında ərizəsi ərazi aidiyyəti üzrə baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, ərizəçi Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər hər həftənin şənbə günü saat 10:00-dan 18:00-a qədər ## ###### 2016-cı il təvəllüdlü X2 və ## ### 2019-cu il təvəllüdlü X1 və onunla heç kimin iştirakı olmadan ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını, işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin icraatında uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər hər həftənin şənbə günü saat 10:00-dan 18:00-a qədər ## ###### 2016-cı il təvəllüdlü X2 və ## ### 2019-cu il təvəllüdlü X1 və onunla heç kimin iştirakı olmadan ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi haqqında ərizənin ərazi aidiyyatı üzrə baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul etmişdir. Aşağıdakılara əsasən Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadını tamamilə qeyri-qanuni və əsassız hesab edir. Belə ki, məhkəmə qərardadda onun ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərkən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 71 A, mənzil 1 ünvanında qeydiyyatda olduğunu və Cavabdeh ##.##.2026-cı il tarixdə qeydiyyatdan çıxaraq Qax rayonu, Qax şəhəri, İmam Şamil küçəsi, giriş 8 ünvanında qeydiyyata düşdüyünü qeyd etsə də, yekunda işin Qax Rayon Məhkəməsinə göndəriməsi qərarına gəlmişdir. Əvvəla qeyd etmək istəyir ki, ##.##.2026cı il tarixində deyil, ##.##.2026-cı il tarixində ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə MPM-nin 159.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq ##.##.2026-cı il tarixində baxmışdır. Halbuki məhkəmə müvəqqəti təminat tədbirləri haqqında ərizəyə daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq baxmalı idi. Beləliklə də məhkəmə Cavabdeh işə Sumqayıt Şəhər Məhkəməsində baxılmaması üçün şərait yaratmışdır. Bundan başqa məhkəmə MPM-nin 44.1-ci maddəsinin tələblərini də kobud şəkildə pzomuşdur. Belə ki, məhkəməyə MTT haqqında ərizəni qəbul edərkən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 71 A, mənzil 1 ünvanında qeydiyyatda olmuşdur. Onun sonradan qeydiyyat ünvanını dəyişməsi məhkəmənin işi başqa məhkəməyə göndərməsi üçün əsas deyil. Hesab edir ki, məhkəmə prosessual pozuntulara yol verməklə cavabdehə ünvanını dəyişdirmək üçün şərait yaratmış və bununla həm qanunveriliyin tələblərini, həm də hüquqlarını kobud şəkildə pozmuşdur. MPM-nin 44.1-ci maddəsinin mahiyyətindən də göründüyü kimi aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırkı halda iş məhkəməyə daxil olanda cavabdehin ünvanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 71 A, mənzil 1 olmuşdur. Cavabdeh sonradan Qax rayonu, Qax şəhəri, İmam Şamil küçəsi, giriş 8 ünvanında qeydiyyata düşməsi işə Sumqayıt Şəhər Məhkəməsində baxılmaması üçün əsas ola bilməz. Əks təqdirdə bu maddənin heç bir mahiyyəti qalmaz. MPMnin 159.1-ci maddəsinin məzmunundan da görünür ki, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılmalıdır. Lakin məhkəməyə ##.##.2026-cı il tarixində müraciət etməyinə bamayaraq məhkəmə işə ##.##.2026cı il tarixində baxmaqla həm qeyd edilən maddənin tələblərini kobud şəkildə pozmuş, həm də Cavabdeh qərəzli olaraq hüquqlarını həyata keçirməyə maneə yaratmaq üçün Qax rayonu, Qax şəhəri, İmam Şamil küçəsi, giriş 8 ünvanında qeydiyyata düşməsinə imkan yaratmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli və ## #### 2026-cı il tarixli qərardadları ləğv edilməli, ərizəçi Ərizəçi ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. İşdən görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər hər həftənin şənbə günü saat 10:00-dan 18:00-a qədər ## ###### 2016-cı il təvəllüdlü X2 və ## ### 2019-cu il təvəllüdlü X1 və onunla heç kimin iştirakı olmadan ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsini xahiş etmişdir. Ərizənin məzmunundan onun müstəqil olaraq uşaqlarla ünsiyyət qaydasının mahiyyəti üzrə müəyyən edilməsinə deyil, həmin hüququn yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti olaraq həyata keçirilməsinin təmin edilməsinə yönəldiyi müəyyən edilir. Bu baxımdan ərizəçinin müraciəti hüquqi mahiyyətinə görə Mülki Prosessual Məcəllənin 157-ci maddəsində nəzərdə tutulan müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə isə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Bu normaların məzmunundan görünür ki, qanunverici müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin həm mövcud məhkəmə işi çərçivəsində, həm də iddia ərizəsi verilməmişdən əvvəl təqdim edilməsini mümkün hesab etmişdir. Belə olan halda ərizənin prosessual taleyi onun hansı ərazi məhkəməsinə aid olmasından daha əvvəl, onun məhz müvəqqəti təminat tədbirinin tətbiqinə yönəlib-yönəlməməsi və qanunla müəyyən edilmiş şərtlərə cavab veribverməməsi baxımından müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsində müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılması müəyyən edilmişdir. Həmin normanın davamında ərizəyə baxılmasının nəticəsi barədə qərardad çıxarılması nəzərdə tutulmuşdur. İşdən göründüyü kimi, ərizəçinin ərizəsi ## ###### 2026-cı il tarixdə məhkəmə tərəfindən qeydiyyata alınmış, birinci instansiya məhkəməsi isə ərizəyə ## ###### 2026-cı il tarixdə baxmışdır. Ərizənin müvəqqəti təminat tədbirinin tətbiqinə yönəldiyi və belə tədbirin təbiət etibarilə təxirəsalınmaz xarakter daşıdığı nəzərə alınmaqla, məhkəmə ərizəyə qanunvericiliklə müəyyən edilmiş prosessual müddətlərə riayət etməklə baxmalı idi. Ərizənin təqdim edilməsindən iki gün sonra onun ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsi isə ərizənin təxirəsalınmaz xarakterinə uyğun gəlməmişdir. Həmçinin müəyyən edilir ki, ərizə məhkəməyə təqdim edilərkən, yəni ## ###### 2026-cı il tarixdə cavabdehin qeydiyyat yeri Sumqayıt şəhəri olmuş, cavabdehin qeydiyyat yeri yalnız ## ###### 2026-cı il tarixdə dəyişdirilmişdir. Deməli, ərizənin verildiyi anda mövcud olan faktiki və hüquqi vəziyyətə əsasən cavabdehin qeydiyyat yeri Sumqayıt şəhəri olmuşdur. Sonrakı tarixdə qeydiyyat yerinin dəyişdirilməsi ərizənin məhkəməyə verildiyi anda mövcud olan aidiyyət məsələsini geriyə qüvvə ilə dəyişdirmir. Bu baxımdan, hətta ərizəyə ərazi aidiyyəti qaydalarının tətbiq edilməsinin mümkünlüyü qəbul edilsə belə, birinci instansiya məhkəməsi aidiyyət məsələsini ərizənin verildiyi tarixə mövcud olan hallara əsasən müəyyən etməli idi. Lakin məhkəmə bu halı da lazımi qaydada qiymətləndirməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə müvəqqəti təminat tədbiri barədə ərizənin ərazi aidiyyəti üzrə digər məhkəməyə göndərilməsi nəzərdə tutulmadığı halda, aşağı instansiya məhkəməsinin ərizənin Qax Rayon Məhkəməsinə göndərilməsi barədə qərardadın qəbulu üçün prosessual-hüquqi əsaslar mövcud olmamışdır. Məhkəmə qanunda nəzərdə tutulmayan prosessual mexanizmdən istifadə etməklə ərizənin mahiyyəti üzrə həllini başqa məhkəməyə ötürə bilməz. Göründüyü kimi, qanunverici müvəqqəti təminat tədbiri barədə ərizə üzrə xüsusi və sürətli prosessual mexanizm müəyyən etmiş, ərizənin nəticəsi olaraq onun təmin edilməsi və ya təmin edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilməsini nəzərdə tutmuşdur. Ərizənin ərazi aidiyyəti üzrə digər məhkəməyə göndərilməsi isə həmin prosessual mexanizmdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanunda xüsusi qaydada tənzimlənmiş prosessual məsələyə ümumi xarakterli aidiyyət normalarının tətbiqi yolu ilə belə ərizənin digər məhkəməyə göndərilməsi mümkün hesab edilə bilməz. Çünki müvəqqəti təminat tədbirinin əsas xüsusiyyəti onun müvəqqəti və təxirəsalınmaz xarakter daşımasıdır. Belə ərizənin başqa məhkəməyə göndərilməsi isə tədbirin təxirəsalınmaz qaydada həll edilməsinə dair qanunvericinin məqsədinə uyğun gəlmir. Bununla yanaşı, ərizəçinin tələb etdiyi tədbirin mahiyyəti də nəzərə alınmalıdır. Valideynin uşaqlarla ünsiyyətdə olması məsələsi davam edən və ya yaranması gözlənilən hüquqi münasibətin tənzimlənməsinə aiddir. Ərizəçi isə bu münasibətin yekun məhkəmə aktı ilə müəyyən ediləcəyi vaxtadək müəyyən ünsiyyət imkanının yaradılmasını xahiş etmişdir. Bu səbəbdən belə tələbə formal olaraq “uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi” barədə müstəqil tələb kimi deyil, həmin mübahisənin həlli dövründə hüququn müvəqqəti təmin edilməsinə yönəlmiş prosessual vasitə kimi qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə ərizəyə qanunla “daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq” baxılması müəyyən edilmişdir. Bu tələbin məqsədi məhz müvəqqəti təminat tədbirinin operativliyini təmin etməkdir. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin ərizəni ərazi aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərməsi barədə qərardadı qəbul edilərkən ərizənin hüquqi mahiyyəti və müvəqqəti təminat tədbirlərinə dair xüsusi prosessual qaydalar nəzərə alınmamış, nəticədə ərizənin qanunla müəyyən edilmiş xüsusi qaydada həll edilməsi təmin edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli və ## #### 2026-cı il tarixli qərardadları ləğv edilməli, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə Mülki Prosessual Məcəllənin 157 və 159-cu maddələrinin tələblərinə uyğun baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Ərizəçi Ərizəçi şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli və ## #### 2026-cı il tarixli qərardadları ləğv edilsin. Ərizəçi Ərizəçi ərizəsinə yenidən baxılması və əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-8)-125/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-125/2026
11.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver