Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-131/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim M.Abbasova) ərizənin qismən təmin edilməsi, ərizəçi2 MMC-nin, ərizəçi1 MMC-nin və ərizəçi3 Cavabdeh və Maraqlı şəxs qarşı əmlaka müdaxilənin qanunsuz hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh, Maraqlı şəxs və onların tapşırığı, sifarişi göstərişi və ya iştirakı ilə hərəkət edən istənilən digər şəxslərə Abşeron rayonu Saray qəsəbəsində yerləşən ərizəçi3 tərəfindən “xxxx"xxxx“xxxx MMC-nin faktiki istifadə etdiyi obyekt kodu **********-31001 olan 150 kv.m, obyekt kodu **********-31002 olan 190 kv.m, obyekt kodu **********-31003 olan 320 kv.m anbarların və ərizəçi2xxxxərizəçi2 MMC-nin faktiki istifadə etdiyi obyekt kodu **********-31002 olan 600 kv.m, obyekt kodu 13056009191-31004 olan 150 kv.m, obyekt kodu **********-31005 olan 100 kv.m anbarların, o cümlədən ərizəçi3 faktiki istifadəsində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən hasarı, qapıları, tikililəri və digər konstruksiyaları sökmək, dəyişdirmək, zədələmək və ya ərazidə hər hansı müdaxilə xarakterli hərəkətlər etmək, həmçinin cavabdehlərə və onların cəlb etdiyi şəxslərə ərizəçilərin ofis, anbar, mal-material, avadanlıq, sənəd və digər əmlakına müdaxilə etmək, habelə cavabdehlərə və onların cəlb etdiyi şəxslərə şirkətlərin işçilərinin, nümayəndələrinin və mühafizəçilərinin həmin əraziyə giriş-çıxışına və normal fəaliyyətinə maneçilik törətmək qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadən dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI Ərizəçilər ərizəçi2 MMC, ərizəçi1 MMC və ərizəçi3 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Cavabdeh, Maraqlı şəxs və onların tapşırığı, sifarişi göstərişi və ya iştirakı ilə hərəkət edən istənilən digər şəxslərə Abşeron rayonu Saray qəsəbəsində yerləşən ərizəçi3 tərəfindən “xxxx"xxxx“xxxx MMC-nin faktiki istifadə etdiyi obyekt kodu **********-31001 olan 150 kv.m, obyekt kodu **********-31002 olan 190 kv.m, obyekt kodu **********-31003 olan 320 kv.m anbarların və ərizəçi2xxxxərizəçi2 MMC-nin faktiki istifadə etdiyi obyekt kodu **********-31002 olan 600 kv.m, obyekt kodu 13056009191-31004 olan 150 kv.m, obyekt kodu **********-31005 olan 100 kv.m anbarların, o cümlədən ərizəçi3 faktiki istifadəsində ofis və digər anbar ərazisinə daxil olmaq, hasarı, qapıları, tikililəri və digər konstruksiyaları sökmək, dəyişdirmək, zədələmək və ya ərazidə hər hansı müdaxilə xarakterli hərəkətlər etməyin qadağan edilməsi, cavabdehlərə və onların cəlb etdiyi şəxslərə ərizəçilərin ofis, anbar, mal-material, avadanlıq, sənəd və digər əmlakına müdaxilə etməyin qadağan olunması, cavabdehlərə və onların cəlb etdiyi şəxslərə şirkətlərin işçilərinin, nümayəndələrinin və mühafizəçilərinin həmin əraziyə girişçıxışına və normal fəaliyyətinə maneçilik törətməyin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər ərizəçi2 MMC 2018-ci ildən, ərizəçi1 MMC 2024-cü ildən Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən ərizəçi3 icarə müqavilələri əsasında icarəyə götürülən və Dövlət Vergi Xidməti tərəfindən müvafiq olaraq obyekt kodları verilən ərazidə ofis və anbar sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirir (xxxx MMC **********-31002 kodlu obyekt 600 kv.m, 13056009191-31004 kodlu 150kv.m. **********- 31005 kodlu 100 kv.m obyekt, ərizəçi1 MMC üçün **********-31001 kodlu 150 kv.m obyekt, **********-31002 kodlu 190 kv.m obyekt, **********-31003 kodlu 320 kv.m obyekt). Həmin ərazidə şirkətlərin ofisi, anbarı, mal-materialları, sənədləri, avadanlıqları və gündəlik fəaliyyət üçün zəruri olan digər əmlakı yerləşir. Həmin ərazidəki tikililər ərizəçi3 tərəfindən icarə müqaviləsi əsasında ərizəçi2 MMC və ərizəçi1 MMC-yə verilib. ## ### 2026-cı il tarixində, xüsusilə Qurban Bayramının ilk günü və qeyri-iş günündə, bir qrup şəxs tərəfindən hər iki Cəmiyyətin ərazisinə qanunsuz daxil olaraq müdaxilə edilmişdir. Həmin şəxslər şirkətlərin fəaliyyət göstərdiyi əraziyə daxil olmaq məqsədilə hasarı sökmüş, anbarın qapısını sındırmış və şirkətlərin fəaliyyət göstərdiyi əraziyə daxil olmuşlar. Həmin şəxslərə nümayəndə1 rəhbərlik etmişdir. O, hadisə yerinə təxminən 7-8 nəfər şəxs, o cümlədən “Nadir" adlı şəxs və fəhlələr gətirərək hasarın sökülməsi, anbar qapısının sındırılması və şirkət ərazisinə daxil olunması prosesini təşkil etmişdir. (Fotoşəkillərin surəti əlavə edilir. Video görüntülər də mövcuddur.) Hadisə zamanı həmin şəxslər bildirmişlər ki, guya şirkətlərin ofis və anbarının yerləşdiyi torpaq sahəsi Cavabdeh məxsusdur və onlar bu hərəkətləri onun göstərişi və sifarişi əsasında həyata keçirirlər. Sonradan əldə edilən məlumata görə, bu prosesin əsas sifarişçisi və təşkilatçılarından birinin Cavabdeh və onun oğlu Maraqlı şəxs Rafıq oğludur. Hətta torpaq sahəsi ilə bağlı hər hansı mülkiyyət və ya istifadə hüququna dair mübahisə mövcud olmuş olsa belə, bu mübahisə yalnız qanunla müəyyən edilmiş qaydada, məhkəmə və digər səlahiyyətli dövlət orqanları vasitəsilə həll edilməlidir. Heç bir şəxs öz iddia etdiyi hüququ əsas gətirərək, hüquqi şəxslərin faktiki istifadəsində olan ofis və anbar ərazisinə zorla daxil ola, hasarı sökə, qapını sındıra, əmlaka müdaxilə edə və müəssisələrin fəaliyyətini poza bilməz. Xüsusilə vurğulayırıq ki, hasarın sökülməsi, anbar qapısının sındırılması, anbara və şirkət ərazisinə daxil olunması kimi hərəkətlər yalnız qanuni əsaslar olduqda və müvafiq məhkəmə qərarı əsasında, qanunla müəyyən edilmiş icra prosedurları çərçivəsində həyata keçirilə bilər. Hazırki halda isə belə bir məhkəmə qərarı və qanuni icra proseduru mövcud olmamışdır. Hadisə zamanı nümayəndə1 Saqman oğlu əvvəlcə özünü polis əməkdaşı kimi təqdim etmiş, ondan müvafiq sənəd tələb olunduqda özünü icra hakimiyyəti orqanının əməkdaşı kimi göstərmiş, daha sonra isə sənəd tələb edildikdə özünü vəkil kimi təqdim etmişdir. Bu hallar onun və onunla birlikdə hərəkət edən şəxslərin davranışlarının qanuniliyinin ciddi şəkildə araşdırılmasını zəruri edir. Şirkət sahibi əməkdaşları və hüquqi müşayiət edən şəxslərin müdaxiləsindən sonra söküntü və şirkət ərazisinə müdaxilə müvəqqəti olaraq dayandırılmışdır. Çətinliklə də olsa, məsələ üzrə qeyri-iş günlərindən sonrakı iş günündə hüquqi müstəvidə müzakirə aparılması barədə ilkin razılıq əldə edilmişdir. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*- ***)-***/**** saylı qərardadı ilə cavabdehlərə və digər şəxslərə qanunsuz hərəkətlər müdaxilələr qadağan edildiyi halda, dəfələrlə qanunsuz müdaxilələr olmuşdur. Icra məmuru müvəqqəti təminat tədbiri ilə bağlı icra vərəqələrini yerində icra edərkən belə icra məmurunun gözünün qarşısında belə qanunsuz hərəkətlər həyata keçirərək anbarları sökməyə cəhd etmişlər. Bundan əlavə qərardadın qəbul edilməsindən sonra keçən bir ay müddət ərzində hasarların və anbarların sökülməsinə dəfələrlə cəhd edilmişdir (Şəkillər ərizəyə əlavə olunur). Mövcud vəziyyət göstərir ki, cavabdehlər və onların cəlb etdiyi şəxslər yenidən şirkət ərazisinə daxil ola, hasarı və anbar qapısını yenidən sökə, əmlaka zərər vura, şirkətlərin fəaliyyətini poza və mövcud vəziyyəti dəyişə bilərlər. Bu isə hal-hazırdakı dövrə qədər dəymiş olan zərərin bir neçə misli artacağı deməkdir. Bu səbəbdən müvəqqəti təminat tədbirinin tətbiqi zəruridir. Əks halda, ərizəçilərin hüquqlarının müdafiəsi və iddia tələblərinin real icrası əhəmiyyətli dərəcədə çətinləşəcək, şirkətlərə əlavə maddi və mənəvi zərər dəyəcək, ofis və anbar fəaliyyəti pozulacaq, işçilərin təhlükəsizliyi risk altında qalacaq və sübutların qorunması çətinləşəcəkdir. Əlavə olaraq qeyd edirik ki, şirkətlərin ofis və anbarının yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun təxminən 2 ay əvvəl hansı əsaslarla Cavabdeh adına rəsmiləşdirildiyi, həmin çıxarışın verilməsi zamanı faktiki istifadəçilərin hüquqlarının, ərazidə yerləşən tikililərin ofis və anbar fəaliyyətinin, həmçinin əvvəlki hüquqi vəziyyətin nəzərə alınıb-alınmadığı ayrıca araşdırılmalıdır. Ərizəçilər həmin iddia ərizəsi ilə məhkəmə müraciət edir. Hazırki məqamda müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə verilməsinin əsas səbəbi budur ki, cavabdehlər Cavabdeh və Maraqlı şəxs adından bir qrup dəstə göndərərək əraziyə qanunsuz daxil olmasına şərait yaratması, onların bundan sonra da heç bir qanunun tələblərini gözləmədən eyni zorakılığı bundan sonra davam etdirəcəyini ehtimal etdiklərindəndir. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilməklə cavabdehə və onu nümayəndələrinə bu cür qanunsuz hərəkətlərin qadağan edilməsi iddia tələbi ilə bağlı gələcəkdə qəbul ediləcək qətnamənin icrasına imkan yaradacaqdır. Hansı əsasla alındığı bilinməyən və koordinatları müəyyən edilmədən torpaq sahəsinin yerinin ona aid olduğunu bildirmək, xəbərdarlıq etmədən qeyri-iş günündə olan torpaq sahəsinə zorba qüvvətlə girib hasarın söküntüsünü aparan və şirkətlərin anbarlarının qıfıllarını qıraraq zorakılıq etməklə Cəmiyyətin əmlakını dağıdaraq yarasız vəziyyətə gətirən şəxslərdən hər şey gözləmək mümkündür. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-16(5-105)- ***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı ona məxsus daşınmaz əmlakda olan anbarlardan qanunsuz istifadə edən ərizəçi2 MMC və ərizəçi1 MMC (ərizədə göstərilmişdir) faktiki istifadəsində olan anbarlar, yəni müqavilə ilə icarəyə götürdüyü ərizəçi3 məxsus ərazidə yerləşən anbarlardır. ərizəçi1 MMC ilə bağlı əlavə edilmiş sənədlərə diqqət yetirdikdə görmək olur ki, bu qərardaddan əvvəl qüvvədə olmuş e-**(*-***)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadda qanuni təmsilçi ərizəçinin özü olsa görünür ki, vermiş olduğu iddiada hər iki şirkətin rəhbəri olmasını və özü özünə əmlakları icarəyə verməsini pərdələmək üçün bu addımları atmışdır. Digər hüquqi şəxs olan ərizəçi2 MMC-nin isə qanuni təmsilçisi çox maraqlı olsa da, ərizəçi3dur. Buradan belə çıxır ki, ərizəçi3 özünə məxsus daşınmaz əmlakda yerləşən anbarları özünün qanuni təmsilçisi olduğu hüquqi şəxsə icarəyə verir və ona məxsus daşınmaz əmlakda yerləşən anbarları zəbt edərək özü üçün qanunsuz istifadə edir. Məhkəmənin qərardadının icrası zamanı isə müvəqqəti təminat tədbirindən istifadə edərək onun mülkiyyət toxunulmazlığı hüququnu heçə sayır. ərizəçi3 bütün bunlara baxmayaraq qəbul edilmiş bu qərardadla onun əmlakından tam öz əmlakı kimi istifadə edir və bu qərardadda yazılmış sözlərdən istifadə edərək, qanunsuz hərəkətlərini hələ davam etdirir. ərizəçi2 MMC-nin fəaliyyət ərazisi müqavilədən də göründüyü kimi, ərizəçi3 məxsus ərazidədir. Bütün bu faktlar Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarında da qeyd edilmişdir. “Tələbkar ərizəçi2 MMC-nin direktoru ərizəçi3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, tərəflər arasında mübahisə çox əvvəlki tarixə dayanır. Mübahisənin həllini öz aralarında tapa bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Mübahisə ilə bağlı müxtəlif məhkəmə prosesləri olmuşdur. Sonuncu dəfə Maraqlı şəxs və digərlərinin özbaşına hərəkətlərinə son qoymaq üçün məhkəməyə müraciət edilmiş, Abşeron rayon Məhkəməsi ##.##.2026-cı il tarixdə iddia verilənədək bir aylıq müddətə qərardad qəbul etmişdir. Həmin qərardadın icrası ilə əlaqədar icra məmurları əraziyə gəlmiş, hər iki tərəfə hüquq və vəzifələri, həmçinin qərardadın mahiyyəti izah edilmişdir. Lakin qərardad qəbul edilənədək və icra məmurları gələnə qədər müəyyən söküntü işləri etmişdir. Həmçinin sonradan mallarımızın mühafizəsini təmin etmək üçün çəkdiyimiz hasarı sökmüşdür. Hesab edirəm ki, həmin əsaslara əsasən məsuliyyətə cəlb edilməlidir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Maraqlı şəxs tərəfindən sökülən hasar Cavabdeh mülkiyyətində olan torpaq sahəsində olmuşdur”. “Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını, habelə icra işində olan sənədləri birlikdə tədqiq edərək hesab edir ki, Maraqlı şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən və onun təqsirliliyinin təsdiqi üçün kifayət qədər mötəbər və qanuni sübutlar əldə edilmədiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla Maraqlı şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Həm icra məmuru, həm də iş üzrə tələbkarların nümayəndələri ifadələrində Maraqlı şəxs tərəfindən söküntüsü aparılmış hasarın Cavabdeh mülkiyyətində olan ərazidə olduğunu təsdiq etmiş, həmçinin həmin hasarın icra məmurunun qərardadın icrası ilə bağlı ərazidə akt tərtib edildiyi tarixdən sonra inşa edildiyini bildirmişlər. Bununla da, müəyyən edilir ki, Maraqlı şəxs Abşeron rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli e-**(*-***)-***/**** nömrəli qərardadının icrasından yayınmamışdır” Qərardan da görünür ki, ərizəçinin qeyd etdiyi hasarlar tikililər ona məxsus ərazidədir, bütün bunlara baxmayaraq məhkəmə ərizəni qismən təmin edərək ərizəçinin xeyrinə qəbul edilmiş qərardadla onun mülkiyyət hüquqlarını pozur. Məhkəmənin gəldiyi nəticədən açıq-aydın görünür ki, ərizəçinin verdiyi iddia ərizəsi artıq indidən əsassız olduğunu bir daha sübut edir və müvəqqəti təminat tədbiri ilə bağlı vermiş olduğu ərizəsi və qismən təmin edilmiş qərardaddan sui-istifadə edərək mülkiyyət hüquqlarını pozur. Ərizəçi heç bir fakt təqdim etmədən MTT qəbul edilməsinə nail olmuşdur. Daşınmaz əmlakın mülkiyyətçisi onun olmasına baxmayaraq, müqavilənin hüquqi şəxsin qanuni təmsilçisi ilə eyni fiziki şəxsin bağlamasını nəzərə alaraq, ona məxsus ərazidə qanunsuz fəaliyyətlərinin qarşısı alınsın. MPM-nin 76.1-ci və 76.2-ci maddələrinə uyğun olaraq heç bir sübut təqdim etməmişdir. Qərardadda hüquqi şəxslərin faktiki istifadə etdiyi hissəsində müqavilə üzrə istifadə etdiyi düzəlişi edilsin, çünki hüquqi şəxslər öz fəaliyyətlərini qanunsuz olaraq ona məxsus ərazidə həyata keçirlər. Müqavilə üzrə istifadə etməli olduğu ərazilər hüquqi şəxsin fəaliyyətinə uyğundur. Əlavə olaraq məhkəmə müqavilələrə ötəri yanaşmışdır, belə ki, əlavə edilən hər bir müqavilə müddəti bitmişdir və qüvvədə olmayan müqavilələrə istinad edərək hüquqi şəxslərin fəaliyyətlərinə maneə yaradılması qeyd edilmişdir. Qüvvədən düşmüş müqavilələrə görə qəbul edilmiş qərardad əsassızdır və ləğv edilməlidir. Bütün yuxarıda göstərilənlərdən əlavə, ərizəçi müvəqqəti təminat tədbirlərindən istifadə edir. Qəbul edilmiş qərardad ##.##.2026-cı il tarixdə qəbul edilmiş qərardada bir gün qalmış müraciətin edilməsidir. Belə ki, e-**(*-***)-***/**** nömrəli ## #### 2026-ci il tarixli qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin e-**(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə ləğv edilmişdir. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçının həyata keçirdiyi hərəkət fiziki şəxsə ziyan vurmaq niyyətilə edilmiş hərəkətdir və tərəf öz hüquqlarında sui-istifadə edərək onun mülkiyyətinin üzərinə qadağa qoyulmasına nail olmuşdur. Mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Göründüyü kimi, iddiaçı heç bir fakt təqdim etmədən MTT qəbul edilməsinə nail olmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Iddiaçı öz ərizələrinin dolayı ilə qanunsuz olduğunu bilərək MTT qərardadın qəbul edilməsinə nail olmuşdur. MPM-nin 76.1-ci və 76.2-ci maddələrinə uyğun olaraq heç bir sübut təqdim etməmişdir Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Müvəqqəti təminat tədbirini ləğv etmək haqqında və yaxud müvəqqəti təminat tədbirinin bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır. Məhkəmə iddiaçının təqdim etdiyi ərizəyə istinad edərək onun mülkiyyət hüquqlarını pozmuş və ərizəyə əlavə edilmiş müqavilələrin qüvvədən düşməsinə diqqət yetirməmişdir. HÜQUQI MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Hazırkı iş üzrə elektron informasiya sistemi məlumatlarından ərizəçi2 MMC-nin, ərizəçi1 MMC-nin və ərizəçi3 Cavabdeh və Maraqlı şəxs qarşı əmlaka müdaxilənin qanunsuz hesab edilməsi və pul tələbinə dair mülki işin məhkəmənin icraatında olduğu müəyyən edilir. Belə olan halda mübahisənin mahiyyəti üzrə həll ediləcəyi və tərəflərin hüquq və vəzifələrinə yekun hüquqi qiymət veriləcəyi müddət ərzində mübahisəli əmlaklara müdaxilə edilməsi, mövcud vəziyyətin dəyişdirilməsi və ərizəçilərin əmlakına zərər vurulması ehtimalının qarşısının alınması zərurəti mövcuddur. Bu baxımdan birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirini tətbiq etməsi iş üzrə yekun mübahisəni həll edən və ya tərəflərdən hər hansı birinin mülkiyyət hüququnu müəyyən edən nəticə kimi qiymətləndirilə bilməz. Müvəqqəti təminat tədbirinin məqsədi yalnız yekun məhkəmə aktının qəbul edilməsinə qədər mövcud vəziyyətin qorunması və gələcəkdə qəbul ediləcək məhkəmə aktının real icrasının təmin edilməsidir. Cavabdeh Cavabdeh şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olması, icarə müqavilələrinin qüvvədən düşməsi, ərizəçilərin hüquqlarından sui-istifadə etməsi və müvəqqəti təminat tədbirinin onun mülkiyyət hüquqlarını pozması barədə dəlillər irəli sürmüşdür. Lakin həmin dəlillər mülki işin mahiyyəti üzrə həll edilməli olan mübahisəyə aid olmaqla, hazırkı mərhələdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Eyni zamanda, cavabdehin istinad etdiyi halların, o cümlədən mübahisəli əmlak üzərində mülkiyyət hüququnun kimə məxsus olması, icarə müqavilələrinin qüvvədə olub-olmaması və tərəflərin həmin əmlakdan istifadə hüquqlarının həcmi mülki işə mahiyyəti üzrə baxılarkən araşdırılmalı və müvafiq hüquqi qiymət verilməli məsələlərdir. Birinci instansiya məhkəməsi də məhz bu səbəbdən ərizənin mübahisəli ərazinin müəyyən hissəsinə daxil olmanın tam qadağan edilməsinə dair hissəsini təmin etməmiş, həmin məsələyə mülki iş üzrə hüquqi qiymət verildikdən sonra baxılmasının mümkün olduğunu göstərmişdir. Cavabdehin istinad etdiyi Abşeron Rayon Məhkəməsinin digər iş üzrə qəbul etdiyi qərarda hasarın onun mülkiyyətində olan ərazidə yerləşməsi və həmin hasarın müəyyən vaxtda inşa edilməsi barədə nəticəyə gəlinməsi də hazırkı müvəqqəti təminat tədbirinin qanunsuzluğunu şərtləndirmir. Belə ki, həmin hallar mübahisənin mahiyyəti üzrə tərəflərin hüquqlarının müəyyən edilməsini əvəz etmir və hazırkı qərardadın məqsədini – yekun məhkəmə aktı qəbul edilənədək mübahisəli vəziyyətin dəyişdirilməsinin qarşısını almağı – aradan qaldırmır. Bundan başqa, şikayətdə ərizəçilərin sübut təqdim etmədiyi və MPM-in 76 və 77-ci maddələrinin tələblərinin pozulduğu iddia edilmişdir. Lakin iş materiallarından görünür ki, ərizəyə bir sıra sənədlər əlavə edilmiş, birinci instansiya məhkəməsi həmin sənədləri tədqiq edərək müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunda nəzərdə tutulmuş ilkin əsasların mövcudluğunu qiymətləndirmişdir. Bu mərhələdə məhkəmənin vəzifəsi iddia tələbinin əsaslılığını qabaqcadan həll etmək deyil, müvəqqəti müdafiəyə ehtiyacın olub-olmadığını müəyyən etməkdir. Birinci instansiya məhkəməsi ərizəni tam deyil, qismən təmin etməklə tətbiq edilən tədbirin predmetini də mübahisənin xarakterinə uyğun məhdudlaşdırmışdır. Belə ki, cavabdehlərə və onların cəlb etdikləri şəxslərə müəyyən anbarlara, əmlaka və tikililərə müdaxilə xarakterli hərəkətlər etmək, habelə işçilərin və nümayəndələrin əraziyə giriş-çıxışına və normal fəaliyyətinə maneçilik törətmək qadağan edilmiş, ərizənin digər hissəsi isə təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilmiş müvəqqəti təminat tədbiri tərəflərdən hər hansı birinin mülkiyyət hüququnu təsdiq və ya inkar etmir, mübahisənin mahiyyəti üzrə qabaqcadan nəticə müəyyən etmir və yalnız iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mövcud vəziyyətin qorunmasına yönəlmişdir. Bu səbəbdən cavabdeh Cavabdeh həmin tədbirin onun mülkiyyət hüquqlarını pozması barədə dəlili əsaslı hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etmiş, müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğunu düzgün qiymətləndirmiş və ərizəni qanunvericiliyin tələblərinə uyğun olaraq qismən təmin etmişdir. Şikayətin dəlilləri isə qərardadın ləğv edilməsi üçün əsas ola biləcək prosessual və ya maddi hüquq normasının pozulmasını təsdiq etmir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1, 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-8)-131/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-131/2026
25.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver