Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-148/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi İntiqam qızının müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yaılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi İntiqam qızı müvəqqəti təminat tədbiri barədə ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2015-ci il təvəllüdlü-X3, ##.##.2019-cu il təvəllüdlü-X2 və ##.##.2021-ci il təvəllüdlü-X4 üçün hər ay hər uşağa görə 260 manat, 3 uşağa görə 780 manat məbləğində sabit pul məbləğində aliment pulunun Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yaşayan və qeydiyyatda olan Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə müvəqqəti xarakterli təminat tədbiri barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə ##.##.2014-cü ildə tarixində Xaçmaz rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından ##.##.2015-ci il təvəllüdlüX3, ##.##.2019-cu il təvəllüdlüX2 və ##.##.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. O, cavabdehlə ayrı yaşayırlar. Uşaqları onun himayəsindədirlər. Nikahın pozulması tələbinə dair cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Övladlarının saxlanılması üçün maddi cəhətdən çətinlik çəkir. Məhkəmə prosesi bitənədək azyaşlı uşağların saxlanılması üçün hər uşağa 260 manat 3 uşağa 780 manat sabit pul məbləğində müəyyən edilərək aliment pulunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə (hakim Aqşin Qayıbov) ərizə qismən təmin edilmiş, Maraqlı şəxs ## ######## 2015ci il təvəllüdlü X3, ## ### 2019-cu il təvəllüdlü X2 və ## #### 2021-ci il təvəllüdlü X5 üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində müvəqqəti alimentin tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizə qismən təmin edilməli, müvəqqəti alimentin məbləği ərizədə göstərildiyi həcmdə deyil, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində ##.##.2015-ci il təvəllüdlü-X3, ##.##.2019-cu il təvəllüdlü-X2 və ##.##.2021-ci il təvəllüdlü X4 üçün Maraqlı şəxs tutularaq, Ərizəçi İntiqam qızına verilməlidir. Məhkəmə sadalanan maddi hüquq normalarına və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun sözügedən qərarındakı tövsiyələrə uyğun olaraq hesab edir ki, müvəqqəti alimentin tutulması ##.##.2026-cı il tarixdən başlayaraq müəyyən olunmalıdır. Maraqlı şəxs Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadından şikayət verərək, uşaqların hazırda onun himayəsində yaşadığını, onların saxlanılması üzrə xərcləri özünün çəkdiyini, ərizəçinin isə uşaqların onun himayəsində olması barədə həqiqətə uyğun olmayan məlumat verdiyini bildirmiş, qərardadın ləğv edilməsini və müvəqqəti alimentin tutulması barədə ərizənin təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edilmiş Xaçmaz rayon İHB-nin Qımılqışlaq kənd İƏD-də nümayəndəsi tərəfindən vermis arayışdan da görünür ki, ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2019-cü il təvəllüdlü X2 və ##.##.2021-ci il təvəllüdlü X6 hal-hazırda Maraqlı şəxs himayəsindədir və ailəsi ilə birlikdə Qımılqışlaq kəndində yaşayırlar. Uşaqların da saxlanması üçün xərcləri Maraqlı şəxs tərəfindən qarşılanır. Lakin ərzəçi Qadaşova Sevl İntiqam qızı məhkəməyə yalan məlumat verərək ayrı yaşadıqlarını və uşaqlarında onun himayəsində olduğunu bildirmişdir. Lakin qeyd olunan əhəmiyyətli hallar birinci instansiya məhkəməsi tərəfindən müvəqqəti olaraq alimentin təyin edilməsi zamanı nəzərə alınmamış və birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyət verilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi şikayətə münasibətdə qeyd etmişdir ki, şikayətə əlavə edilmiş arayışlardan birində Maraqlı şəxs ailəsi ilə birlikdə mərhum nənəsinə məxsus evdə yaşaması göstərilmişdir. Digər arayışda isə ailə tərkibinə Maraqlı şəxs, Ərizəçi İntiqam qızı və hər üç uşaq daxil edilmişdir. Bu arayışlar tərəflərin və uşaqların eyni ailə tərkibində, eyni yaşayış məntəqəsində olmalarını təsdiq edir. Lakin həmin sənədlərin məzmunundan uşaqların yalnız cavabdehin himayəsində yaşamaları, ərizəçinin uşaqların saxlanılmasında iştirak etməməsi, yaxud cavabdehin uşaqların bütün saxlanma xərclərini təkbaşına çəkməsi nəticəsi çıxmır. Arayışlarda bu hallara dair konkret məlumat göstərilməmişdir. Buna görə şikayətdə ərizəçinin həqiqətə uyğun olmayan məlumat verməsi barədə irəli sürülən dəlil təqdim edilmiş arayışlarla təsdiqlənmir. Müvəqqəti alimentin tutulması barədə qərardad işin mahiyyətini qabaqcadan həll etmir. Nikahın pozulması işinə mahiyyəti üzrə baxılarkən uşaqların faktiki yaşayış yeri, tərəflərin maddi və ailə vəziyyəti, uşaqların saxlanılması üzrə xərclərin kim tərəfindən çəkilməsi və alimentin yekun məbləği iş üzrə toplanacaq sübutlara əsasən tam araşdırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Həmin Məcəllənin 159.2-ci maddələrinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Məhkəmə kollegiyası tərəflərin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşımaqla, işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbirləri haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır ki, bu zaman məhkəmənin verilmiş ərizəyə baxılması məhkəməyə təqdim edilmiş ilkin sübutlardan ibarət olmaqla, məhkəmədə alimentin məbləğinin müəyyən edilməsi üçün tərəflərin maddi vəziyyəti, gəlirləri, o cümlədən uşaqların hansı valideynin yanında daimi, müvəqqəti qalması ilə bağlı məlumatlar müfəssəl olmur. Bu halda ərizəçi tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlarını məhkəməyə təqdim etmək öhdəliyi daşıyır ki, bu qayda əksini inkar edən tərəfə də aid hesab olunur. Hazırkı iş üzrə ərizəçi cavabdehdən hər uşaq üçün 260 manat aliment tutulmasını tələb etsə də cavabdehin bu məbləği ödəmək imkanına malik olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, cavabdeh uşaqların onunla birlikdə yaşadığını bildirsə də uşaqların daimi olaraq onun yanında qalmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin, nəzərə alınmalıdır ki, tutulan aliment qətnamə çıxarılanadək müəyyən edilir və bu barədə qərardad müvəqqəti xarakter daşımaqla işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Tərəflər arasında olan mübahisə üzrə məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına müvafiq olaraq, alimentin məbləğinin müəyyən edilməsi daha real hesab olunur. Hazırkı qərardadın mahiyyəti qısa zaman kəsiyində uşaqların minumum ehtiyaclarının hər iki valideyn tərəfindən ödənilməsinin təmin edilməsindən ibarətdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-8)-148/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-148/2026
22.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver