Məhkəmə qərarları › İş №16(3-8)-155/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-155/2026

14.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-155/2026 14.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Siyəzən şəhəri, H.Talibov küçəsi ev 2, ** saylı mənzilin üzərinə həbs qoyulması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə (apellyasiya instansiyasına) müraciət edərkən ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir: 159.4.1. ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4-cü maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) miqdarında dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının QanunununMaddə 9-cu maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri müəyyən edilmişdir. Hazırki ərizədən görünür ki, ərizəçi dövlət rüsumunun ödənilməsinə dair qəbzi ərizəyə əlavə etməmiş və həmin ərizəçinin həmçinin dövlət rüsumunun ödəməkdən azad olunan şəxslər kateqoriyasına aid edilməsi aşkar edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizəyə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.5-ci maddəsinə bu Məcəllənin 159.4.1 – 159.4.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 159.1.4, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar