Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-158/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Siyəzən şəhəri, H.Talıbov küçəsi ev 2, ** saylı mənzilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şabran rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, X1 ilə ##.##.2024-cü il tarixdə cavabdeh Ərizəçi arasında Siyəzən rayon dövlət notariat ofisində bağlanmış AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi əsasında Ərizəçi adına verilmiş 305011000007- 05101-****** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət olunmuşdur. Həmçinin iddiaçı X2 cavabdehlər Ərizəçi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar Şabran Rayon Məhkəməsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh Ərizəçi tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Ərizəçi qeyd etmişdir ki, hazırda Siyəzən şəhəri, H.Talibov küçəsi ev 2, ** saylı mənzilin üzərinə həbs qoyulmasına zərurət yaranmışdır. Ərizəçi ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə istinad edərək məhkəmənin zəruri hallarda iddianı təmin etmək məqsədi ilə həmin Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə biləcəyini, məhkəmənin iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə biləcəyini göstərmişdir. Həmçinin Məcəllənin 159-cu maddəsinin 1-ci bəndinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən sonra təxirə salınmadan baxıldığını, həmin maddənin 2-ci bəndinə əsasən isə ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarıldığını qeyd etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Mülki Prosessual Məcəllənin 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. İşdən müəyyən olunur ki, Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə X1 ilə Ərizəçi arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Ərizəçi adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə ilə Ərizəçi 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi də qət edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçi həm Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, həm də Şabran Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli qətnamələrindən apellyasiya şikayətləri vermiş, şikayətlər icraata qəbul edilmişdir. Bu isə öz növbəsində ərizəçinin apellyasiya şikayətinin təmin olunacağı təqdirdə məhkəmə aktının icrasında çətinlik yaranmış olacaqdır. Bundan əlavə isə məhkəmə kollegiyası ərizənin təmin olunmayan hissəsi ilə bağlı qeyd edir ki, həbsin qoyulması geniş məna daşımaqla həmin əmlakın istifadə və sahibliyinidə ehtiva etdiyindən bu hal mülkiyyətçinin hüquqlarını hədsiz məhdudlaşdıracağından və bu tədbirin qətnamənin icrasında çətinliyin yaranmasına maneə törətmədiyindən ərizə yalnız əmlakın özgəninkiləşdirilməsi ilə kifayətlənməlidir. Belə ki, müvəqqəti təminat tədbiri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Müvəqqəti təminat tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməsi mübahisə obyektinin qorunmasına xidmət edir. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi qismən təmin edilməli, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Siyəzən şəhəri, H.Talıbov küçəsi ev 2, ** saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 158.1.2, 159, 160, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Ərizə qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qanuni qüvvəsini alanadək Siyəzən şəhəri, H.Talıbov küçəsi ev 2, ** saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-8)-158/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-158/2026
17.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver