Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-163/2026 29.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh cavabdeh X2 qarşı nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların atalarının yanında qalmaları tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında Sumqayıt ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində ##.##.2016-cı il tarixində *** saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş ##.##.2020-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 onun yanında saxlanılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ilə Ərizəçi arasında Sumqayıt «ASAN Xidmət» X7 bağlanmış ##.##.2016-cı il tarixli, *** nömrəli nikahın pozulması, birgə nikahdan anadan olmuş ##.##.2016-cı il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 atalarından alınaraq anaları Ərizəçi himayəsinə verilmələri, uşaqlar atadan alınaraq anaya verildiyi tarixdən başlayaraq, ##.##.2016-cı təvəllüdlü X3 və ##.##.2020ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı Ərizəçi xeyrinə hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli məbləğində alimentin iddiaçı Ərizəçi xeyrinə tutulması, Ərizəçi 50 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh dövlət rüsumuna görə 79 manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Cavabdeh qətnamədən ##.##.2026-cı il tarixində apellyasiya şikayəti verərək, iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı “nikahın pozulması və uşaqların atalarının yanında qalması” tələbinə dair iddia ərizəsinin tam təmin edilməsi, iddiaçı Cavabdeh və cavabdeh Ərizəçi arasında Sumqayıt ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində ##.##.2016-cı il tarixində *** saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş, ##.##.2016-cı il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 ataları Cavabdeh onun yanında saxlanılması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ilə iş üzrə psixoloji ekspertiza təyin edilmiş və icraata dayandırılmışdır. Ərizəçi ##.##.2026-cı il tarixdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən ona qarşı verilmiş “nikahın pozulması, uşaqların atanın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə aktı öz qanuni qüvvəsini alanadək övladları ##.##.2016-cı təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 ilə həm şəxsi görüş, həm telefon danışıqları, həm videoəlaqə, həm də digər formada ünsiyyətinə edilən maneələrin cavabdeh Cavabdeh və digər şəxslərə qadağan edilməsi, eyni zamanda ona övladları ##.##.2016-cı təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 ilə hər həftənin cümə günü saat 17:00-dan gecə qalmaq şərti ilə bazar ertəsi saat 10:00-dək (3 gün-həftənin cümə, şənbə bazar günləri gecə qalmaq şərtilə) atası Cavabdeh iştirakı olmadan sərbəst şəkildə şəxsi görüş hüququnun verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladları ##.##.2016-cı təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 hazırda atalarının himayəsindədir. Buna görə də o, onlarla ünsiyyətdə ola bilmir. Belə ki, cavabdeh Cavabdeh övladlarında görüşməyinə, onunla ünsiyyətdə olmağına imkan vermir, buna qarşı çıxır. O, övladları ilə görüşməyinə, ünsiyyətdə olmağına (həm şəxsi görüş, həm telefon danışığı, həm də digər formada) hər cür maneə olur. Cavabdeh onunla övladları arasında olan münasibətləri soyutmağa çalışır. Az yaşlı övladları ilə ünsiyyətdə ola bilməməyi, onları görə bilməməyi onu çox narahat edir, bir valideyin kimi iztirab verir. O, da bir valideyn kimi övladları ilə görüşmək, onunla ünsiyyətdə olmaq, onun qayğı və problemləri ilə maraqlanmaq, təlimtərbiyyəsində iştirak etmək istəyir. O, heç bir zaman məsuliyyətsiz bir valideyn olmamış, hələ bir yerdə yaşadıqları dövrlərdə hər zaman övladlarının qayğı-problemləri, təhsili, səhhəti ilə yaxından maraqlanmış, bir valideyn kimi onlarla vaxt keçirmişdir. Lakin cavabdehin övladları ilə ünsiyyətə olmağına, onlarla görüşməyinə mane olması övladları ilə olan münasibətlərin soyumasına gətirib çıxarır. Halbuki Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsaəsn uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Cavabdeh övladlarında ünsiyyətimə, görüşümə mane yaratması mənim və övladlarımın mənafeyinə ziddir. Bu hal hüquqlarını kobud şəkildə pozur. Hazırda övladları ##.##.2016-cı təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə ola bilmədiyi üçün ciddi şəkildə mənəvi əzab çəkir və bu hal övladları ilə olan münasibətləri soyudur. Cavabdeh tərəfindən ona qarşı verilmiş iddia tələbi üzrə yekun məhkəmə aktı öz qanuni qüvvəsini alanadək uzun müddət keçəcəkdir. Belə olan halda keçən müddət ərzində onunla övladları arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soymasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri kimi onun övladları ilə həm şəxsi görüş, həm telefon danışıqları, həm də digər formada ünsiyyətimə edilən maneələr cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Müvəqqəti təminat tədbiri işi mahiyyəti üzrə həll etmir, yalnız cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqlarının bərpa edilməz dərəcədə pozulmasının qarşısını almaqdan ötrü tətbiq edilir. Əgər iddia əsassızdırsa məhkəmə tərəfindən buna müvafiq hüquqi qiymət veriləcəkdir. Lakin hazırkı müvəqqəti təminat tədbiri barədə ərizənin təmin olunmaması durumunda gələcəkdə iddia tələbi təmin olunsa belə bunu heç bir anlamı qalmayacaq. Çünkü övladları ##.##.2016-cı təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 ilə münasibətlər qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soymuş olacaqdır. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 158.2-ci maddəsinə görə məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. 159.1-ci maddələrinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. 159.2-ci maddələrinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## #######, */**** nömrəli qərarının 2.8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi yetkinlik yaşına çatmamış uşağı ilə ünsiyyətdə olmaq, onun tərbiyəsi ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Digər tərəfdən anası ilə ünsiyyətdə olmaq, onunla davamlı şəkildə görüşərək ana qayğısından faydalanmaq uşağın əqli və psixoloji cəhətdən sağlam inkişafı, onlarla anası arasında ailə bağlarının möhkəmlənməsi üçün vacibdir. Cavabdehin valideyn kimi öz övladı ilə ünsiyyətdə olmaq hüququ vardır. Uşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılmasına isə müstəsna hallarda, yəni ünsiyyətin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirdiyi hallarda yol verilir. Cavabdehin uşaqla ünsiyyətdə olmasını məhdudlaşdıran hallar mövcud deyildir. Hazırki iş üzrə məhkəmə qərarları qanuni qüvvəsini alanadək ərizəçi ilə övladları arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə ərizəçinin azyaşlı övladı ilə ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq şənbə və bazar günləri qeyri-iş günləri olmaqla, istirahət günləri hesab edilir ki, iddiaçının da həmin istirahət günlərinin birində uşağı ilə birlikdə səyahət etmək, gəzintiyə çıxmaq, əyləncələrdə iştirak etmək və sair bu kimi istirahət növlərindən istifadə etmək hüququ vardır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, istirahət günlərinin hər ikisində uşaqla ünsiyyət hüququnun təmin edilməsi uşağın, o cümlədən iddiaçının mənafeyi baxımından da balanslı olmayacaqdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin övladları ilə hər həftənin cümə günü saat 17:00-dan şənbə günü 17:00-dək yanında gecələməklə ünsiyyətdə olması, o cümlədən həftənin bazar ertəsi və çərşənbə günləri saat 18:00-dan 21:00-dək olan müddət ərzində 10 (on) dəqiqə video-görüntü vasitəsilə ünsiyyət hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası uşaqlarla ünsiyyətə maneələr yaradılmasının iddiaçıya qadağan edilməsi barədə tələbə münasibətdə isə qeyd edir ki, ərizəçinin övladları ilə müəyyən vaxtlarda ünsiyyət hüququnun təmin edilməsinə dair məhkəmə qərardadı mahiyyət etibarı ilə iddiaçı tərəfindən uşaqla ünsiyyətə edilən maneənin aradan qaldırılmasına xidmət edən nəticədir ki, əlavə olaraq uşaqla ünsiyyətə maneələr yaradılmasının iddiaçıya qadağan edilməsinə zərurət də yoxdur. Beləliklə, qeyd oluananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 157, 158.1.2, 158.1.3, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilsin. İş üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini alanadək, Ərizəçi övladları ##.##.2016-cı təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 ilə həftənin cümə günü saat 17:00-dan şənbə günü 17:00-dək yanında gecələməklə və həftənin bazar ertəsi və çərşənbə günləri saat 18:00-dan 21:00-dək olan müddət ərzində 10 (on) dəqiqə videogörüntü vasitəsilə ünsiyyət hüququ təmin edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-8)-163/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-163/2026
29.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver