Məhkəmə qərarları › İş №16(3-8)-54/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-54/2026

17.04.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-54/2026 17.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zahid Tahir oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, ərizəçi Ərizəçi, cavabdeh Absəlimov Telman Əlihəddin oğlunun, onun nümayəndə və vəkili X2 iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə məhkəmə iclasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi ilk iddia üzrə cavabdeh Absəlimov Telman Əlihəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Telman Absəlimovun onun mülkiyyətində olan Şabran şəhəri, H.Əliyev prospekti *** saylı ünvanda yerləşən 0,7821 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Absəlimov Telman Əlihəddin oğlu Ərizəçi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə X3 arasında Bakı şəhəri ** saylı notariat ofisində imzalanmış ## ####### 2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı Ərizəçi ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın ************ reyestr nömrəli çıxarışında göstərilən, ehtiyat fondu torpaqları kateqoriyasından olan 0,7821 ha torpaq sahəsi üzərində dövlət qeydiyyatının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim B.Ələkbərov) ilk iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ## ####### 2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi mülkiyyətinə verilmiş Şabran şəhərinin Heydər Əliyev prospektindəki *** saylı ünvanda yerləşən 0,7821 ha torpaq sahəsinin zəbt edilmiş 0,0282 ha hissəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Absəlimov Telman Əlihəddin oğlu çıxarılmaqla, torpaq sahəsinin bu hissəsinin üzərindəki 282 kv.metr qeyri-yaşayış tikilisi sonuncunun hesabına sökülməklə boşaldılması, ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi aid edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Absəlimov Telman Əlihəddin oğluna aid edilməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məhkəmə xərcinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Absəlimov Telman Əlihəddin oğlundan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi, mütəxəssis rəyinin alınması üçün ödənilmiş cəmi 95 məhkəmə xərcinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi aid edilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh Absəlimov Telman Əlihəddin oğlu apellyasiya şikayəti verərək, qətnaməsinin tam ləğv edilərək, ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin ## ##### 2025ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Qətnamədən ilk iddia üzrə cavabdeh Absəlimov Telman Əlihəddin oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə mütəxəssis təyin edlmiş və icraat dayandırılmışdır. İşə apellyasiya məhkəməsinin icraatında baxılan zaman iddiaçı Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)-l**/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Şabran şəhəri H.Əliyev prospekti *** saylı ünvanda yerləşən 0,7821 ha torpaq sahəsində cavabdeh Absəlimov Telman Əlihəddin oğlu tərəfindən (hal- hazırda qanunsuz istifadəsində olan tikililəri içərisində və ətrafında) təmir-tikinti işlərinin aparılması cavabdehə qadağan edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda əldə etdiyi məlumatlara əsasən cavabdeh Absəlimov Telman Əlihəddin oğlu tərəfindən mtibahisələndirilən ərazi hasara alınmış və qeyri-qanuni təmir-tikinti işləri aparılması planlaşdırılır. Məhkəmənin diqqətinə çatdırır ki, bu hal gələcəkdə qətnamənin icrasının çətinləşdirilməsinə səbəb olacaqdır. Göstərilənləri nəzərə alaraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsində icraatda olan *(*-*)-***/**** saylı iş üzrə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək həmin ərazidə təmir-tikinti işlərinin aparılması cavabdeh Absəlimov Telman Əlihəddin oğluna qadağan edilməlidir. Cavabdeh Absəlimov Telman Əlihəddin oğlu ərizəyə qaarşı etiraz ərizəsi üvnalayaraq qeyd etmişdir ki, Dəvəçi (Şabran) Rayon TİMHQ İdarəsi tərəfindən verilmiş ** nömrəli ## ###### 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə, 2005-ci ilin iyul ayında verilmiş texniki pasporta və ƏMDX DƏDKR PHŞ * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli ünvan reyestrindən arayışa əsasən onun mülkiyyətində olan qeyri-yaşayış binası Şabran rayonu, Şabran şəhəri, Heydər Əliyev prospekti, 170A ünvanında yerləşir. Onun mülkiyyətində olan Şabran rayonu, Şabran şəhəri, Heydər Əliyev prospekti, 170A ünvanındakı qeyri-yaşayış binasında, o cümlədən həmin binanın içərisində və fasadında hər hansı təmir-tikinti işləri aparılmır. Ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə əlavə etdiyi təmir-tikinti işlərinin aparıldığını əks etdirən fotoşəkillər başqa şəxsə məxsus obyektin fotoşəkilləridir. Onun tərəfindən elektron məhkəmə portalına əlavə olunmuş fotoşəkillərdən də göründüyü kimi, təmir işləri aparılan obyektin onun mülkiyyətində olan qeyri-yaşayış binasına heç bir aidiyyəti yoxdur. Ərizəçi Ərizəçi ərizəsində həm də “tikililərin ətrafında təmir-tikinti işlərinin aparılmasının cavabdehə qadağan olunması” tələb olunur. Ümumiyyətlə, bu tələb mübahisə predmetinə aid olmayan hərəkətin qadağan olunmasını tələb etməkdir. Belə ki, Şabran şəhərində fiziki və hüquqi şəxsə məxsus obyektin (tikilinin) ətrafında təmir-tikinti işlərinin aparılmasının qadağan olunmasını tələb etmək hüququ Şabran Rayon İcra hakimiyyətinə məxssusdur. Başqa sözlə, Ərizəçi bunu tələb etməyə subyektiv hüququ yoxdur. Bundan başqa ərizəçinin ərizəsinin təmin edildiyi halda mülkiyyətçi olaraq hüquqları lüzumsuz şəkildə məhdudlaşdırılmış, bununla da Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin və Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbləri pozulmuş olar. Belə ki, AR Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalanan hallar özü-özlüyündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında qərardadın qəbul edilməsini istisna edir. Beləliklə, təmirtikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsinə heç bir zərurət yoxdur. Aydın olur ki, Sumqayıt Apellyasiya Məhkəməsi, ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizəsini təmin edərsə, Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin tələblərini pozmuş olar. Göstərilənləri nəzərə alaraq, ərizəçi Ərizəçi “Şabran şəhəri H.Əliyev prospekti, *** saylı ünvanda yerləşən 0,7821 ha torpaq sahəsində tikililərin içərisində və ətrafında təmir-tikinti işlərinin aparılmasının cavabdeh Absəlimov Telman Əlihəddin oğluna qadağan edilməsi barədə” ərizəsinin rədd olunması barədə qərardad qəbul etməyinizi xahiş edir. Məhkəmə kollegiyasının iclasında ərizəçi Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Absəlimov Telman Əlihəddin oğlu, nümayəndəsi və vəkili X2 ərizəyə etirazda gösətirlənlərə uyğun izahat verib, ərzənin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə təmin edilməməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ## ####### 2022-ci il tarixdə qeydiyyata alınmış ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhəri, Heydər Əliyev prospekti, 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsi, tam mülkiyyət hüququ üzrə Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində ************ nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırıma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş ** nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Dəvəçi rayonu, Dəvəçi şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış binası Absəlimov Telman Əlibəddin oğlunun adına ##.##.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Texniki pasportun surətindən görünür ki, Absəlimov Telman Əlibəddin oğluna məxsus Dəvəçi rayonu, Dəvəçi şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi sənəd üzrə 250 kv.m olmaqla, tikinti altı olan sahə də 250 kv.mdir. Tərəflərin iştirakı ilə işə əlavə edilmiş fotoşəkillərə və videoyazıya baxış keçirilməklə müəyyən edilmişdir ki, ərizəçinin təmir-tikinti işlərinin aparıldığı tikili mübahisə predmeti olan tikiliyə hər hansı bir aidiyyəti olmamaqla, mübahisə predmeti olan tiklinin qonşuluğunda yerləşir. Cavabdehin məhkəməyə təqdim etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən isə həmin tikili X4 məxsusdur. Buna görə də müvəqqəti təminat tədbiri barədə ərizə əsassız olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 157.1 Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar