Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-66/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh Vəlizadə İradə Oqtay qızının iştirakı ilə, Ərizəçi Vəlizadə İradə Oqtay qızının müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə məhkəmə iclasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılova Nurlana Fərzullah qızı cavabdehlər Vəlizadə İradə Oqtay qızına və Vəlizadə Azad Vəli oğluna qarşı maneələrin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun əmlakına gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən əlavə nəqliyyat və işçilik xərcləri ilə bağlı vurulmuş maddi zərərə görə 360 manat, həmin səbəbdən tikinti işlərinin 12 gün müddətində tam dayanması ilə bağlı vurulmuş mənəəvi zərərə görə 1200 manat, məhkəmə xərclərinə görə 679.45 manat vəsaitin cavabdehlərdən alınaraq ona ödənilməsi, torpaq sahəsinin ondan əvvəlki sahibi X3 tərəfindən hörülən, onun tərəfindən isə dəyəri tam ödənilməklə notarial qaydada alqısatqı yolu ilə əldə edilən əmlakın qonşu ilə ara hasarının cavabdehlər tərəfindən sökülən 2 sıra hissəsinin cavabdehlərin maddi vəsaiti hesabına bərpa edilməsi, mübahisə predmeti olan və ortaq istifadədə olan yolda (dalanda) mülkiyyətdə olan torpaq sahəsinə giriş-çıxışa mane olacaq şəkildə nəqliyyat vasitələrinin saxlanılmasının və digər yollarla maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi, ortaq istifadədə olan yola (dalana) zibillərin, tullantı materiallarının və digər şəxsi əşyaların yığılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilk iddia ərizəsi üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızı iddia tələbinin həcmini artıraraq və dəqiqləşdirərək, Azadə Vəlizadənin torpaq sahəsinin və onun torpaq sahəsinin ayrılma sərhədlərinin qanuni koordinatlar üzrə dəqiqləşdirilməsi, qarşı tərəflə onun torpağını ayıran mövcud ara hasar və onun həyətinin giriş darvazasının cavabdehlər Azadə Vəlizadə, İradə Vəlizadə, Samir Vəlizadə və Azad Vəlizadənin maddi vəsaiti hesabına sökülməsi və qanuni yerində eyni keyfiyyət, ölçü və səliqə ilə bərpa edilməsi, Vəlizadələr tərəfindən zəbt olunmuş ona məxsus torpaq sahəsində tikib quraşdırdıqları yardımçı dam, heyvan damının sökülməsi, ona məxsus onlar tərəfindən zəbt edilmiş torpaq sahəsinin bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona təhvil verilməsi; cavabdeh Vəlizadə ailəsi tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilərək onun üçün ayrılmış yola (dalana) sonradan açdıqları kiçik yardımçı qapının cavabdeh Azadə Vəlizadənin maddi vəsaiti hesabına sökülməsi, yerinin hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması, yenidən əlavə qapı açılmasının həmişəlik qadağan edilməsi; cavabdeh Vəlizadə ailəsi tərəfindən onların açıq eyvanından onun üçün ayrılmış yola (dalana) açılmış pəncərənin cavabdeh Azadə Vəlizadənin maddi vəsaiti hesabına sökülməsi, hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması; onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) Vəlizadələr tərəfindən əkilmiş ağacların və kolların cavabdehlər Azadə Vəlizadə, İradə Vəlizadə, Samir Vəlizadə və Azad Vəlizadənin maddi vəsaiti hesabına çıxarılaraq onların öz həyətyanı torpaq sahəsinə və ya başqa yerə köçürülməsi, həmin yolda (dalanda) istənilən əkmə, becərmə, bitkilərə qulluq işlərinin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi; onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın dayanması və saxlanılmasının Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi; Vəlizadə ailəsi tərəfindən onun torpağının zəbt olunması səbəbindən su və kanalizasiya xətti çəkilişi ilə bağlı məruz qaldığı 1320 manat məbləğində xərcin cavabdehlərdən alınaraq ona ödənilməsi, torpaq sahəsini notarial qaydada aldığı ##.##.2022-ci il tarixindən ona məxsus torpaq sahəsinin ona təhvil verilməsi tarixinədək keçən müddət ərzində onun əmlakından istifadə edərək faydalandığına görə ona ödənilməli olan hər ay üçün 600 manat və ya hər gün üçün 20 manat, yəni indiyədək keçmiş 35 aylıq müddət üzrə ümumilikdə 21000 manat məbləğində haqqın cavabdehlər Azadə Vəlizadə, İradə Vəlizadə, Samir Vəlizadə və Azad Vəlizadədən alınaraq ona ödənilməsi, ona məxsus torpaq sahəsinin Vəlizadələr tərəfindən zəbt olunması səbəbindən evinin çıxarış sənədini ala bilməyərək evinin girov qoyulması qarşılığında əldə etməli olduğu 120000 manat məbləğində vəsait əsasında 2023-cü ilin iyul ayında Fond Birjasının satışa çıxardığı 18 aylıq tədavül müddətli, illik 13 % gəlirli istiqrazların alınması ilə bağlı biznes planının baş tutmamasına görə məruz qaldığı 23400 manat məbləğində zərər (əldən çıxmış fayda) üzrə 23400 manat məbləğində vəsaitin cavabdehlər Azadə Vəlizadə, İradə Vəlizadə, Samir Vəlizadə və Azad Vəlizadədən alınaraq ona ödənilməsi, məhkəmə proseslərinin başladığı 2022-ci ilin noyabr ayından indiyədək məhkəmə və icra prosesləri ilə əlaqədar işdən icazə almalara görə onun əmək haqqı, əmək haqqına əlavə və mükafat ödənişlərindən tutulmuş ümumilikdə 7340,71 manat məbləğində vəsaitin cavabdehlər Azadə Vəlizadə, İradə Vəlizadə, Samir Vəlizadə və Azad Vəlizadədən alınaraq ona ödənilməsi, cavabdehlər Vəlizadə İradə Oqtay qızının və Vəlizadə Azad Vəli oğlunun onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən material daşınması prosesində əlavə nəqliyyat və işçilik xərcləri ilə bağlı oə vurulmuş maddi zərərə görə 360 manat məbləğində vəsaitin cavabdehlər İradə Vəlizadə və Azad Vəlizadədən alınaraq ona ödənilməsi, cavabdehlər Vəlizadə İradə Oqtay qızının və Vəlizadə Azad Vəli oğlunun onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən tikinti işlərinin 12 gün müddətində tam dayanması ilə bağlı vaxt itkisi üzrə ona vurulmuş zərərə görə 1200 manat məbləğində vəsaitin cavabdehlər İradə Vəlizadə və Azad Vəlizadədən alınaraq ona ödənilməsi, məhkəmə, mütəxəssis rəyi, icra və ekspertiza prosesləri ilə bağlı ödədiyi rüsumlar ilə bağlı çəkdiyi xərclərə görə 1394,50 manat məbləğində vəsaitin cavabdehlər Azadə Vəlizadə, Samir Vəlizadə, İradə Vəlizadə və Azad Vəlizadədən alınaraq ona ödənilməsi, onun həyətyanı sahəsinin hasarı və darvazasının yerinin dəyişməsi ilə bağlı işıq, su, qaz sayğaclarının, boru və kabellərinin yerinin dəyişdirilərək Vəlizadələrin maddi vəsaiti hesabına darvazanın yeni yerindən çölə, yəni yola çıxarılması, bunun üçün lazımı qurumlardan icazələrin alınması və işlərin icrası üçün itiriləcək vaxta görə təxmini hesablanmış 4500 manat məbləğində vəsaitin Azadə Vəlizadə, Samir Vəlizadə, İradə Vəlizadə və Azad Vəlizadədən alınaraq ona ödənilməsi, cavabdehlər Azadə Vəlizadə, Samir Vəlizadə, İradə Vəlizadə və Azad Vəlizadə tərəfindən ona ödənilməli olan məbləğlərin qeyd olunan müddətlərdə ödənilməsi gecikdirilərsə, gecikdirilən hər gün üçün borc məbləğinin 0.5 %-i nisbətində dəbbə pulu hesablanması, cavabdehlər Azadə Vəlizadə, Samir Vəlizadə, İradə Vəlizadə və Azad Vəlizadə tərəfindən oə edilməli olan ödənişlər 30 gündən daha uzun müddətə gecikdirilərsə, məcburi icra tədbiri olaraq tələbin cavabdehlərin pul vəsaitlərinə və bütün əmlakına yönəldilməsi, mübahisə predmeti olan onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə müxtəlif işlərin aparılması, yola zibillər atılması, yola şəxsi əşyalar yığılması, yola boş su, kanalizasiya, qaz borularının çəkilməsi, abadlaşdırma adı ilə yola (dalana) dövlətin abadlaşdırma proqramından kənar müdaxilələr edilməsi və s. qonşuluq prinsiplərinə zidd olan, onun və valideynlərinin hüquqlarını pozan, onlara maneəçilik yaradan bütün işlərin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan olunması, onun evinin yeganə girişçıxış yeri olan yolda (dalanda), həmin yoldakı hasarların dibində və üstündə Vəlizadələr tərəfindən yığılmış bütün şəxsi əşyaların, dibçəklərin, boruların və s. digər bütün əşyaların cavabdehlər Azadə Vəlizadə, İradə Vəlizadə, Samir Vəlizadə və Azad Vəlizadənin maddi vəsaiti hesabına yığışdırılması və onun üçün ayrılmış yolun tam təmizlənərək və səliqəyə salınaraq ona təhvil verilməsi, bugünədək ona və onun yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri bütün vicdansız davranışlara, dincliklərini pozduqlarına, dəfələrlə şər ataraq vaxtlarını aldıqlarına, yaşlı valideynlərinə yaşatdıqları stresslərə, əsassız iddialarla onun evinin tikintisinə, torpağının qaytarılmasına, evinin çıxarışının alınmasına maneəçilik törətdiklərinə, anasına qarşı sərgilədikləri qeyri-insani hərəkətlərə görə onlara vurduqları oəvi zərər üzrə 20000 manat məbləğində vəsaitin cavabdehlər Azadə Vəlizadə, Samir Vəlizadə, İradə Vəlizadə və Azad Vəlizadədən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh Vəlizadə Azadə Azad qızı isə öz növbəsində, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılova Nurlana Fərzullah qızından ona dəymiş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 5000 manat pulun tutulması, ümumi yola qoyulmuş darvazanın iddiaçının öz vəsaiti hesabına sökülməsi, həmin yoldan onun istifadə etməsinə maneçilik törədilməsi, həmin yolun yararsız hala salınması, yola ağır çəkili texnikaların salınmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilk iddia ərizəsi üzrə cavabdeh Vəlizadə Azadə Azad qızı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə iddiaçı İsmayılova Nurlana Fərzullah qızı tərəfindən yerləşdirilmiş və onun həyətinə baxan kameraların sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə cavabdeh Vəlizadə Azadə Azad qızının nümayəndəsi Vəlizadə İradə Oqtay qızı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə ilk iddia ərizəsi üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızından onun səhhətinə vurduğu maddi ziyana görə 8000 manat, məhkəmə xərclərinə görə 500 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 18500 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Vəlizadə Azadə Azad qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İsmayılova Nurlana Fərzullah qızından ona və ailə üzvlərinə dəymiş maddi və mənəvi ziyana görə pulun tutulmasını, onun həyətinə və evinə gedən 3.60 metr enində yeganə giriş, çıxışı olan yolda aftomobil və böyük həcmli maşınlar saxlayaraq (öz darvazası olaraq) və ya digər yollarla onun və yaşlı valideynlərinin həyətinə və evinə ümumi istifadə olunan yolda sərbəst giriş, çıxışılarına, onlara aid olan öz vəsaitlə tikdirdikləri hasarın yol boyu daş qırıqları, tullantılar yığmaq və yolun səliqəli saxlanmasını və evinə baxan kameraların sökülməsi, faktiki olan torpaq sahəsini 0.0158 ha hissəsinin üzərində onlara miras qalan quyu da ora daxil olmaqla, İsmayılova Nurlana Fərzullah qızı tərəfindən zəbt olunmuş, illərlə onların istifadələrində olan torpaq sahəsi, bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona və ailəsinə təhvil verilərək, sahibliklərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) ilk iddia qismən təmin edilmiş, Vəlizadə Azadə Azad qızı tərəfindən İsmayılova Nurlana Fərzullah qızının mülkiyyətində olan zəbt olunmuş 0,0037 ha torpaq sahəsinin alınaraq ilkin iddia üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızına qaytarılması, 0,0037 ha torpaq sahəsi daxilində olan tikililərin ilk iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılması, sərhəd üzrə hasar tikilinin ilk iddia üzrə cavabdehlər tərəfindən bərpa edilməsi, ilk iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitinin cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE00000000000002088501) ödənilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı İsmayılova Nurlana Fərzullah qızı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Vəlizadə İradə Oqtay qızı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbi rədd edilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya məhkəməsinin icraatında baxılan zaman cavabdeh Vəlizadə İradə Oqtay qızı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək mübahisəli 0.0082 ha torpaq sahəsində tikinti işlərinin aparılmasının və su quyusunun ləğv edilməsinin İsmayılova Nurlana Fərzullah qızına qadağan edilməsi qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə güya onun tərəfindən zəbt olunmuş 0,0037 ha torpaq sahəsinin alınaraq İsmayılova Nurlana Fərzullah qızına verilməsi qət edilmişdir. Onun əvvəllər paylı mülkiyyətində 0,10 ha torpaq sahəsi olmuş, bu sahədən 0,40 ha hissəsini X4 ##.##.2018-ci il tarixdə satmışdır. O isə bu sahəni 3 il öncə İsmayılova Nurlana Fərzullah qızına satmışdır. Həmin tarixdən etibarən heç bir əlavə hasarlama işləri görməmiş, mövcud faktiki vəziyyət dəyişməmişdir. Hazırda necə ola bilər ki, qarşı tərəfin torpaq sahəsini zəbt etsin. Bu absurddur. Bir neçə vaxt öncə məlum olmuşdur ki, İsmayılova Nurlana Fərzullah qızı qarşılıqlı iddia üzrə mübahisə predmeti olan 0,0158 ha torpaq sahəsində tikinti işləri aparır. Orada ərinin valideynləri tərəfindən tikilmiş qədimi su quyusunu torpaqla doldurmuş, ərazini tikinti işləri üçün hazırlamışdır. Bu isə məhkəmə prosesində yolverilməz addımdır, çünki mövcud vəziyyət dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) mümkün olmayacaqdır, bu məsələ xeyli dərəcədə çətinləşəcəkdir. Cavabdehin bu cür hərəkətləri nəticəsində mövcud vəziyyət dəyişir, bu isə mənim həmin ərazi ilə bağlı hüquqlarımın qorunmasını mümkünsüz edir. Bu əsasla da hesab edir ki, həmin hərəkətlərin qarşısı alınmalıdır. Məhkəmə kollegiyasının iclasında ərizəçi Vəlizadə İradə Oqtay qızı ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçı İsmayılova Nurlana Fərzullah qızı ərizəyə qarşı etiraz ərizəsi ünvalayaraq ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə təmin edilməməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yeləşən 0,036 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Vəlizadə Azadə Azad qızının adına ##.##.2019-cu il tarixində 1619003002 qeydiyyat nömrəsi, ************ reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. ##.##.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsindəki qonşuluqda yerləşən 0,036 ha torpaq sahəsi İ.O.Vəlizadə və S.A.Vəlizadəyə, 0,04 ha torpaq sahəsi isə S.M.Turovskayaya (hazırda isə N.F.İsmayılovaya) məxsusdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yeləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İsmayılova Nurlana Fərzullah qızının adına ##.##.2022-ci il tarixində 1622033423 qeydiyyat nömrəsi, ************ reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, ************ reyestr nömrəli çıxarışla Vəlizadə İradə Oqtay qızının sənəd üzrə mülkiyyətində olmuş (##.##.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.08 ha) torpaq sahəsi ilə ************ reyestr nömrəli çıxarışla İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş (##.##.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.04 ha) torpaq sahəsi tam olaraq üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində ************ reyestr nömrəli, 1622033423 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh Vəlizadə Azadə Azad qızının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0037 ha (37kv.metr) təşkil edir. ************ reyestr nömrəli çıxarışa əsasən İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi 0.04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0.0435 ha təşkil edir. ************ reyestr nömrəli çıxarışa əsasən Vəlizadə Azadə Azad qızının sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.036 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə 0.0412 ha təşkil edir. İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsində olan 0.0435 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşməyən hissəsi 0.0082 ha təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, ərizəçi mübahisə predmeti olan 0,0082 ha torpaq sahəsi üzərində mülkiyyət və digər hüququn mövcudluğunu təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Buna görə ərizənin təmin edilməsi əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 157.1 Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi Vəlizadə İradə Oqtay qızının müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-8)-66/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-66/2026
06.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver