Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-87/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək müvəqqəti təminat tədbiri kimi Qusar rayonu Avaranqışlaq kəndi ərazisində yerləşən, ona məxsus 0.20 hektar torpaq sahəsindən Cavabdeh tərəfindən hər hansı şəkildə istifadə edilməsinin və orada hər hansı işlərin görülməsinin Cavabdeh qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin icraatında onun cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, çəpərin sökülməsi tələbinə dair” iddiası üzrə *(*-***)-***/**** saylı mülki iş vardır. İşin məhkəmə hazırlıq iclası ## ### 2026-cı il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmənin icraatında olan mülki iş üzrə iddia ərizəsində qeyd etdiyi kimi həmin mübahisənin predmetini təşkil edən torpaq sahəsi ilkin hüquq müəyyənedici sənədlər əsasında ona məxsusdur, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün heç bir hüquqi maneə yoxdur. Həmin torpaq sahəsində ona məxsus bir neçə meyvə ağacları var. Cavabdeh bu yaxınlarda həmin torpaq sahəsində olan meyvə ağaclarının bir neçəsini kəsmiş və hazırda torpaq sahəsini boş sahəyə çevirməklə orada müxtəlif məhsullar əkmək istəyir. Bununla bağlı o, torpaq sahəsinin yerləşdiyi kəndin aid olduğu Qusar rayonu Quxuroba bələdiyyəsinə müraciət etmiş, bələdiyyənin nümayəndəsi tərəfindən həmin əraziyə baxış keçirilmiş və həqiqətən də ona məxsus meyvə ağaclarının dibdən kəsilməsi və Cavabdeh tərəfindən torpaq sahəsinə dəmir tor çəkilməsi müəyyən olunmuş, bu barədə ## ### 2026-cı il tarixli akt tərtib olunmuşdur. Odur ki, cavabdeh Cavabdeh tərəfindən torpaq sahəsindən hər hansı şəkildə istifadə edilməsinin və hər hansı işlərin görülməsinin həmin şəxsə qadağan edilməsi zərurəti yaranmışdır. Əks halda, Cavabdeh ona məxsus meyvə ağaclarını kəsməkdə və ona ziyan vurmaqda davam edəcək, bu isə onun əmlak hüquqlarının qorumasında çətinliklər yaranmasına səbəb olacaqdır. Torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər Qusar Rayon Məhkəməsinin icraatında olan onun cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, çəpərin sökülməsi tələbinə dair” iddiası üzrə *(*-***)-***/**** saylı mülki işin materiallarındadır. Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Anar Qasımov) ərizə təmin edilmiş, müvəqqəti təminat tədbiri kimi Qusar rayonu Avaranqışlaq kəndi ərazisində yerləşən, ilkin hüquqmüəyyənedici sənədlər əsasında ərizəçi Ərizəçi adına olan 0.20 hektar torpaq sahəsindən Cavabdeh tərəfindən hər hansı şəkildə istifadə edilməsi və orada hər hansı işlərin görülməsinin Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qusar rayonu Avaran qışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsinə dair Ərizəçi adına ilkin hüquqmüəyyənedici sənədlərin olması təsdiq olunur. Eyni zamanda ərizəyə əlavə olunmuş, Qusar rayonu Quxuroba bələdiyyəsi tərədindən təsdiq edilmiş aktla müəyyən olunur ki, Ərizəçi məxsus 0.20 ha torpaq sahəsində yerləşən meyvə ağacları dibdən kəsilmiş, torpaq sahəsi Cavabdeh tərəfindən dəmir torla çəpərlənmişdir. Bundan başqa, Ərizəçi Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması, çəkilmiş çəpərin sökülməsi” tələbinə dair iddiası üzrə e- *(*-***)-***/**** saylı mülki iş Qusar Rayon Məhkəməsinin icraatındadır. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi ilə mülki iş üzrə cavabdeh Cavabdeh arasında gələcəkdə əmlak mübahisəsinin həlli məqsədi ilə qeyd olunan torpaq sahəsində hər hansı işlərinin görülməsinin və istifadə olunmaşının qadağan olunması zəruridir, əks halda ərizəçi Ərizəçi əmlak hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) mümkün olmaya və ya əhəmiyyətli dərəcədə çətinləşə bilər. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət etsə də, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutları təqdim etməmiş və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmamışdır. Ərizənin təmin edilməsi və qadağanın qoyulması onun hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnmişdir. İşin halları ilə əlaqədar bildirir ki, ərizəçinin iddia etdiyi yerdə heç bir torpaq sahəsi olmamışdır. Onun məhkəməyə təqdim etdiyi məhkəmə qətnaməsi və plan-ölçü sənədi digər bələdiyyənin və kəndin ərazisinə dair həyətyanı torpaq sahəsinə aiddir. Qusar rayonu "Şərq" sovxozunun ## #### 1992-ci il tarixli, *** nömrəli qərarının da hazırki mübahisəsyə heç bir aidiyyəti yoxdur və ərizəçinin təqdim etdiyi digər sənədlərlə ziddiyyət təşkil edir. Əksinə ərizəçinin mübahisələndirdiyi torpaq sahəsi 1993-cü ildən onun istifadəsindədir. Həmin ərazidə mövcud olmuş "Xürel" X3 müvafiq aktı ilə ona ayrılmışdır. Aqrar islahatı zamanı həmin torpaq sahəsi ona düşən normadan çıxılmışdır. Torpaq sahəsinə dair müvafiq bələdiyyə ilə icarə müqavilələri vardır. Beləliklə, hazırki qərardad qəbul edilərkən hüquq normaları pozulmuş və iş üçün əhəmiyyətli hallar aydınlaşdırılmamışdır, həmçinin məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi Ərizəçi şikayətə qarşı yaızlı etiraz verərək qeyd etmişdir ki, qərarın qəbul edilməsində məqsəd Cavabdeh ona məxsus 0.20 ha torpaq sahəsindən ağacların qanunsuz olaraq kökündən kəsilməsinin və ona küllü miqdarda ziyan vurmasının və həmin torpaq sahəsinə daxil olmasına maneə törətdiyinə görə müvəqqəti təminat tədbiri kimi qərardad çıxartmışdır. Əks halda Cavabdeh həmin sahəyə onun daxil olmasına maneçilik törədirdi və ona ziyan vurmaqda davam edirdi. Hal-hazirda ağacların kəsilməsi üzrə iş Qusar rayon Polis şöbəsində icraatdadır. Həmin torpaq sahəsinə onun tam hüququ müəyyənedici sənədlər “Şərq” sovxozunun ## ###### 1992-ci il tarixli ** nömrəli əmri, Qusar Rayon Məhkəməsinin ## #### 2008-ci il tarixli *-**/**** saylı qətmaməsi, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi idarəsinin mühəndisi Tərlan Babayevin rəyi mövcuddur. Həmin sənədlər subut edir ki, mübahisəli sahə ona məxsusdur Cavabdeh əsas gətirdiyi sənədlər həmin sahəyə aid deyil, dağ kəndi olan təxminən 20-30 kilometr uzaqda yerləşən Xürel kəndinə məxsus torpaqlardır, onun sahəsinə heç bir aidiyyatı yoxdur. Cavabdeh şikayətdə göstərir ki, həmin sahə 1993-cü ildən onun istifadəsindədir. Bu tamamilə yalandır həmin illərdə hərbi xidmətdə olub, sonra isə Rusiyya Federasiyasında yaşayıb. Həmin dövründə torpaq sahələri fəhlə və qulluqçulara verilirdi. Bu isə Azərbaycanda qeydiyatda olmamışdır. Birgə kəndli təsərrüfatları 1996-ci ildən torpaq islahatları keçirildikdən sonra yaranmışdır, sovxozlar mövcud idi. Onun istinad etdiyi sübutlar, arayışlar heç biri qanuni deyil, 1996-ci il Xürel BKT-nin aktı saxtadır, həmin dövürdə BKT-nin sədri olmuş Fazil Əskərov tərəfindən verilən həmin sənədin arxiv idarəsində kökü yoxdur. Onun istinad etdiyi İcra müqavilələri ona məxsus olan torpaq sahəsinə aid deyil, dağ Xürel kənd torpaq sahələrinə aiddir və bir il müddətinə bağlamışdır. Sadəcə məhkəmələri aldatmaq və başqa istiqamətlərə yönəltmək üçün istifadə edilmişdir. Cavabdeh 2022-ci ilə qədər dağ Xürel kəndində qeydiyyatda olub, sonralar Muruq qışlaq kəndində qeydiyyata düşüb, orada yaşamır onun Avaran qışlaq kəndində yerləşən 2 mərtəbəli ev əmlak payları sahələri sayılan ərazilərdə tikilən qanunsuz tikilidir. Avaran qışlaq kəndi ərazisində onun həyətyanı torpaq sahəsi yoxdur, Avaran Bələdiyyəsi H.Babayev tərəfindən ##.##.2021-ci il tarixli arayışı saxtadır, çünki H.Babayev Avaran kənd Bələdiyyəsi olub, Avaran qışlaq kəndində torpaq sahəsi olması barəsində arayışın verilməsi qanunsuzdur. Çünki Avaranqışlaq kəndinin bələdiyyə sədri başqa şəxsdir H.Babayevin bu məzmunda arayış verməyə ixtiyarı yoxdur. Quxur oba Bələdiyyəsinin ## ### 2026-cı il tarixli təkzib ,üzür,xahiş xarakterli arayışı da əsassız hesab edir. X2 ağacların kəsilməsi və sahəsinə maneçilik törətmək üçün baxış keçirərkən və ##.##.2026-ci il qərarın icrası zamanı icra məmuru ilə həmin sahədə olmuş və şəxsən özu aktı təsdiq etmişdir ki, həmin mübahisəli sahənin kordinatları onun kadastr planı ilə uyğun gəlir və ona məxsus AN ****** nömrəli torpaq sahənin plan ölçüsü həmin sənəddir. ##.##.2026-ci il tarixdə tərtib etdiyi akt da həmin sahəyə baxış zamanı şəxsən özü tərəfindən tərtib etmişdir. İndi isə başqa kəndin ərazisini göstərməklə məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyır. Həmin aktı tərtib etməkdə məqsədləri orada ağacların kəsilməsi və ətrafına çəpər çəkilməsi faktını olub- olmamasını müəyyən etməkdir. Müəyyən olundu ki, həqiqətən ağaclar kəsilmiş və dəmir setka çəpər çəkilmişdir. Bunun torpağın hansı əraziyə aid olmasının heç bir aidiyyatı yoxdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı və həmin qərardadla bağlı **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin iddia üzrə tələbi cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və çəpərin sökülməsindən ibarət olmaqla, müvəqqəti təminat tədbiri üzrə tələbi isə mübahisəli torpaq sahəsindən hər hansı bir şəkildə istifadə edilməsinin və orada hər hansı işlərin görülməsinin cavabdehə qadağan edilməsindən ibarət olmuşdur ki, ərizəçi mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini əsaslandıra bilməmişdir. Hərçənd ki, cavabdeh mübahsiəli torpaq sahəsinin uzun müddətdir ki, onun istifadəsində olduğunu iddia etməklə, torpaq sahəsinin onun qanunsuz sahibliyində olub-olmaması iddiaya mahiyyəti üzrə baxıldığı zaman müəyyən ediləcəkdir. Həmin vaxtadək isə cavabdehin torpaq sahəsindən istənilən formada tam olaraq istifadəsinin qadağan edilməsi, qeyri-mütənasib müdaxilə hesab olunmaqla, dolayısı ilə cavabdehin faktiki torpaq sahəsinə sahibliyinə son qoyulması anlamına gəlir. İşə baxan birinci instnasiya məhkəməsi isə qeyd edilən halı nəzərə almadan əsassız olaraq müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-8)-87/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-87/2026
16.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver