Məhkəmə qərarları › İş №16(3-8)-90/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-90/2026

17.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 16(3-8)-90/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin mülki kollegiyasının hakimi Rәhimli Lalә Elxan qızının sәdrliyi ilә, hakimlәr Mahmudov Ayaz Akif oğlu vә Hüseynzadә Afiq Hüseyn oğlundan ibarәt tәrkibdә, Ərizәçi Nәcәfov İbrahim Zahir oğlu tәrәfindәn verilmiş müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi barәdә әrizәsinin tәmin edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadından cavabdeh cavabdeh2 ASC tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Nәcәfov İbrahim Zahir oğlu müvәqqәti tәminat tәdbiri barәdә әrizә ilә Xaçmaz Rayon Mәhkәmәsinә müraciәt edәrәk, Xaçmaz Rayon * saylı notariat ofisinin ##.##.2026cı il tarixli, 8İ-5453 saylı icra qeydinin lәğv edilmәsi tәlәbinә dair mülki iş üzrә yekun qәrar qәbul edilәnәdәk hәmin icra qeydi üzrә Xaçmaz rayon İcra vә Probasiya şöbәsindә aparılan icra işi üzrә icraat dayandırılması barәdә qәrardad qәbul edilmәsini xahiş edir. Ərizә onunla әsaslandırılmışdır ki, ##.##.2026-ct il tarixdә cavabdeh1 xüsusi notarisu Dәyanәt Tağıyev tәrәfindәn 8İ-5453 saylı reyestr nömrәsi ilә cavabdeh2 ASCnin xeyrinә ona mәxsus daşınmaz әmlaka (1.57 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsi, 0.0933 ha torpaq sahәsi vә üzәrindә olan 257.5 kv.m qeyri - yaşayış binası) tutmanın yönәldilmәsi barәdә icra qeydi aparılmışdır. Lakin hәmin icra qeydi maddi vә prosessual hüquq normalarının tәlәblәri pozulmaqla tәrtib edilmişdir. İcra qeydindә ipoteka predmeti olan tikilinin sahәsi 257.5 k.v.m göstәrilsә dә, faktiki olaraq hәmin sahәdә 1000 k.v.m ölçüdәdir. Sumqayıt İnzibati Mәhkәmәsinin qәrarı ilә bu tikilinin mövcudluğu vә sökülmәsinin qanunsuzluğu tәsdiq edilmişdir. Notarius әmlakın real vәziyyәtini araşdırmadan, mövcud olmayan köhnә ölçülәr üzrә icra qeydi aparmışdır ki, bu da “Notariat haqqında” Qanunun 76-cı maddәsinin (mübahisәsizlik prinsipi) pozulmasıdır. Borcun mәblәğinin dәbbә pulu hissәsi mübahisәli olmaqla icra qeydindә 1031.16 AZN göstәrilmişdir. Üçüncü şәxs cavabdeh2 ASC-nin mәlumatına görә dәbbә pulu borcu tәxminәn 443.10 manatdır. Bu icra sәnәdinin qeyri-dәqiq vә şişirdilmiş rәqәmlәrә әsaslandığını sübut edir. Mübahisәli mәblәğ üzrә icra qeydi aparıla bilmәz. Mütәnasiblik prinsipinin kobud pozulması: Azәrbaycan Respublikası Kontitutsiyasının 29cu maddәsinә vә “İcra haqqında” Qanunun 3-cü maddәsinә әsasәn icra tәdbirlәri borca mütәnasib olmalıdır. 49,987,35 AZN borca görә bazar dәyәri 500,000 AZN-dәn artıq olan 1000 kv.m-lik kompleksin satışa çıxarılması mülkiyyәt hüququnun pozulması vә aşkar sui-istifadәdir. İcra sәnәdi әsasında әmlakın hәrraca çıxarılması iddiaçıya geri dönmәz maddi zәrәr vuracaqdır. MPM-nin 158-ci maddәsinә әsasәn iddianın tәmin olunması mәqsәdilә icra işi üzrә icraat dayandırılmalıdır. Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadı ilә әrizә tәmin edilmiş, iddiaçı Nәcәfov İbrahim Zahir oğlunun cavabdeh Xaçmaz rayon * saylı notariat ofisinә qarşı ##.##.2026-cı il tarixli, 8İ-5453 saylı icra qeydinin lәğvi vә sair tәlәbinә dair *(*-***)-***/**** saylı mülki iş üzrә qәbul edilәcәk yekun mәhkәmә aktı qanuni qüvvәyә minәnә qәdәr Xaçmaz rayon * saylı notariat ofisinin ##.##.2026-cı il tarixli, 8İ-5453 saylı icra qeydi üzrә Xaçmaz rayon İcra vә probasiya şöbәsindә aparılan icra işi üzrә icraatın dayandırılması barәdә qәrardad qәbul edilmişdir. Maraqlı şәxs cavabdeh2 ASC tәrәfindәn şikayәt verilәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** saylı qәrardadının lәğv edilmәsi vә icra sәnәdi üzrә icraatın dayandırılması barәdә әrizәnin tәmin edilmәmәsi barәdә yeni qәrardad qәbul edilmәsi xahiş edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrәli qәrardadı ilә şikayәtin tәmin edilmәmәsi vә baxılması üçün işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Şikayәt onunla әsaslandırılmışdır ki, mәhkәmәnin yuxarıda gәldiyi nәticә ilә Bank razı deyil vә hesab edir ki, sözügedәn qәrardad maddi vә prosessual hüquq normalarının pozulması ilә qәbul edilmişdir vә lәğv edilmәlidir. Belә ki, Xaçmaz rayonu, Palçiqoba kәndindә yerlәşәn 1.57 ha torpaq sahәsindә yerlәşәn xüsusi mülkiyyәtdә olan kәnd tәsәrrüfatı tәyinatlı torpaqlar vә Azәrbaycan Respublikası(AZE), Xaçmaz rayonu, Palçiqoba kәndindә yerlәşәn xüsusi mülkiyyәtdә olan ümumi sahәsi 257.50 kv. m olan qeyri-yaşayış binası, hәmin qeyri-yaşayış binası ilә yanaşı 0.0933 ha torpaq sahәsinin, hәmin torpaq sahәsindә yerlәşәn digәr tikili vә qurğular xxxx ASC-yә olan borcun tәminatı olduğu halda, hәrracın qadağan edilmәsi Bankın maddi tәlәb hüququna әsassız müdaxilәdir. Bu tәdbir borclunun vaxt qazanmaq niyyәtinә xidmәt edәrәk, Bankın qanuni icraat prosesini qeyri-müәyyәn müddәtә iflic edir. Buna görә dә müvәqqәti tәminat tәdbirinin tәtbiqi ilә bağlı qәrardad lәğv edilmәlidir. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı vә ya ipoteka predmeti üzәrindә hüququ olan hәr hansı başqa tәrәf tutmanın yönәldilmәsi haqqında bildirişi aldıqdan sonra 21 tәqvim günü müddәtindә ipotekaya tutmanın yönәldilmәsi barәdә mәhkәmәyә şikayәt edә bilәr. Xaçmaz r. * saylı notariat ofisi tәrәfindәn icra qeydi ##.##.2026-cı il tarixindә aparılmışdır vә borclu bu barәdә әvvәlcәdәn (##.##.2026-cı il tarixindә) bildiriş göndәrilmәklә mәlumatlandırılmışdır. Qeyd olunan bildiriş ##.##.2026-cı il tarixindә ipotekaqoyan(borcalan) tәrәfindәn qәbul edilmişdir. Borcalan faktiki olaraq ##.##.2026-cı il tarixindәn hәmin bildirişi mübahislәndirә bilәrdi. Belә ki, borcalan qanunla müәyyәn edilmiş 21 günlük şikayәt müddәti çәrçivәsindә hәmin bildirişi mübahisәlәndirә bildiyi halda, hazırda hәmin bildiriş әsasında aparılan icra qeydini mübahisәlәndirmәklә vaxt qazanmağa çalışır. Borclu "İpoteka haqqında" Qanunun 37.1-ci maddәsi ilә müәyyәn edilmiş xüsusi şikayәt müddәtini әsassız olaraq ötürdüyü üçün, onun iddiası faktiki olaraq perspektivsizdir. Maddi hüquq norması ilә müәyyәn edilmiş müddәti ötürmüş şәxsin әrizәsi әsasında icra işi üzrә icraatın dayandırılması Bankın qanuni maraqlarına ziddir. Mәhkәmә bu normanı nәzәrә almadan qәrardad qәbul etmәklә maddi hüquq normasını kobud şәkildә pozmuşdur. Mәhkәmә qәrardad qәbul edәrkәn “İcra haqqında” Qanunun 17.1.4-cü maddәsinin tәlәblәrini kobud şәkildә pozmuşdur. Belә ki, qanunverici ipoteka predmeti barәsindә notariusun icra qeydinin mübahisәlәndirilmәsini icraatın dayandırılması üçün әsas hesab etmir vә bunu birbaşa istisna hal kimi müәyyәn edir. Bu baxımdan, borclunun icra qeydini mübahisәlәndirmәsi icra işi üzrә icraatın dayandırılması üçün qanuni әsas ola bilmәz vә mәhkәmәnin bu qәnaәti hüquqaziddir. Mәhkәmә iddianın perspektivliyini qiymәtlәndirmәdәn, MTT qәrardadı çıxarmaqla MPM-nin 157.2-ci maddәsinin tәlәblәrini kobud şәkildә pozmuşdur. Belә ki, MTT-nin tәtbiqi üçün iddiaçının haqlı olduğuna dair (ilk baxışdan kifayәt edәn) ehtimal olmalıdır. Borclunun ipoteka predmetinә tutma yönәldilmәsi ilә bağlı icra qeydinin aparılması ilә bağlı әvvәlcәdәn mәlumatlandırılması faktı iddianın perspektivsiz olduğunu göstәrdiyi halda, mәhkәmәnin buna baxmayaraq icra sәnәdi üzrә icraatı dayandırması hüquqi mәntiqlә ziddiyyәt tәşkil edir. Müvәqqәti tәminat tәdbirlәri bu Mәcәllәnin 157.2-ci maddәsindә göstәrilәn mәqsәdlәrә mütәnasib olmalı vә әks tәrәfin hüquqlarının lüzumsuz mәhdudlaşdırılması ilә nәticәlәnmәmәlidir. Mәhkәmәnin qeyd olunan qәrardadı lüzumsuz olaraq Bankın hüquqlarının mәhdudlaşdırılmasına әsas olmuşdur. Müvәqqәti tәminat tәdbirlәri mәhkәmәnin tәşәbbüsü ilә vә ya tәrәflәrin, işdә iştirak edәn şәxslәrin, arbitraj mübahisәsi tәrәflәrinin, yaxud işdә iştirak etmәyә cәlb edilmәyәn, lakin qәbul edilәn qәrardad onların hüquq vә vәzifәlәrinә toxunan hallarda digәr şәxslәrin әrizәsi ilә hәmin mәhkәmәnin özü tәrәfindәn lәğv oluna bilәr. Mәhkәmәnin qeyd olunan qәrardadı ilә tәtbiq olunan müvәqqәti tәminat tәdbirlәri maraqlı şәxs olan (ipoteka saxlayan) Bankın hüquqlarına toxunduğu, eyni zamanda mövcud mәhkәmә tәcrübәsinә zidd olduğu üçün lәğv olunmalıdır. Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qvvәsi yoxdur. Mәhkәmә tәrәfindәn sübutların düzgün tәdqiq edilmәmәsi, işin faktiki hallarının yalnız birtәrәfli şәkildә nәzәrә alınması vә tәtbiq edilmәli olan hüquq normalarının (müddәtlәr vә istisnalar) sübutlara münasibәtdә tәtbiq olunmaması MPM-nin 88-ci maddәsinin tәlәblәrinә ziddir vә qәrardadın lәğvi üçün birbaşa әsasdır. Belә ki, Mәhkәmә iş üzrә sübutları araşdırmadan qәrardad qәbul etmişdir. İş üzrә halların aydınlaşdırılmaması borclunun hüquqdan sui-istifadә etmәsini vә icra sәnәdi üzrә icraatın әsassız dayandırılması ilә nәticәlәnmişdir. Mәhkәmәnin qәbul etdiyi ##.##.2026-cı il tarixli **(*- ***)-**/**** saylı qәrardad icra sәnәdinin icrasının çәtinlәşdirilmәsi, Bankın hüquqlarının әsassız mәhdudlaşdırılmasına sәbәb olmuşdur. Mәhkәmәnin qәrardadı obyektiv deyildir. Maddi vә prosessual hüquq normalarının pozulması nәticәsindә qәbul edilmişdir. Mәhkәmә tәrәfindәn müәyyәn edilmiş, iş üçün әhәmiyyәtli olan qeyd edilmiş hallar sübut edilmәmişdir. Bu şikayәtlә isә Bank hәmin halların әksini sübut edir. Xaçmaz rayonu, Palçiqoba kәndindә yerlәşәn 1.57 ha torpaq sahәsindә yerlәşәn xüsusi mülkiyyәtdә olan kәnd tәsәrrüfatı tәyinatlı torpaqlar vә Azәrbaycan Respublikası(AZE), Xaçmaz rayonu, Palçiqoba kәndindә yerlәşәn xüsusi mülkiyyәtdә olan ümumi sahәsi 257.50 kv. m olan qeyri-yaşayış binası hәmin qeyri-yaşayış binası ilә yanaşı 0.0933 ha torpaq sahәsinin, hәmin torpaq sahәsindә yerlәşәn digәr tikili vә qurğular Banka olan borcun tәminatıdır. Hәmin әmlakla bağlı icra sәnәdinin icrasının dayandırılması әsassızdır. Bank Xaçmaz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** saylı qәrardadının lәğv edilmәsini vә icra sәnәdi üzrә icraatın dayandırılması barәdә әrizәnin tәmin edilmәmәsi barәdә yeni qәrardad qәbul edilmәsini xahiş edir. Xaçmaz r. * saylı notariat ofisi tәrәfindәn icra qeydi ##.##.2026-cı il tarixindә aparılmışdır vә borclu bu barәdә әvvәlcәdәn (##.##.2026-cı il tarixindә) bildiriş göndәrilmәklә mәlumatlandırılmışdır. Qeyd olunan bildiriş ##.##.2026-cı il tarixindә ipotekaqoyan(borcalan) tәrәfindәn qәbul edilmişdir. Borcalan faktiki olaraq ##.##.2026-cı il tarixindәn hәmin bildirişi mübahislәndirә bilәrdi. Belә ki, borcalan qanunla müәyyәn edilmiş 21 günlük şikayәt müddәti çәrçivәsindә hәmin bildirişi mübahisәlәndirә bildiyi halda, hazırda hәmin bildiriş әsasında aparılan icra qeydini mübahisәlәndirmәklә vaxt qazanmağa çalışır. Borclu "İpoteka haqqında" Qanunun 37.1-ci maddәsi ilә müәyyәn edilmiş xüsusi şikayәt müddәtini әsassız olaraq ötürdüyü üçün, onun iddiası faktiki olaraq perspektivsizdir. Maddi hüquq norması ilә müәyyәn edilmiş müddәti ötürmüş şәxsin әrizәsi әsasında icra işi üzrә icraatın dayandırılması Bankın qanuni maraqlarına ziddir. Mәhkәmә bu normanı nәzәrә almadan qәrardad qәbul etmәklә maddi hüquq normasını kobud şәkildә pozmuşdur. Mәhkәmә qәrardad qәbul edәrkәn “İcra haqqında” Qanunun 17.1.4-cü maddәsinin tәlәblәrini kobud şәkildә pozmuşdur. Belә ki, qanunverici ipoteka predmeti barәsindә notariusun icra qeydinin mübahisәlәndirilmәsini icraatın dayandırılması üçün әsas hesab etmir vә bunu birbaşa istisna hal kimi müәyyәn edir. Bu baxımdan, borclunun icra qeydini mübahisәlәndirmәsi icra işi üzrә icraatın dayandırılması üçün qanuni әsas ola bilmәz vә mәhkәmәnin bu qәnaәti hüquqaziddir. Mәhkәmәnin qeyd olunan qәrardadı lüzumsuz olaraq Bankın hüquqlarının mәhdudlaşdırılmasına әsas olmuşdur. Mәhkәmәnin qeyd olunan qәrardadı ilә tәtbiq olunan müvәqqәti tәminat tәdbirlәri maraqlı şәxs olan (ipoteka saxlayan) Bankın hüquqlarına toxunduğu, eyni zamanda mövcud mәhkәmә tәcrübәsinә zidd olduğu üçün lәğv olunmalıdır. Mәhkәmә iddianın perspektivliyini qiymәtlәndirmәdәn, MTT qәrardadı çıxarmaqla MPM-nin 157.2-ci maddәsinin tәlәblәrini kobud şәkildә pozmuşdur. Belә ki, MTT-nin tәtbiqi üçün iddiaçının haqlı olduğuna dair (ilk baxışdan kifayәt edәn) ehtimal olmalıdır. Borclunun ipoteka predmetinә tutma yönәldilmәsi ilә bağlı icra qeydinin aparılması ilә bağlı әvvәlcәdәn mәlumatlandırılması faktı iddianın perspektivsiz olduğunu göstәrdiyi halda, mәhkәmәnin buna baxmayaraq icra sәnәdi üzrә icraatı dayandırması hüquqi mәntiqlә ziddiyyәt tәşkil edir. Mәhkәmә tәrәfindәn sübutların düzgün tәdqiq edilmәmәsi, işin faktiki hallarının yalnız birtәrәfli şәkildә nәzәrә alınması vә tәtbiq edilmәli olan hüquq normalarının (müddәtlәr vә istisnalar) sübutlara münasibәtdә tәtbiq olunmaması MPM-nin 88-ci maddәsinin tәlәblәrinә ziddir vә qәrardadın lәğvi üçün birbaşa әsasdır. Belә ki, Mәhkәmә iş üzrә sübutları araşdırmadan qәrardad qәbul etmişdir. İş üzrә halların aydınlaşdırılmaması borclunun hüquqdan suiistifadә etmәsini vә icra sәnәdi üzrә icraatın әsassız dayandırılması ilә nәticәlәnmişdir. Mәhkәmәnin qәbul etdiyi ##.##.2026-cı il tarixli **(*-***)-**/**** saylı qәrardad icra sәnәdinin icrasının çәtinlәşdirilmәsi, Bankın hüquqlarının әsassız mәhdudlaşdırılmasına sәbәb olmuşdur. Mәhkәmәnin qәrardadı obyektiv deyildir. Maddi vә prosessual hüquq normalarının pozulması nәticәsindә qәbul edilmişdir. Xaçmaz rayonu, Palçiqoba kәndindә yerlәşәn 1.57 ha torpaq sahәsindә yerlәşәn xüsusi mülkiyyәtdә olan kәnd tәsәrrüfatı tәyinatlı torpaqlar vә Azәrbaycan Respublikası(AZE), Xaçmaz rayonu, Palçiqoba kәndindә yerlәşәn xüsusi mülkiyyәtdә olan ümumi sahәsi 257.50 kv. m olan qeyri-yaşayış binası hәmin qeyri-yaşayış binası ilә yanaşı 0.0933 ha torpaq sahәsinin, hәmin torpaq sahәsindә yerlәşәn digәr tikili vә qurğular Banka olan borcun tәminatıdır. Hәmin әmlakla bağlı icra sәnәdinin icrasının dayandırılması әsassızdır. Mәhkәmәyә lazımi sübutlar tәqdim edilmişdir. Azәrbaycan Respublikası MPM-nin 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә, işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Qeyd edilәn Mәcәllәnin 10.8-1-ci maddәsinә әsasәn, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 vә 437-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda işlәrә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Bu Mәcәllәnin 394-1, 397.2 vә 414.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmәnin qәrardadına әsasәn işә mәhkәmә iclasında baxıla bilәr. Azәrbaycan Respublikası MPM-nin 397.2-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Hazırda müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizә verildiyindәn mәhkәmә kollegiyası mübahisәyә MPM-nin 10.8-1 vә 159-cu maddәlәrinә әsasәn yazılı icraat qaydasında baxmışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Xaçmaz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadı lәğv edilmәli, qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn baxılması üçün mülki iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikası MPM-nin 157.1-ci maddәsinә әsasәn, maraqlı şәxslәrin әrizәsi ilә mәhkәmә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr. Hәmin Mәcәllәnin 157.2-ci maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirlәri cavabdehin vә ya digәr şәxslәrin hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşәcәyinin qarşısını almaq mәqsәdilә tәtbiq edilir. Qeyd edilәn Mәcәllәnin 157.6-cı maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirlәri bu Mәcәllәnin 157.2-ci maddәsindә göstәrilәn mәqsәdlәrә mütәnasib olmalı vә әks tәrәfin hüquqlarının lüzumsuz mәhdudlaşdırılması ilә nәticәlәnmәmәlidir. Yenә hәmin 158.1.1-ci maddәsinә әsasәn, cavabdehdә vә ya digәr şәxslәrdә olan cavabdehә mәxsus әmlak üzәrinә hәbs qoymaq; Mәcәllәnin 158.1.2-ci maddәsinә әsasәn isә müәyyәn hәrәkәtlәri etmәyi cavabdehә qadağan etmәk, hәmçinin Mәcәllәnin 158.1.3-cü maddәsinә әsasәn mübahisә predmetinә aid olan müәyyәn hәrәkәtlәri etmәyi başqa şәxslәrә qadağan etmәk növündә müvәqqәti tәminat tәdbirlәri görülә bilәr. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 157 vә 158ci maddәlәrinin bәzi müddәalarına dair Konstitusiya Mәhkәmәsinin Plenumunun ## #### 2018-ci il tarixli qәrarında qeyd olunru ki, Azәrbaycan Respublikası Konstitusiyasının 127-ci maddәsinin II hissәsinin, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 157 vә 158-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq mәhkәmәlәr işdә iştirak edәn şәxs tәrәfindәn әrizәdә iddianı tәmin etmә tәdbirlәrinin tәtbiq edilmәsinin kifayәt qәdәr әsaslandırılmasına xüsusi diqqәt yetirmәli, әrizәdә irәli sürülәn dәlillәrin әsaslı olub-olmamasına hәrtәrәfli qiymәt vermәli, iddia tәlәbi ilә bu tәdbirlәr arasında әlaqәnin mövcud olmasını yoxlamalı, tәtbiq olunan tәdbirin irәli sürülmüş tәlәbә mütәnasib olmasını vә işdә iştirak edәn bütün şәxslәrin qanuni mәnafelәrini tәmin etmәklә әsaslandırılmış mәhkәmә aktı qәbul etmәlidir. Hәmin qәrarda Konstitusiya Mәhkәmәsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyә görә,... әn ümumi mәnada isә mütәnasiblik prinsipi mütlәq olaraq özündә üç әsas elementi nәzәrdә tutur: bu prinsip insan vә vәtәndaş hüquq vә azadlıqlarının mәhdudlaşdırılması mәsәlәlәrini tәnzimlәyir; hüquq ancaq qanunla mәhdudlaşdırıla bilәr; mәqsәdә çatma vasitәsi kimi hüququn mәhdudlaşdırılma dәrәcәsi hәmin mәqsәdә uyğun olmalı vә hәdsiz olmamalıdır.... Qüvvәdә olan Mülki Prosessual Mәcәllәnin şübhәsiz üstünlüklәrindәn biri mәhz iddianı tәmin etmә tәdbirlәrinin iddiaçı tәrәfindәn irәli sürülmüş tәlәbә mütәnasibliyi prinsipinin tәtbiq edilmәsidir. Tәmin etmә tәdbirlәrinin iddiaçı tәrәfindәn irәli sürülmüş әsas tәlәbә mütәnasibliyi prinsipinin mahiyyәti bundan ibarәtdir ki, hakim cavabdehin әmlakına iddia mәblәğindәn çox olmayan ölçüdә hәbs qoya vә yaxud cavabdehә vә ya digәr şәxslәrә müstәsna olaraq irәli sürülmüş tәlәb hәddindә müәyyәn hәrәkәtlәri icra etmәyi qadağan edә bilәr. Mәhkәmә kollegiyası qeyd edir ki, MPM-in müddәalarına әsasәn, iddiaçı iddianın tәmin edilmәsinә (iddiaçının hüquqlarının qorunmasına) yönәlmiş tәminat tәdbirlәrinin görülmәsi barәdә mәhkәmәyә әrizә ilә müraciәt edә bilәr vә mәhkәmә müvәqqәti xarakterli müdafiә tәdbiri qismindә cavabdehin üzәrinә müәyyәn hәrәkәtlәri etmәk vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәk, yaxud müәyyәn hәrәkәtlәrә dözmәk barәdә vәzifә qoya bilәr. Qanuni әsaslar olduğu hallarda mәhkәmә üçüncü şәxslәrin dә üzәrinә belә vәzifә qoya bilәr. Lakin bu halda, tәminat tәdbiri gәlәcәkdә iddianın tәmin olunacağı halda iddiaçının pozulmuş hüquqlarının qorunmasına xidmәt etsә dә, hәr bir halda işә baxan mәhkәmә tәrәflәrin hüquq bәrabәrliyindәn çıxış etmәli, iddianın uğurlu olmayacağı halda digәr şәxslәrin (cavabdeh vә üçüncü şәxslәrin) hüquqlarının müdafiәsinin mümkünlüyünü, başqa sözlә, tәmin tәdbirindәn әvvәlki vәziyyәtә qayıtmağın mümkünlüyünü nәzәrә almalıdır. Digәr tәrәfdәn, müvәqqәti müdafiә tәdbiri “müvәqqәti olaraq” iddianın uğurlu olması ehtimalı yüksәk olduğu halda, iddiaçının hüquqlarının qorunmasına yönәlmiş tәminat tәdbiridir vә bu tәminat tәdbiri tәrәflәrin hüquq vә mәhkәmә qarşısında bәrabәrliyi nәzәrә alınmaqla “müvәqqәti” tәnzimlәmә xarakterli olmalı, bir tәrәfin әlverişsiz vәziyyәtә düşmәsi ilә nәticәlәnmәmәlidir. Qanunvericiliyә әsasәn müvәqqәti tәminat tәdbirinin tәtbiqindә әsas mәqsәd mәhkәmәnin gәlәcәkdә qәbul edilәcәyi qәtnamәnin icra edilmәsinin çәtinliyi vә ya mümkünsüz ola bilәcәyi hallarla bağlıdır vә hәmin qәrardadla iş mahiyyәti üzrә hәll oluna bilmәz. Müvәqqәti tәminat tәdbiri barәdә qәrardad qәbul edilәrkәn mәhkәmә iddiaçının iddia tәlәbinin әsaslılığını vә hәmin iddia ilә bağlı gәlәcәkdә qәbul edilәcәk qәtnamәnin icrasına maneәlәr yarada bilәn cavabdehin hansı qanunazidd hәrәkәtlәr edә bilәcәyi haqqında şübhәlәrin әsaslı olub-olmamasını müәyyәn etmәlidir. Belә ki, işin hallarından görünür ki, müvәqqәti tәminat tәdbiri barәdә әrizә Xaçmaz Rayon * saylı notariat ofisinin ##.##.2026-cı il tarixli, 8İ-5453 saylı icra qeydi üzrә Xaçmaz rayon İcra vә Probasiya şöbәsindә aparılan icra işi üzrә icraat üzrә verilmişdir. Mәhkәmә kollegiyası bununla bağlı aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Ərizәdәn aydın olur ki, әrizәçinin görülmәsini istәdiyi tәminat tәdbiri notariusun icra qeydi әsasında yәni mahiyyәti etibarilә icra sәnәdi üzrә icraatın dayandırılması ilә bağlıdır. Belә olan halda mәhkәmә kollegiyası vurğulayır ki, icra sәnәdi üzrә icraatın dayandırılması qaydaları “İcra haqqında” Qanunun 21-ci maddәsindә fәrqli qaydada müәyyәn edilmişdir. Hәmin Qanunun 17.1-ci vә 17.1.4-cü maddәlәrinә әsasәn, bu Qanunun 6.1.3–6.1.8ci maddәlәrindә göstәrilәn icra sәnәdlәrinә vә ya hәmin icra sәnәdlәrinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәdә (“İpoteka haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn aparılan notariusun icra qeydi vә ya hәmin icra qeydinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәd istisna olmaqla) dair borclu tәrәfindәn iddia qaydasında mübahisә qaldırdıqda, әgәr bu cür mübahisәyә qanunla yol verilirsә icra sәnәdi üzrә icraat mәcburi olaraq dayandırılır. Göründüyü kimi, qanunun tәlәbinә görә icra sәnәdi üzrә aparılan icra icraatının dayandırılmasının ayrı qaydaları müәyyәn edilmişdir. Odur ki, mәhkәmә kollegiyası hesab edir ki, Xaçmaz Rayon * saylı notariat ofisinin ##.##.2026-cı il tarixli, 8İ-5453 saylı icra qeydi üzrә hәrәkәtlәrin dayandırılmasına yönәlәn müvәqәti tәminat tәdbirinin görülmәsi qanunun tәlәbi baxımından yolverilmәzdir. Ona görә dә mәhkәmә kоllegiyаsı belә qәnaәtә gәlir ki, Xaçmaz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadı lәğv edilmәli vә sonrakı prosessual hәrәkәtlәrin edilmәsi üçün iş birinci instansiya mәhәkәmәsinә qaytarılmalıdır. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 398.0.2-ci mаddәsinә görә, аpellyаsiyа instаnsiyаsı mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vаrdır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Birinci instansiya mәhkәmәsi işә yenidәn baxarkәn sadalanan xüsusatları nәzәrә almalı, ondan sonra mübahisәyә hüquqi qiymәt vermәlidir. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 vә 400, 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA A L D İ: Şikayәt qismәn tәmin edilsin. Ərizәçi Nәcәfov İbrahim Zahir oğlu tәrәfindәn verilmiş müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi barәdә әrizәsinin tәmin edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadı lәğv edilsin. Hazırki qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar