Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-95/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması məsələsinə baxaraq, müəyyən etdi: Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılıb yekun qərar qəbul edilənədək Maraqlı şəxs məxsus aşağıda qeyd olunan əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim Nigar Xəlilova) Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin olunmuş, 01 (bir) ay müddətinə, Maraqlı şəxs məxsus aşağıda qeyd olunan əmlaklar: ##.##.2022-ci il tarixli, 4Ə-**** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş Quba şəhəri, M.Qorki küçəsi, ev 24, mənzil 60, ##.##.2022ci il tarixli, 4Ə-** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş Quba rayonu, Timirtazev kəndində torpaq sahəsi, ##.##.2007-ci il tarixli, 4Ə-** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ##.##.2009-ci il tarixi, ********** qeydiyyat nömrəli çıxarış verilmiş qeyri-yaşayış binası, ##.##.2022-ci il tarixli, 4Ə-**** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş 0,0081 ha yaşayış məntəqəsi torpağı, ##.##.2019-cu il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş Quba şəhəri, Fətəlixan küç, Bina 79, mənzil 44; ünvan 1 ünvanında Maraqlı şəxs sahibliyində olan qızıl-zinət əşyalarının: 585 əyarlı qızıl dəstinin (kolye, qolbaq, sırğa, üzük), 583 əyarlı, 20 qramlıq brilyant qaşlı qapaqlı saatın, 2,5 qramlıq qızıl sepin, yaşıl qaşlı qızıl sırğanın, 32,2 qram 25-lik qızıl pulun, 4,5 qramlıq 5-lik qızıl pulun; Ərizəçi məxsus cehizin bir hissəsini təşkil edən aşağıdakı əmlakları: divan və 2 kreslo, soyuducu, çilçıraq (5 ədəd), xalça (4 ədəd), qonaq otağı dəsti (servant, kamod, 1 stol, 8 stul), 6 nəfərlik madonna çay servizinin, 2 göy lepkah 6 nəfərlik çay servizinin, 12 nəfərlik göy rəngli çay və yemək servizinin, 12 nəfərlik ağ yemək servizinin, 12 nəfərlik kvadrat yemək servizinin 10 bulutla birgə 1 ədəd xrustal tom güldan, 2 ədəd xrustal konfet qabı, 6 ədəd xrustal konfet qabı, 1 ədəd böyük xrustal külqabı, 6 ədəd xrustal meyvə qabı, 2 ədəd xrustal güldan, 8 ədəd göy rəngli şirniyyat qabı özgəninkiləşdirilməsi Maraqlı şəxs və digər şəxslərə qadağan olunmuşdur. Cavabdeh Maraqlı şəxs həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim Nigar Xəlilova) şikayəti təmin edilməmiş, Maraqlı şəxs Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh Maraqlı şəxs şikayətini iş materialları ilə birgə yoxlayaraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən hazırki vəziyyətdə şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllə: Maddə 108.1.5. və 108.1.6. Mülki məhkəmə icraatında müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə və ya müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) ödənilməlidir. Maddə 8.5. Müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Cavabdeh Maraqlı şəxs Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)- **/**** nömrəli qərardadından şikayət verdikdə dövlət rüsumu ödəməli olduğu halda, müvafiq dövlət rüsumunu ödəməmişdir. Mülki Prosessual Məcəllə: Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Maraqlı şəxs şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin göstərilən tələbinə əməl etməmiş, şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №16(3-8)-95/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-95/2026
24.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver