Məhkəmə qərarları › İş №16(3-8)-98/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-98/2026

02.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-98/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Ərizəçi İsayeva Məlahət Zahid qızının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*- ***)-***/**** nömrəli qərardadından ərizəçi İsayeva Məlahət Zahid qızı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İsayeva Məlahət Zahid qızı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddiaya mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdeh X3 mülkiyyətində olan **-DZ-*** dövlət qeydiyyat nişanlı, “X1” markalı, 50-DR098 dövlət qeydiyyat nişanlı, “Hyundaı Sonata” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı və **-CE-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı minik avtomobilinin özgəninkiləşdirilməsinin (satılması, hədiyyə verilməsi və s.) qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, yeni qaydalarla AZ 5004 ünvan 3 ünvanda yerləşən 89.4 kv.m. qeyriyaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi 309011011016-06301 olmaqla verilən qeydiyyat nömrəsi 1425025544 olan ##.##.2026-cı il tarixli “çıxarışa" əsasən mülkiyyətindədir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsini bir neçə il bundan qabaq ## ###### 2005-ci il tarixli icarə müqaviləsinə əsasən iş üzrə cavabdeh olan Ramiz Kərimova icarəyə vermişdir. Cavabdeh bir müddət icarə müqaviləsinin üzərinə düşən tələblərini yerinə yetirmiş, lakin sonradan isə icarə haqqını ödəməkdən müxtəlif vədlər verərək yayınmışdır. Aralarında qohumluq əlaqələri olduğundan icarə müqaviləsinin ödənilməsi üçün yetərincə vaxt verilmiş, lakin cavabdeh yenədə ödənişi etməmiş və bununla əlaqədar 18000 manatdan çox borcu yaranmışdır. Eyni zamanda iddiaçı İsayeva Məlahət Zahid qızı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan AZ 5004 ünvan 2 ünvanda yerləşən 89.4 kv.m. qeyri-yaşayış binasının cavabdeh X3 qanunsuz sahibliyindən geri alınması, həmin binanın boşaldılaraq ona təhvil verilməsi, 18300 manat ödənilməmiş icarə haqqının, maddi ziyana görə 10000 manatın, 10000 manat mənəvi zərərə görə, vəkilə hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 400 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 210 manat qiymətləndirilən və 100 manat qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdeh X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. (hakim Vəfa Şirəliyeva) Ərizəçi ərizəçi İsayeva Məlahət Zahid qızının nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayət verərək, Sumqayıt şəhər məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləgv edilməsini, hazırki iddiaya mahiyyəti üzrə baxılıb, həll edilənədək cavabdeh X3 oglunun mülkiyyətində olan ** DZ *** dövlət qeydiyyat nişanlı, “X1” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı, “Hyundaı Sonata” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı və ** CE *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı minik avtomobilin özgəninkiləşdirilməsinin (satılması, hədiyyə verilməsi və s.) qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, yeni qaydalarla AZ 5004 ünvan 3 ünvanda yerləşən 89.4 kv.m. qeyriyaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi 309011011016-06301 olmaqla verilən qeydiyyat nömrəsi 1425025544 olan ##.##.2026-cı il tarixli “Çıxarışa” əsasən İsayeva Məlahət Zahid qızının mülkiyyətindədir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsini bir neçə il bundan qabaq ## ###### 2005-ci il tarixli icarə müqaviləsinə əsasən iş üzrə cavabdeh olan Ramiz Kərimova icarəyə vermişdir. Cavabdeh bir müddət “İcarə müqaviləsi”nin üzərinə düşən tələblərini yerinə yetirmiş, lakin sonradan isə icarə haqqını ödəməkdən müxtəlif vədlər verərək yayınmışdır. Aralarında qohumluq əlaqələri olduğundan icarə müqaviləsinin ödənilməsi üçün yetərincə vaxt verilmiş, lakin cavabdeh yenə də ödənişi etməmiş və bununla əlaqədar 18000 manatdan çox borcu yaranmışdır. Bununla əlaqədar Sumqayıt şəhər məhkəməsinə müraciət edərək “İsayeva Məlahət Zahid qızının mülkiyyətində olan AZ 5004 ünvan 1 ünvanda yerləşən 89.4 kv.m. qeyri-yaşayış binasının cavabdeh X3 qanunsuz sahibliyindən geri alınması, həmin binanın boşaldılaraq ona təhvil verilməsi, 18300 manat ödənilməmiş icarə haqqının, maddi ziyana görə 10000 manatın, 10000 manat mənəvi zərərə görə, vəkilə hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 400 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 210 manat qiymətləndirilən və 100 manat qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunu cavabdeh X3 tutularaq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini İsayeva Məlahət Zahid qızı xahiş etmişdir. saylı mülki iş Sumqayıt şəhər məhkəməsinin Hakimi Vəfa Xanım Şirəliyevanın icraatınıdadır. Hesab edirəm ki, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə hazırki iddia tələbinə məhkəmədə baxılıb qurtarana qədər cavabdehin mülkiyyətində olan ** DZ *** dövlət qeydiyyat nişanlı, “X1” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı, “Hyundaı Sonata” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı və ** CE *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı minik avtomobilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə də (satılması, hədiyyə verilməsi və s.) qadağan edilməlidir, belə ki cavabdehin əməlləri nəticəsində iddiaçıya 38000 manatdan artıq ziyan dəymişdir. Bununla əlaqədar Sumqayıt şəhər məhkəməsinə müraciət edilərək “Hazırki iddiaya mahiyyəti üzrə baxılıb, həll edilənədək cavabdeh X3 oglunun mülkiyyətində olan ** DZ *** dövlət qeydiyyat nişanlı-“X1” markalı5,0 DR 098 dövlət qeydiyyat nişanlı-“Hyundaı Sonata” markalı,** DA *** dövlət qeydiyyat nişanlı-“Mercedes Benz C180” markalı və** CE *** dövlət qeydiyyat nişanlı“Volkswagen Passat” markalı minik avtomobilin özgəninkiləşdirilməsinin (satılması, hədiyyə verilməsi və s.) qadağan edilməsi barədə qərardad cıxarılması” xahiş edilmişdir. Sumqayıt şəhər məhkəməsinin **(*- ***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçinin «müvəqqəti təminat tədbiri»nə dair ərizəsi təmin edilməmişdir. Aşagıdakı əsaslara görə hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və ərizəçinin «müvəqqəti təminat tədbiri»nə dair ərizəsi təmin edilməlidir. Qanunvericilikdə müvəqqəti təminat tədbirlərinin tətbiq olunmasının məqsədi göstərilsə də, bu tədbirlərin tətbiqinin zəruriliyi meyarlarımüəyyən edilmir. Ona görə də hakim müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə işdə iştirak edən şəxsin ərizəsinə baxarkən işin konkret hallarını nəzərə almalı və məsələyə iddianın əsaslılığı prezumpsiyasi (ehtimalı) baxımından yanaşmalıdır. İddianı təmin etmə tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş va ya mübahisəli hüququnun mövcudluğunu, üzərinə həbs qoyulan əmlakın kimə məxsus olmasını təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddiani təmin etmə tədbirləri tətbiq olunarkan ümumi mənafelərin va ayrıayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə hesab edir ki, cavabdehə göstərilən minik avtmobilin özgəninkiləşdirilməsi (satılması, hədiyyə verilməsi və s.) qadağan edilməlidir. Cavabdeh hələ ilk məhkəmə prosesində bildirmişdir ki, iddia tələbində göstərilən borc onun yox Elşad Kərimovun borcudur. Məhkəməyə ksero surət vasitəsi ilə düzəldilmiş müqavilə təqdim edərək borcdan yayınmağa calışmışdir. Sonra isə iddia ərizəsində göstərilən müqaviləni əvvəllər iddiaçı ilə bağladığını bildirmişdir. Təqdim etdiyi müqavilə ilə məhkəmədə çaşqınlıq yaratmağa çalışmış, lakin müqavilənin əslinin olmadıgını etiraf etmişdir. Cavabdeh əməlləri ilə iddiaçıya xeyli miqdarda 38000 manatdan çox ziyan vurmuşdur. Ərizəçi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Göründüyü kimi qanunverici tələb edir ki, birincisi, ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır. Digər tərəfdən isə həmin ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Beləliklə, qanunverici "kifayət qədər" ifadəsindən istinad etməklə ilkin sübutlarla bağlı standartı da yüksək tutmuşdur. Bu isə onu tələb edir ki, məhkəmələr ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməlidirlər. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin növü kimi cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoyulması tədbiri qeyd edilmişdir. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına (ehtimalına) əsaslanır. Bu, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə edilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə müvəqqəti təminat tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan və eyni zamanda qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslığını, bu tədbirlər görülmədikdə isə işdə iştirak edən bütün şəxslərin, eləcə də, iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, müvəqqəti təminat tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrıayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Məhkəmə nəzərə almışdır ki, müvəqqəti təminat tədbirləri mübahisə iştirakçılarının hüquq və mənafeləri arasında balans gözlənilməklə tətbiq edilməlidir. Tədbirin tətbiqi üçün yalnız iddia tələbinin mövcudluğu kifayət etmir, eyni zamanda həmin tədbirin görülməməsinin gələcək məhkəmə aktının icrasını qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyini göstərən konkret hallar müəyyən edilməlidir. Hazırkı halda ərizəçi tərəfindən belə halları təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, ərizəçinin görülməsini istədiyi müvəqqəti təminat tədbiri, iddiasının təmin edilməsi halında qətnamənin icrasını təmin etmək, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən (qeyri-mümkün edə bilən) halların aradan qaldırılması, yaxud hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə xidmət edən tədbir kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu bütün hallarda qanunvericiliyin digər tələblərini nəzərə almadan müvəqqəti təminat tədbiri tətbiq edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar