Məhkəmə qərarları › İş №16(3-9)-113/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-9)-113/2026

07.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 16(3-9)-113/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi İmaməli qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Ərizəçi İmaməli qızı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri kimi Masallı rayonu Qızılavar (Dəlləkoba) kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ev və yardımçı tikililər ilə bağlı ##.##.2026-cı il tarixli elektron hərracın nəticələrinə dair protokol üzrə icra məmuru və digər şəxslər tərəfindən digər prosessual hərəkətlərin aparılmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı (hakim E.Abbasova) ilə ərizəçi Ərizəçi İmaməli qızının müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan ərizəçi Ərizəçi İmaməli qızı şikayət vermişdir. Ərizəçi şikayətində Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi İmaməli qızı tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Apellyasiya baxışında ərizəçi Ərizəçi İmaməli qızı ## ###### 2026-cı il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” üzərindən şəxsi kabineti vasitəsi ilə məhkəməyə şikayətdən imtina etməsi barədə ərizə göndərmiş, iş üzrə tərəflər arasında razılıq əldə edilərək mübahisə məhkəmədənkənar həll edildiyindən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətdən imtina qəbul edilməli, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası tələbkarın şikayətindən imtinasını, iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, tələbkarın şikayətdən imtinası Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunun mənasına görə, digər qərardadlardan kassasiya şikayəti verilmir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi İmaməli qızının şikayətdən imtinası qəbul edilsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi İmaməli qızı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar