Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № 16(3-9)-117/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr – Novruzova Aytәn Nazim qızı (sәdrlik edәn, mәruzәçi hakim), Əsәdli Mahir Abdulla oğlu vә X3 ibarәt tәrkibdә, Masallı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadından maraqlı şәxs1 ASC tәrәfindәn verilmiş şikayәtә mәhkәmәnin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDI: Ərizәçi müvәqqәti tәminat tәdbiri barәdә әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, “Masallı Isti-Su Fatmeyi-X4” MMC-nin mülkiyyәtindә olan Masallı rayonu Qәriblәr kәndindә yerlәşәn әmlak kompleksi üzәrindә hәr hansı icra hәrәkәtinin aparılmasının vә yaxud әmlak kompleksinin hәrraca çıxarılmasının, hәmçinin әmlak kompleksinin özgәninkilәşdirilmәsinin Masallı rayon Icra vә probasiya şöbәsinә vә digәr şәxslәrә qadağan olunması barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Mübahisә üzrә mәhkәmәnin icraatında iddiaçı Ərizәçi cavabdeh X7 ilә birgә nikah dövründә әldә etdiklәri ##.##.2011-ci il tarixli ************ reyestr nömrәli çıxarışla verilmiş tәsisçisi Ildırım Allahyarov olan “Masallı Isti-Su Fatmeyi-X4” MMC-nin mülkiyyәtindә olan vә sonradan әlavә tikililәrlә birlikdә (hәmin tikililәr çıxarışa salınmamışdır) Masallı rayonu Qәriblәr kәndindә yerlәşәn әmlak kompleksinin orta bazar qiymәtinә olan dәyәrinin yarısının alınıb ona verilmәsi barәdә iddia tәlәbi vardır. Iş hazırda mәhkәmәnin icraatındadır. Masallı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadı ilә әrizәnin qismәn tәmin edilmәsi, “Masallı Isti-Su Fatmeyi-X4” MMC-nin mülkiyyәtindә olan Masallı rayonu Qәriblәr kәndindә yerlәşәn әmlak kompleksinin özgәninkilәşdirilmәsi Masallı rayon Icra vә probasiya şöbәsi vә digәr şәxslәrә qadağan edilmәsi, әrizәnin qalan hissәdә tәmin edilmәmәsi, qәrardadın icrası Masallı rayon Icra vә probasiya şöbәsinә vә Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinin * saylı Cәlilabad Ərazi Idarәsinә hәvalә edilmәsi, qәrardadın icrası müddәti Masallı Rayon Mәhkәmәsindә baxılan *(***)- ****/**** nömrәli mülki işin nәticәsinә uyğun olaraq müәyyәn edilmәsi, qәrardadın dәrhal icra edilmәsi qәrara alınmışdır. (hakim: Fidan Qasımlı) Masallı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadından narazı qalan maraqlı şәxs1 ASC şikayәt verәrәk, hәmin qәrardadın lәğv edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, Masallı Rayon Mәhkәmәsinin **(*-***)-**/**** saylı, ##.##.2026-ci il tarixli qәrardadına әsasәn, “Masallı Isti-Su Fatmeyi-X4” MMC-nin mülkiyyәtindә olan Masallı rayonu, Qәriblәr kәndindә dövlәt istifadәsindә olan 6.0 ha torpaq sahәsindә yerlәşәn 3572.3 kv.m sahәdәn ibarәt әmlak kompleksi kimi müәssisәnin özgәninkilәşdirilmәsi qadağan edilmişdir. “xxxx” ASC (ipoteka saxlayan) ilә “Masallı Isti-Su Fatmeyi-X4” MMC (ipoteka qoyan) arasında bağlanmış 2014-cü il # ####### tarixli, Umis**/** saylı sonrakı ipoteka müqavilәsinә әsasәn, Masallı rayonu, Qәriblәr kәndindә yerlәşәn Əmlak kompleksi kimi müәssisәni Bankın xeyrinә ipoteka ilә yüklü edilmişdir. Əmlak hazırda da ipoteka yüklülüyündәdir. Masallı Rayon Mәhkәmәsinin qanuni qüvvәsini almış ## ###### 2020-ci tarixli, *(***)-**/**** saylı qәtnamәsi ilә Masallı rayonu, Qәriblәr kәndindә dövlәt istifadәsindә olan 6.0 ha torpaq sahәsindә yerlәşәn 3572.3 kv.m sahәdәn ibarәt әmlak kompleksinin qiymәti 1700000 manat müәyyәn edilmişdir. Masallı Rayon Mәhkәmәsinin **(*- ***)-**/**** saylı, ##.##.2026-ci il tarixli qәrardadında qeyd olunur ki, birgә nikah dövründә әldә olunmuş әmlakın dәyәrinin bölünmәsi ilә bağlı mәhkәmә mübahisәsi gedir, bu sәbәbdәn MTT barәdә әrizә tәmin olunmalıdır. Lakin mәhkәmәnin mövqeyi tamamilә yanlış vә әsassızdır. Belә ki, iddiaçı Ərizәçi Masallı Rayon Mәhkәmәsindә iddia qaldıraraq Masallı rayonu, Qәriblәr kәndindә yerlәşәn Əmlak kompleksi kimi müәssisәnin orta bazar dәyәrinin yarısını tәlәb edir. Mәlumdur ki, nikah müddәtindә әr-arvadın әldә etdiklәri әmlak onların ümumi birgә mülkiyyәti sayılır. Sözügedәn әmlak isә X7 deyil, “Masallı Isti-X1 Şәfa Sanatoriyası” MMC-nin mülkiyyәtindәdir. Bir sözlә qeyd olunan әmlak әr vә ya arvadın әldә etdiyi әmlak olmadığından ümumi birgә mülkiyyәtdә olan әmlak sayıla bilmәz. Iddiaçı irәli sürdüyü tәlәbә münasibәtdә ümumiyyәtlә subyektiv hüquqa malik şәxs deyildir. Ipoteka predmeti olan әmlak kredit üzrә borcalan Ildırım Allahyarova deyil, mәhz hüquqi şәxs kimi qeydiyyata alınan “Masallı “Isti- SuFatmeyi-X4” MMC-yә mәxsus olmuşdur. Qeyd olunanlardan da göründüyü kimi Ərizәçi hәm iddia tәlәbi, hәm dә müvәqqәti tәminat tәdbiri barәdә әrizәsi әsaslı sayıla bilmәz. Masallı Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** saylı qәrardadı ilә şikayәtin tәmin edilmәmәsi, Masallı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)- **/**** saylı qәrardadının dәyişdirilmәdәn saxlanılması, Masallı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadından maraqlı şәxs1 ASC tәrәfindәn verilmiş şikayәtin iş materialları ilә birlikdә baxılması üçün Şirvan Apelyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Masallı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadı lәğv edilmәli vә mülki iş müvәqqәti tәminat tәdbiri barәdә әrizәyә yenidәn baxılması üçün Masallı Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Azәrbaycan Respublikası MPM-nin 157.1-ci maddәsinә әsasәn maraqlı şәxslәrin vә ya arbitraj mübahisәsi tәrәfinin әrizәsi ilә mәhkәmә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr. 157.2-ci maddәsinә әsasәn müvәqqәti tәminat tәdbirlәri cavabdehin, arbitraj mübahisәsi tәrәfinin vә ya digәr şәxslәrin hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşәcәyinin qarşısını almaq mәqsәdilә tәtbiq edilir. Mәhkәmә kollegiyası qeyd edir ki, müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizәyә mc әhkәmә tәrәfindәn baxılarkәn tәlәb edilәn tәminat tәdbirinin iddia tәlәbi ilә әlaqәsini, hәmin tәdbirin gәlәcәkdә qәbul edilә bilәcәk mәhkәmә aktının icrasını tәmin etmәyә yönәlibyönәlmәdiyini, elәcә dә tәtbiq edilәn mәhdudiyyәtin üçüncü şәxslәrin qanunla qorunan hüquq vә mәnafelәrinә tәsirini hәrtәrәfli qiymәtlәndirmәlidir. Müvәqqәti tәminat tәdbirinin tәtbiqi mәsәlәsi iddianın ilkin hüquqi perspektivindәn tamamilә ayrılıqda qiymәtlәndirilә bilmәz. Tәlәb olunan tәminat tәdbirinin mәqsәdi gәlәcәkdә iddia tәmin olunduğu halda qәbul edilәcәk mәhkәmә aktının real vә sәmәrәli icrasını tәmin etmәkdәn ibarәtdir. Buna görә dә iddia tәlәbinin predmeti, onun hüquqi vә faktiki әsasları, tәlәb edilәn tәminat tәdbiri ilә iddia arasında mövcud әlaqә vә hәmin tәdbirin zәruriliyi mәhkәmә tәrәfindәn müәyyәn edilmәlidir. Kollegiya xüsusilә vurğulayır ki, müvәqqәti tәminat tәdbirinin tәtbiqi mәsәlәsinә baxılarkәn iddianın uğurluluq ehtimalı mühüm qiymәtlәndirmә meyarlarından biridir. Belә ki, müvәqqәti tәminat tәdbiri gәlәcәkdә qәbul edilә bilәcәk mәhkәmә aktının real vә sәmәrәli icrasını tәmin etmәyә yönәldiyindәn, hәmin tәdbirin tәtbiqi iddia tәlәbinin ilkin hüquqi vә faktiki әsaslılığı ilә birbaşa әlaqәlidir. Qeyd olunanlar baxımdan, mәhkәmә tәminat tәdbirinin tәtbiqi barәdә nәticәyә gәlmәzdәn әvvәl iddia tәlәbinin predmetini, onun hansı faktiki hallara vә sübutlara әsaslandığını, iddiaçının tәlәb etdiyi hüquqi müdafiә vasitәsinin mübahisәli әmlakla әlaqәsini vә tәqdim edilmiş materialların iddianın uğurlu nәticәlәnmәsi ehtimalını ilkin mәrhәlәdә әsaslandırıb-әsaslandırmadığını qiymәtlәndirmәlidir. Lakin hazırkı halda iddia әrizәsinin vә ona әlavә edilmiş sәnәdlәrin iş materiallarına әlavә edilmәmәsi mәhkәmәyә iddia tәlәbinin mahiyyәtini, hәmin tәlәbin mübahisәli әmlakla hüquqi әlaqәsini, elәcә dә müvәqqәti tәminat tәdbirinin tәtbiqinin zәruri vә mütәnasib olubolmadığını tam şәkildә qiymәtlәndirmәyә imkan vermir. Bu isә müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әsaslandırılmış nәticәyә gәlinmәsinә mane olur. Qeyd olunmalıdır ki, ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz - ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər - ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Qanunverici tәlәb edir ki, birincisi, әrizәdә iddia tәlәbinin әsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır. Digәr tәrәfdәn isә hәmin ilkin sübutlar iddia tәlәbinin kifayәt qәdәr әsaslılığına dәlalәt etmәlidir. Belәliklә, qanunverici “kifayәt qәdәr” ifadәsindәn istinad etmәklә ilkin sübutlarla bağlı standartı da yüksәk tutmuşdur. Bu isә onu tәlәb edir ki, mәhkәmәlәr ilkin sübutların mövcudluğu ilә bağlı mәsәlәyә qiymәt verәrkәn hәmin sübutların iddia tәlәbinin әsaslılığına adi deyil, kifayәt qәdәr dәlalәt etmiş olması nәticәsinә gәlmәlidirlәr. Müvәqqәti tәminat tәdbirlәri bu Mәcәllәnin 157.2-ci maddәsindә göstәrilәn mәqsәdlәrә mütәnasib olmalı vә әks tәrәfin hüquqlarının lüzumsuz mәhdudlaşdırılması ilә nәticәlәnmәmәlidir. Bundan başqa, mübahisәli әmlakın ipoteka ilә yüklü olması hәmin әmlak barәsindә tәtbiq edilәcәk hәr hansı tәminat tәdbirinin hüquqi nәticәlәrinin ipoteka saxlayanın üstün hüquqları nәzәrә alınmaqla qiymәtlәndirilmәsini zәruri edir. Kollegiya onu da qeyd etmәyi zәruri hesab edir ki, “Icra haqqında” Azәrbaycan Respublikası Qanununun 48-ci maddәsinә әsasәn, tәlәbin tam tәmin edilmәsi üçün borclunun başqa әmlakı kifayәt etmәdikdә, tәlәb girov qoyulmuş әmlaka yönәldilә bilәr. Bu zaman girov saxlayanın Azәrbaycan Respublikasının mülki qanunvericiliyi ilә nәzәrdә tutulmuş hüquqlarına, habelә hәmin Qanunun 5-ci fәslindә müәyyәn edilmiş qaydalara әmәl olunmalıdır. Eyni zamanda, “Ipoteka haqqında” Azәrbaycan Respublikası Qanununun 7.3-cü maddәsinә әsasәn, ipoteka qoyanın üçüncü şәxslәr qarşısında öhdәliklәrinin icrası üçün başqa әmlakı kifayәt etmәdikdә, ipoteka predmetinә üçüncü şәxsin tәlәbi ipoteka saxlayanın tәlәblәri ödәnildikdәn sonra yönәldilә bilәr. Mülki Mәcәllәnin 269.1-ci maddәsinin mәzmununa görә, girov vә ipoteka hüququ girov qoyanın әşyası barәsindә girov saxlayanın әşya hüququ olmaqla yanaşı, borclunun girov saxlayan qarşısında olan öhdәliyinin icrasının tәmin edilmәsi üsuludur. Hәmin Mәcәllәnin 269.7ci maddәsi isә girov vә ya ipoteka ilә tәmin edilmiş öhdәlik üzrә kreditorun girov qoyulmuş vә ya ipoteka ilә yüklü edilmiş әşyanın dәyәrindәn digәr kreditorlara nisbәtәn üstün qaydada tәminat almaq hüququnu tәsbit edir. Mәhkәmә yalnız әmlakın ipoteka ilә yüklü olmasını әsas götürmәklә hәbs qoyulmasının mümkün vә ya qeyri-mümkün olması barәdә nәticәyә gәlmәmәli, eyni zamanda borclunun başqa әmlakının olub-olmamasını, hәmin әmlakın tәlәbin tәmin edilmәsi üçün kifayәt edibetmәmәsini, ipoteka saxlayanın üstün hüquqlarını, tәlәb edilәn tәminat tәdbirinin iddia predmeti ilә әlaqәsini vә tәdbirin mütәnasibliyini dә araşdırmalıdır. Belәliklә, birinci instansiya mәhkәmәsi iş üzrә yenidәn qәrardad qәbul edәrkәn iddia әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri tam şәkildә tәdqiq etmәli, hәmin iddianın ilkin әsaslılığı vә uğurluluğu baxımından qiymәtlәndirmә aparmalı, müvәqqәti tәminat tәdbirinin tәtbiqi üçün hüquqi vә faktiki әsasların mövcudluğunu müәyyәn etmәli, habelә mübahisәli әmlakın ipoteka ilә yüklü olması nәzәrә alınmaqla ipoteka saxlayanın qanunla qorunan üstün hüquqlarının tәmin edilmәsini ayrıca qiymәtlәndirmәlidir. Qeyd edilәnlәrә әsasәn, şikayәt qismәn tәmin edilmәli, Masallı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadı lәğv edilmәli, işin hәrtәrәfli araşdırılması vә müvafiq prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün birinci instansiya mәhkәmәsinә göndәrilmәlidir. MPM-in 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda şәrh edilәnlәrә әsasәn vә MPM-in 263, 264, 397-400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası, QƏRARA ALDI: Şikayәt qismәn tәmin edilsin. Masallı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadı lәğv edilsin. Müvәqqәti tәminat tәdbiri barәdә әrizәyә yenidәn baxılması üçün mülki iş Masallı Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №16(3-9)-117/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-9)-117/2026
14.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver