Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 16(3-9)-121/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçılar ərizəçi2 və ərizəçi1 cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılma və üzərində olan tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus RX ******* saylı çıxarışla 0,19 ha və RX ******* saylı çıxarışla 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaqların cavabdehlər Lerik rayonu, Hamarmeşə kənd sakinləri cavabdeh1, cavabdeh2 və cavabdeh3 zəbtindən azad edilməsi və həmin torpaq sahələri üzərində qanunsuz olaraq tikilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçıların etibarnamə üzrə nümayəndəsi nümayəndə1 müvəqqəti təminat tədbiri barədə ərizə verərək, mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək Lerik Rayon Hamarmeşə kəndi ərazisində yerləşən iddiaçılara məxsus RX ******* saylı çıxarışla 0,19 ha və RX ******* saylı çıxarışla 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində tikinti, çəpərləmə və təmir işlərinin və istifadəsinin cavabdehlər Lerik rayonu, Hamarmeşə kənd sakinləri cavabdeh1, cavabdeh2 və cavabdeh3 qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, RX ******* saylı çıxarışla 0,19 ha və RX ******* saylı çıxarışla 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaqlar xususi mülkiyyətləri kimi qeydiyyata alınmış və müvafiq çıxarışlar verilmişdir. Cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 onlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrini zəbt etməklə həmin torpaq sahəsində olan çoxillik meyvə ağaclarını kəsərək özlərinə qeyri-qanuni olaraq tikililər inşa etmişlər, bununla torpaq sahəsinin münbitliyini korlayaraq onlara külli miqdarda maddi ziyan vurmuşlar, bundan başqa həmin topaq sahələrindən onlara istifadə etməyə imkan vermirlər. Bu barədə cavabehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 şifahi olaraq bildirsələr də, heç bir nəticəsi olmamışdır. Ona görə də pozulmuş hüquqlarının bərpası ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus RX ******* saylı çıxarışla 0,19 ha və RX ******* saylı çıxarışla 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaqların cavabdehlər Lerik rayonu, Hamarmeşə kənd sakinləri cavabdeh1, cavabdeh2 və cavabdeh3 zəbtindən azad edilməsi və həmin torpaq sahələri üzərində qanunsuz olaraq tikilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Lerik Rayon Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı mülki iş üzrə ##.##.2025-ci il tarixli qərardadla iddiaçılar ərizəçi2, ərizəçi1 cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 Meydbulla qızına qarşı “kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılma və üzərində olan tikililərin sökülməsi” tələbinə dair işə Şirvan Inzibati Məhkəməsində baxılan 2-1(120)- ****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunub qanuni qüvvəyə minənədək, məhkəmənin icraatında olan hazırki *(***)- ***/**** saylı mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Hazırda cavabdehlər Lerik rayonu, Hamarmeşə kənd sakinləri, cavabdeh1, cavabdeh2 və cavabdeh3 qanunsuz əməllərinə davam edərək onlara məxsus torpaq sahələri üzərində tikinti, çəpərləmə və təmir işləri aparırlar və istifadəsini davam etdirilər. Lerik Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə, ərizənin qismən təmin edilməsi, mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 803013015189) elektron çıxarışa əsasən Lerik rayonu, Hamarmeşə kəndində yerləşən Rzayeva (Çalışır) Xəyalə Həyat qızının adına qeydiyyata alınmış 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 803013015188) elektron çıxarışa əsasən ərizəçi2 adına qeydiyyata alınmış Lerik rayonu, Hamarmeşə kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 tərəfindən aparılan təmirtikinti və hasarlama işlərinin dayandırılması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Lerik rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh cavabdeh1 şikayət verərək Lerik Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ####### 2025-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün **(*- ***)-**/**** saylı material ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə ərizənin qismən təmin edilməsini iddianın əsaslı olacağı və gələcəkdə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı ehtimalı ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü tarixli qərarında qeyd edilmişdir ki, Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarı”). Məhkəmə kollegiyası işin faktiki halı ilə bağlı aparılmış prosessual hərəkətlərdən müəyyən edərək qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı yaxud həmin hüquqların əhəmiyyətli dərəcədə pozulmasının qarşısını almağı qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Lakin bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Qeyd edilən prosessual hüquq normalarının təhlilindən müəyyən edilir ki, hər bir kəs hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hər bir şəxs məhkəməyə müraciət edərkən iddia tələbinə mahiyyəti üzrə baxıb müvafiq məhkəmə aktı qəbul edilənə kimi müvafiq risklərdən, itkilərdən azad olunmaq üçün cavabdehə müəyyən hərəkətləri etməkdən çəkinməsi üçün tədbirlər görülməsini xahiş edə bilər. Əgər həmin hərəkətlərin cavabdeh tərəfindən realizə edilməsi müəyyən itkilərin yaranmasının əsas olacaqdırsa iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilə bilər. O da nəzərə alınmalıdır ki, müvəqqəti təminat barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Ərizə üzrə müəyyən edilmiş hallardan görünür ki, Lerik Rayon Məhkəməsinin icraatında iddiaçıların cavabdehlərə qarşı “kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılma və üzərində olan tikililərin sökülməsi” tələbinə dair mülki iş vardır. Hazırki ərizənin mahiyyəti isə iddianın verilməsinə əsas olan Lerik Rayon Hamarmeşə kəndi ərazisində yerləşən iddiaçılara məxsus RX ******* saylı çıxarışla 0,19 ha və RX ******* saylı çıxarışla 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində tikinti, çəpərləmə və təmir işlərinin və istifadəsinin cavabdehlərə qadağan edilməsi ilə bağlıdır. Ərizəyə əlavə olunmuş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 803013015189) elektron çıxarışdan görünür ki, Lerik rayonu, Hamarmeşə kəndində yerləşən 0,20 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla ##.##.1017-ci il tarixdə Rzayeva (Çalışır) Xəyalə Həyat qızının adına qeydiyyata alınmışdır. Ərizəyə əlavə olunmuş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 803013015188) elektron çıxarışdan görünür ki, Lerik rayonu, Hamarmeşə kəndində yerləşən 0,19 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla ##.##.1017-ci il tarixdə ərizəçi2 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərək iddiaçıların mülkiyyətində olan torpaq sahəsində aparılan təmir-tikinti və hasarlama işləri dayandırılması qənaətinə gəlmiş, eyni zamanda mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən istifadəsinin qadağan edilməsi hissəsinə münasibətdə isə ərizəni təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırkı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizədə iddiaçıların xahişi mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən tikinti, çəpərləmə və təmir işlərinin aparılmasının qadağan edilməsindən ibarətdir. Qeyd olunan işlərinin aparılmasının qadağan edilməsi, həmin işlərin aparılmasının dayandırılmasından fərqli hüquqi mənalara malikdir. Belə ki, məhkəmə müvafiq işlərin aparılmasını o vaxt dayandıra bilər ki, həmin işlərin aparılmasına dair konkret sübutlar iş materiallarında mövcud olsun. Lakin hazırkı ərizədə bununla bağlı kifayət qədər sübut yoxdur. Lakin mülkiyyət hüququnun müdafiəsi, eyni zamanda müvəqqəti təminat tədbirinin əsas meyarı olan ərizəçinin hüquqlarının ilkin qorunması zərurəti baxımından kollegiya hesab edir ki, hər nə qədər ki mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətindədir həmin ərazidə tikinti, çəpərləmə və təmir işlərinin aparılması cavabdehlərə qadağan edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilməli, qərardadla həll edilməli olan məsələni həll edilməli, mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 803013015189) elektron çıxarışa əsasən Lerik rayonu, Hamarmeşə kəndində yerləşən Rzayeva (Çalışır) Xəyalə Həyat qızının adına qeydiyyata alınmış 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 803013015188) elektron çıxarışa əsasən ərizəçi2 adına qeydiyyata alınmış Lerik rayonu, Hamarmeşə kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti, çəpərləmə və təmir işlərinin aparılması cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2- 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilsin və qərardadla həll edilməli olan məsələ həll edilsin. Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə qismən təmin edilsin. Mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 803013015189) elektron çıxarışa əsasən Lerik rayonu, Hamarmeşə kəndində yerləşən Rzayeva (Çalışır) Xəyalə Həyat qızının adına qeydiyyata alınmış 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 803013015188) elektron çıxarışa əsasən ərizəçi2 adına qeydiyyata alınmış Lerik rayonu, Hamarmeşə kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti, çəpərləmə və təmir işlərinin aparılması cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Lerik rayon Icra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-9)-121/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-9)-121/2026
07.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver