Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 16(3-9)-131/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verərək, məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək onun övladları ##.##.2017-ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, uşaqların həftənin cümə, şənbə və bazar günləri onun yanında qalmaqla görüş verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun cavabdeh Maraqlı şəxs qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair məhkəmə işi getməkdədir. Həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək onun, bir ata kimi övladları ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X3 ilə görüşümək hüququnun olmasına baxmayaraq, bu hüququ cavabdeh Maraqlı şəxs tərəfindən məhdudlaşdırılır və övladları ilə ünsiyyət hüququndan məhrum olmuşdur. Bu da ata qayğısından məhrum olan uşağın gələcəkdə cəmiyyətdə özünə düzgün yer tutmamasına, hər iki valideyininə hörmət və məhəbbət ruhunda tərbiyə olunmamasına səbəb olacaq, eləcə də anlaşma şəraitində sağlam mühitdə böyüməsinə mənfi təsir göstərəcək. Belə halların yolverilməz olması və qanunla qadağan edilməsi hər kəsə məlumdur və valideynlərlə ünsiyyət hüququnu təmin etmək dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. O, Bakı şəhərində yaşayır və uşaqlarla normal ünsiyyətdə olmağım üçün həftənin müəyyən olunmuş günlərində uşaqların onun yanında qalmalarına zərurət vardır. Odur ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək onun övladları ##.##.2017-ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdimə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, uşaqların həftənin cümə, şənbə və bazar günləri onun yanında qalmaqla görüş verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadına əsasən ərizəçi Ərizəçi ərizəsi əsasında “uşaqla ünsiyyət hüququnun verilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizəsi təmin edilməmişdir. Ərizəçi Ərizəçi ##.##.2026-ci il tarixdə məhkəməyə ərizə verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Əsas kimi isə qərardadın qanunsuz və əsassız olmasını qeyd etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Kürdəmir rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi uşaqla ünsiyyətlə bağlı ərizənin təmin edilməməsinə münasibətdə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qərardad qəbul edərək, qərardadın qismən ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası işin faktiki halı ilə bağlı aparılmış prosessual hərəkətlərdən müəyyən qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı yaxud həmin hüquqların əhəmiyyətli dərəcədə pozulmasının qarşısını almağı qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Lakin bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Qeyd edilən prosessual hüquq normalarının təhlilindən müəyyən edilir ki, hər bir kəs hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hər bir şəxs məhkəməyə müraciət edərkən iddia tələbinə mahiyyəti üzrə baxıb müvafiq məhkəmə aktı qəbul edilənə kimi müvafiq risklərdən, itkilərdən azad olunmaq üçün cavabdehə müəyyən hərəkətləri etməkdən çəkinməsi üçün tədbirlər görülməsini xahiş edə bilər. Əgər həmin hərəkətlərin cavabdeh tərəfindən realizə edilməsi müəyyən itkilərin yaranmasının əsas olacaqdırsa iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilə bilər. O da nəzərə alınmalıdır ki, müvəqqəti təminat barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi ilə bağlı nəticəyə gələrkən qeyd etmişdir ki, ərizəçinin Maraqlı şəxs qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair Kürdəmir Rayon Məhkəməsində mülki iş yoxdur. Azərbaycan Respublikası AM-nin 73-cü maddəsində qeyd edilmişdir ki, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Belə olan halda Ərizəçi azyaşlı- ##.##.2017-ci il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyət hüququnu müəyyən müəyyən edilməsi üçün Qəyyumluq və Himayəçilik Orqanın rəyini almadan Ərizəçi uşaqla ünsüyyət hüququnu müəyyən etmək mümkün deyildir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Uşağın hüquqlarına dair bütün qərarlar qəbul edilərkən "uşağın ali mənafeyi" əsas götürülməlidir. Bu prinsip həm Azərbaycan Respublikasının Ailə Məcəlləsində (m.5, m.11), həm də BMT-nin Uşaq Hüquqları Konvensiyasında (m.3) təsbit olunub: "Uşağa dair hər hansı qərar qəbul edilərkən, ilk növbədə onun ali mənafeyi nəzərə alınmalıdır." Bu, yalnız hüquqi formal yanaşma deyil, həm də praktiki olaraq uşağın fiziki, əqli və emosional inkişafının qorunmasını zəruri edən əsas prinsipdir. Yuxarıda da qeyd edildiyi kimi. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Tərəflər arasında uşaqla ünsiyyətlə bağlı məhkəmə işinin olmaması ünsiyyətlə bağlı ərizəyə baxılıb qiymət verilməsini istisna edə bilməz. Kollegiya onu da nəzərdən qaçırmır ki, uşaqla ünsiyyətlə bağlı qərardad müvəqqəti xarakter daşıdığından iddiaçı ilə cavabdeh arasında olan ünsiyyət ilə bağlı məhkəmə işin olmayacağı halda MPM-in 157.4-cü maddəsinin tələbi baxımından qərardadla müəyyən ediləcək ünsiyyət müddəti 1 aydan artıq ola bilməz. Əks məhkəmədə iddia qaldırıldığı halda məhkəmə müvafiq ekspert rəyləri, qəyyumluq və himayəçilik orqanının rəyləri, o cümlədən uşağın mənəvi psixoloji vəziyyəti öyrənildikdən sonra onun valideyni ilə hansı həcmdə görüşünü daha dəqiq müəyyən edə bilər. Həmçinin qəyyumluq və himayəçilik orqanının rəyi də məhkəmə üçün məcburi olmamaqla uşaqla valideynin ünsiyyətinə maneə ola biləcək, yəni uşağın mənafeyinə ziddiyyət yarada biləcək hallar müəyyən edilmədikcə məhkəmənin həmin ərizənin əsassız təmin etməməsi ərizəçinin də hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*- ***)-**/**** saylı qərardadı ləğv edilərək hazırkı qərardadla müəyyən edilmiş məsələlərə yenidən hüquqi qiymət verilməsi üçün iş materialları Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ləğv edilsin və hazırki qərardadla müəyyən edilmiş məsələlərə yenidən baxılması üçün iş materialları Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №16(3-9)-131/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-9)-131/2026
17.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver